Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası davam edir (FOTOLAR)

18 Aprel 2020, 21:33 (GMT +4)

Bakı, 18 aprel, SalamNews.Heydər Əliyev Fondu “Biz birlikdə güclüyük” sosial aksiyasını davam etdirir. Fondun “Regional İnkişaf” İctimai Birliyinin “150” Çağrı mərkəzinə edilən müraciətlərə əsasən ərzaq sovqatları hazırlanaraq müvafiq ünvanlara göndərilir.

SalamNews-un məlumatına görə, sosial aksiya koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır.

İndiyədək qeydə alınan müraciətlərin əksəriyyəti Azərbaycanın bölgələrindən daxil olub. Müraciətlər araşdırıldıqdan sonra könüllülərdən ibarət qruplar aztəminatlı ailələrə baş çəkir, ərzaq sovqatlarını çatdırır, müvafiq sosial xidmətlər göstərirlər.

Aksiyanın daha geniş miqyası əhatə etməsi üçün yaxın vaxtlarda www.bizbirlikdegucluyuk.az portalı da istifadəyə veriləcək. Yeni platforma karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrlə onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək, bu işdə vətəndaş həmrəyliyini genişləndimək məqsədilə yaradılır.

“Biz birlikdə güclüyük” aksiyasının elan olunduğu qısa vaxt ərzində təşəbbüsə qoşulan, yardım edən xeyriyyəçilərin sayı getdikcə artır.

Layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyaya bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, “Yeni Həyat” Şirkətlər Qrupu, “Kontakt Home” mağazalar şəbəkəsi, “Kristal Abşeron MTK” dəstək göstərib.

Karantin rejimi müddətində davam edəcək aksiya çərçivəsində 100 mindən çox sovqatın paylanılması nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondu Böyük Vətən Müharibəsi veteranlarını evlərində təbrik edib

Heydər Əliyev Fondunun ərzaq yardımını qohumlarına paylayan icra nümayəndələri barədə cinayət işi başlanıb

Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslər barəsində cinayət işi açılıb 

Heydər Əliyev Fondu 200 min ailəyə ərzaq sovqatı çatdıracaq

Soltan Məmmədov: Heydər Əliyev Fondu bu çətin günlərdə hər bir vətəndaşımıza lazımi yardım göstərməyə hazırdır

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək

Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb

Heydər Əliyev Fondu bu il birinci sinfə gedən 17 min aztəminatlı və kimsəsiz uşağa hədiyyə verir

Aztəminatlı ailələr Heydər Əliyev Fondu tərəfindən məktəb ləvazimatları ilə təmin olunacaq

Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırır

Heydər Əliyev Fondunun vitse-prezidenti  tələbələrlə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə müsabiqə həyata keçiriləcək

Heydər Əliyev Fondu Şəkidə və Pirallahıda iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Heydər Əliyev Fondu tərəfindən Xalq artisti Ramiz Əzizbəyliyə avtomobil hədiyyə olunub 

26 May 2020, 10:07 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66