Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Masazır-Novxanı avtomobil yolunun bir hissəsi yenidən qurulub

23 Aprel 2020, 09:16 (GMT +4)

Bakı, 23 aprel, SalamNews.Yol infrastrukturunun yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik yollarda təmir-tikinti işləri davam etdirilir.

AAYDA-dan SalamNews-a verilən məlumata görə, bu çərçivədə Masazır-Novxanı avtomobil yolunun 2.5 km-lik hissəsi əsaslı şəkildə yenidən qurulub. Sözügedən avtomobil yolu uzun müddət istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Yolun səviyyəsi yerin təbii relyefi ilə eyni olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Yolun əsaslı şəkildə bərpa edilməsi ilə sadalanan problemləri aradan qaldırmaq üçün agentlik tərəfindən təxirəsalınmaz işlər görülüb. Təmir-bərpa işləri çərçivəsində qəsəbələrarası yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.

İlk dəfə olaraq bu yolda yol əsasının yararsız qruntu qazılıb çıxarılaraq daşınması və yararlı qrunt gətirilərək əks dolğu işləri görülmədən bərkidilib. Bunun üçün qruntdan nümunə götürülür, labaratoriyada analiz edilərək tərkibi, rütubətliyi, sıxlığı və yükgötürmə qabiliyyəti örənilib. Bundan sonra tərkibinə uyğun olaraq xüsusi qatqı müəyyənləşdirilib.

Daha sonra ərazidə xüsusi mexanizmlər vasitəsi ilə əldə edilən qatqı yol əsasına səpilib və qarışdırılıb. Məhz həmin ərazi üçün hazırlanmış xüsusi qrunt texnikalar vasitəsi ilə yayılıb və kipləşdirilib.

Yol əsasının bu cür bərkidilərək yükgötürmə qabiliyyətinin artırılması əraziyə əlavə texnikaların və qüvvənin cəlb edilməməsi ilə qənaətə, həmçinin əlavə vaxt itkisinin qarşısını almaqla faydalı iş əmsalının artırılmasına gətirib çıxarır.

Masazır-Novxanı yolunda bərpa işlərinin aparıldığı ərazidə yol əsasının yeni üsulla işlənilməsi prosesinin ardınca asfaltlanma işləri görülüb.

Yeni asfalt-beton örtüyü 30 min kv.m sahəyə döşənib. Buna paralel olaraq yolun çiyin hissələrinin də xüsusi qrunla bərkidliməsi işləri də aparılıb.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, yola üfiqi nişanlanma xətləri çəkilib.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA 5 minə yaxın aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA daha 1 500 aztəminatlı ailəyə ərzaq yardımı ilə dəstək olub

AAYDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 min manat vəsait köçürüb

AAYDA sürücülərə sürət həddinə əməl etmələri ilə bağlı çağırış edib

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

09 İyul 2020, 20:45 (GMT +4)
Azərbaycanda 1 565 müəllim iş yerini dəyişib

09 İyul 2020, 20:15 (GMT +4)
Cavid Paşayevin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib

09 İyul 2020, 18:01 (GMT +4)
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

09 İyul 2020, 17:56 (GMT +4)
Böyük Şor gölünün təmizlənməsinə başlanılıb

09 İyul 2020, 17:50 (GMT +4)
“Günay Sığorta”nın yeni filialları açılacaq

09 İyul 2020, 17:40 (GMT +4)
İran Suriyada öz istehsalı olan havadan müdafiə sistemlərini yerləşdirir - KİV

09 İyul 2020, 17:40 (GMT +4)
Lukaşenko Belarusdakı söz azadlığından bəhs edib

09 İyul 2020, 17:24 (GMT +4)
Braziliyada COVID-19-a yoluxanların sayı 1.7 milyon nəfəri keçib

09 İyul 2020, 17:19 (GMT +4)
Azercell yeni kampaniyaya start verib

09 İyul 2020, 17:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinə avtomobillər təqdim edilib

09 İyul 2020, 16:51 (GMT +4)
Misir Məhkəməsi İxvanəl-Müslimin hərəkatı liderinin ömürlük həbsini təsdiqləyib

09 İyul 2020, 16:45 (GMT +4)
Forbes: Jeff Bezosun sərvəti 180 milyard dolları keçib

09 İyul 2020, 16:35 (GMT +4)
Qaradağda yaşadığı evin zirzəmisində çayxana işlədən şəxs həbs edilib

09 İyul 2020, 16:27 (GMT +4)
Koronavirusa qarşı yeni dərmanlar tapılıb

09 İyul 2020, 16:15 (GMT +4)
Dövlət Agentliyinin vəzifələri azaldılıb

09 İyul 2020, 16:00 (GMT +4)
Neft Fondunun 2019-cu il üzrə illik hesabatı hazırlanıb

09 İyul 2020, 15:56 (GMT +4)
Pompeo Çini Hindistanla sərhəddə aqressiv davranmaqda ittiham edib

09 İyul 2020, 15:53 (GMT +4)
Əfqanıstan hökuməti və Taliban sərbəst buraxılan adamlarının sayını açıqlayıblar

09 İyul 2020, 15:45 (GMT +4)
AzMİU-da onlayn “Məzun günü” keçirilib

09 İyul 2020, 15:26 (GMT +4)
Kadırov Avstriyada rusiyalının öldürülməsinə münasibət bildirib

09 İyul 2020, 15:13 (GMT +4)
Neftçalada koronavirusla mübarizə tədbirləri gücləndirilib

09 İyul 2020, 14:53 (GMT +4)
Moskvada küçədə məcburi maska taxmaq ​​rejimi iyulun 13-də ləğv edilir

09 İyul 2020, 14:45 (GMT +4)
Birinci vitse-prezidentin tapşırığı ilə Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb

09 İyul 2020, 14:43 (GMT +4)
İranda koronavirusa yoluxan 250 min xəstədən 212 mini sağalıb

09 İyul 2020, 14:25 (GMT +4)
DİN subsidiyaların mənimsənilməsi ilə bağlı əməliyyat keçirib

09 İyul 2020, 14:10 (GMT +4)
Rusiya "Norman Dördlüyü"nün yeni saamitininin keçirilməsini istisna edib  

09 İyul 2020, 14:01 (GMT +4)
DİM: Sabah 8370 nəfər abituriyent qəbul imtahanı verəcək

09 İyul 2020, 13:47 (GMT +4)
Dmitri Medvedev Putinlə münasibətlərindən danışıb

09 İyul 2020, 13:38 (GMT +4)
İran Yəmənə silah göndərmək və gəmisinin ələ keçməsilə bağlı iddianı təkzib edib

09 İyul 2020, 13:36 (GMT +4)
Qusarda evlərdən oğurluq edən usta tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66