Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri dövlət başçısına minnətdarlıq edib

22 Aprel 2020, 12:19 (GMT +4)

Bakı, 22 aprel, SalamNews. Xalqımız Azərbaycanın koronavirusla mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır.

SalamNews Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Kəlbəcər rayonunun 87 yaşlı sakini, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü, “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri Qənbər Qurbanovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Qənbər Qurbanovun məktubunda qeyd edilir:

"Möhtərəm cənab Prezident.

Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyiniz ilə həyata keçirilən mübarizə tədbirləri bizdə böyük qürur hissi yaradıb. Dünyanın ən inkişaf etmiş ölkələrinin, müasir səhiyyə sistemlərinin belə qarşısında aciz qaldığı bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ pandemiya elan olunmasından əvvəl Sizin uzaqgörənliklə başlatdığınız və birbaşa rəhbərliyinizlə həyata keçirilən tədbirlər nəticəsində şükürlər olsun ki, ölkəmiz üçün faciəvi nəticələrə gətirib çıxarmadı. Bütün bunlara görə xalqımız Sizə minnətdarlığını ifadə edir, Azərbaycanın bu sahədəki mübarizəsinin dünya ölkələri üçün örnək olmasını qürur hissi ilə qarşılayır. Məhz görülən tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə bu xəstəliyin gedişatı ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalıb evlərinə dönən xəstələrin sayı hər gün artır.

Möhtərəm cənab Prezident, bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınızla Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, “Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışları, sosial qayğıya ehtiyacı olan vətəndaşlara maddi yardımların göstərilməsi, bu problemin həlli ilə bağlı keçirdiyiniz müşavirələr, dövlət strukturlarına verdiyiniz müvafiq tapşırıqlar bir daha Sizin bu sahədəki siyasətinizin qətiyyətli, ardıcıl və davamlı olmasının sübutudur. Görülən bütün bu tədbirlər, Sizin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çətin anlarda hər zaman xalqla birliyi, bütün fəaliyyətinizin xalqımızın bu ağır sınaqdan üzüağ çıxmağına yönəlməsi insanlarda yüksək əhval-ruhiyyə yaradıb. Bu çətin günlərdə bütün xalqımız Sizin “Biz birlikdə güclüyük!” çağırışınızın müsbət əhval-ruhiyyəsi və mənəvi gücü ilə yaşayır.

Möhtərəm cənab Prezident, mən bir ağsaqqal kimi Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən ən az itki ilə qurtulacaqdır. Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kəlbəcərin yeni icra başçısı kimdir? - DOSYE

Prezident Kəlbəcərin yeni icra başçısını videoformatda qəbul edib

Kəlbəcər rayonuna icra başçısı təyin edilib

Kəlbəcərin işğalından 27 il keçir

Kəlbəcərin icra başçısı vəzifəsindən azad edilib

Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək (FOTOLAR)

Kəlbəcərdə zəlzələ olub

XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Kəlbəcərin işğalından 26 il ötür

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib 

XİN: Ermənistan prezidentinin Kəlbəcərə səfəri vəziyyətin gərginləşdirilməsinə xidmət edir

Kəlbəcər gənclərindən İlham Əliyevə dəstək (VİDEO)

Kəlbəcərlilər yekdilliklə İlham Əliyevə səs verəcəklər

Kəlbəcər şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə akisiyası keçirilib

Kəlbəcərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 25 il ötür

Kəlbəcər rayon sakini Bərdə sakinini bıçaqlayıb

Kəlbəcərli gənc müəllimə işə qəbul imtahanında ən yüksək nəticə göstərib

Xalça Muzeyində “Azərbaycanın zümrüd daşı-Kəlbəcər” adlı tədbir keçirilib

Bu gün Kəlbəcər rayonunun işğalından 24 il ötür

Kəlbəcərli seçicilərin növbəti qəbulu keçirilib

05 İyun 2020, 18:21 (GMT +4)
Koronavirus Azərbaycanda: Daha 338 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

05 İyun 2020, 18:01 (GMT +4)
DİN: Evlərdən silah-sursat aşkarlanaraq götürülüb

05 İyun 2020, 17:57 (GMT +4)
“Nar” sərt karantin rejimində abunəçilərinə xidmət göstərəcək

05 İyun 2020, 17:56 (GMT +4)
AZAL: Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

05 İyun 2020, 17:51 (GMT +4)
Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

05 İyun 2020, 17:49 (GMT +4)
Yaponiyada isti havalar ilə əlaqədar küçədə maskaların çıxarılması tövsiyə olunur

05 İyun 2020, 17:40 (GMT +4)
Səudiyyə koronavirusa görə komendant saatını yenidən tətbiq etməyə başlayıb

05 İyun 2020, 17:22 (GMT +4)
Bill Geyts insanlara çiplərin implantasiya edilməsi iddialarına cavab verib

05 İyun 2020, 17:22 (GMT +4)
Balakəndə 2 tondan artıq çətənə kolu məhv edilib

05 İyun 2020, 17:03 (GMT +4)
Cavad Zərif Trampın danışıqlar aparmaqla bağlı təklifinə cavab verib

05 İyun 2020, 17:00 (GMT +4)
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb

05 İyun 2020, 16:59 (GMT +4)
AB-də xarici sərhədləri iyunun sonuna qədər açmamaq təklif edilib

05 İyun 2020, 16:31 (GMT +4)
Azərbaycan Prezidenti İsveç Kralına məktub göndərib

05 İyun 2020, 16:28 (GMT +4)
Ərdoğan həftə sonu Türkiyədə komendant saatını ləğv edib

05 İyun 2020, 16:13 (GMT +4)
Braziliyada sutka ərzində 30 mindən çox insan COVID-19-a yoluxub

05 İyun 2020, 16:10 (GMT +4)
Azərbaycan çempionatının oyunlarında salamlaşma ləğv olunub

05 İyun 2020, 16:01 (GMT +4)
ADY ətraf mühitin qorunması istiqamətində fəaliyyətini genişləndirir

05 İyun 2020, 15:48 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatıb

05 İyun 2020, 15:40 (GMT +4)
Suriya ilə Ermənistan arasında uçuşlar 8 ildən sonra yenidən bərpa edilib

05 İyun 2020, 15:32 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonfrans keçirilib

05 İyun 2020, 15:23 (GMT +4)
Bayden: Amerikalıların 10-15 faizi çox yaxşı insanlar deyil

05 İyun 2020, 15:06 (GMT +4)
Əfqanıstanın cənubunda Talibanın hücumu nəticəsində ordu 10 əsgərini itirib

05 İyun 2020, 15:04 (GMT +4)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

05 İyun 2020, 14:50 (GMT +4)
Təhsil Nazirliyi yay imtahan sessiyasının ləğvi ilə bağlı rəsmi açıqlama yayıb

05 İyun 2020, 14:39 (GMT +4)
Uxan xəstəxanalarında koronavirus xəstələri qalmayıb

05 İyun 2020, 14:22 (GMT +4)
Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinə cavab verib

05 İyun 2020, 14:20 (GMT +4)
Merkel beşinci müddətə namizədliyini irəli sürməyəcəyini açıqlayıb

05 İyun 2020, 14:15 (GMT +4)
İranda son gündə koronavirusa 2,886 nəfər yoluxub, 63 nəfər ölüb

05 İyun 2020, 14:14 (GMT +4)
Azərbaycanda Cənubi Qafqazda ilk biosfer rezervat yaradılır

05 İyun 2020, 13:56 (GMT +4)
İradə İbrahimova: Cəmiyyətimizdə ətraf mühitə dəyişən münasibət bizə ruh verir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66