Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

İcazələrin statusu “myGov” portalına inteqrasiya edilib

20 Aprel 2020, 10:47 (GMT +4)

Bakı, 20 aprel, SalamNews.Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına xüsusi karantin rejimi zamanı fəaliyyət üçün təsdiqlənmiş icazələr inteqrasiya edilib. Belə ki, vətəndaşlar "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçir, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxılır. Burada vətəndaş öz icazəsinə baxa və ya “yüklə” düyməsinə sıxaraq elektron formasını kompüterinə və ya telefonuna yükləyə bilər.

Alternativ olaraq portalın “Bütün xidmətlər” bölməsində “Qurumlar üzrə” alt bölməsinə keçid edərək açılan siyahıdan “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”ni seçmək olar. Açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış” seçimini edərək yenə icazə haqqında arayışı əldə etmək mümkündür.

“myGov” portalına əlavə olunan yeni funksionallıqdan biri də vətəndaşa icaze.e-gov.az portalı üzərindən verilən icazə statusu ilə bağlı onun şəxsi kabinetinə bildirişin gəlməsidir.

Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən icazələrin “myGov” platformasına inteqrasiya edilməsi vətəndaşların işini xeyli asanlaşdırmış olur. Belə ki, icazə.e-gov.az portalında verilən və ləğv edilən icazələr haqqında vətəndaşların çoxu məlumatsız olurdu. Artıq vətəndaş özü olduğu yerdən və istənilən vaxtda “myGov” portalına daxil olaraq icazə arayışını yoxlaya bilər.

"myGov" portalına giriş “ASAN Login” sistemi üzərindən 4 üsulla həyata keçirilir. Sistemə giriş üsulları ilə mygov.az portalının “Ana səhifə”sində yerləşdirilmiş videotəlimatda tanış olmaq mümkündür.

Videotəlimata keçid: https://www.youtube.com/watch?v=aqcALD1jT7k&feature=youtu.be

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma", “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dövlət Reklam Agentliyi «myGov»a interqasiya edilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub

SƏLİS “myGov” portalına inteqrasiya olunub

“myGov” portalının təqdimat mərasimi keçirilib

Gələn ay “myGov” layihəsi istifadəyə veriləcək

Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı “MyGov” sisteminin ilkin təqdimatı keçirilib

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66