Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisdə təmsil olunan siyasi partiyalar bəyanat yayıb

17 Aprel 2020, 12:17 (GMT +4)

Bakı, 17 aprel, SalamNews. Azərbaycan Respublikasınını Milli Məclisində təmsil olunan siyasi partiyalar COVİD-19 pandemiyasının qarşısının alınması və sosial-iqtisadi fəsadlarının aradan qaldırılması tədbirləri ilə əlaqədar bəyanat imzalayıblar.

SalamNews-un xəbərinə görə, bəyanatı Yeni Azərbaycan Partiyası, “Ana Vətən” Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Demokratik Maarifçilik Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası imzalayıblar.

Sənəddə deyilir:

Biz, bu bəyanatı imzalayan siyasi partiyalar COVİD-19 pandemiyasının bütün dünyada tuğyan etdiyi, yüz minlərlə insanın həyatını itirdiyi, pandemiyanın nəticəsində son onilliklərin ən dərin böhranının meydana gəlməsi təhlükəsinin yarandığı, sosial və iqtisadi həyatın çox ciddi təsirlərə məruz qaldığı, pandemiyanın fəsadlarının Azərbaycanda da özünü göstərdiyi bir zamanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması, meydana çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması sahəsində ölkəmizdə həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlərin əhəmiyyətini və onların müsbət nəticələrinin əldə olunmasında siyasi partiyaların məsuliyyətini dərk edərək, milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayaraq, aşağıdakıları bəyan edirik:

1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü ilə və rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən:

a) COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirləri;
b) virusa yoluxma hallarının və təhlükəsinin azaldılması məqsədilə hərəkətin məhdudlaşdırılması və xüsusi karantin rejiminin tətbiqini;
c) xəstəliyə yoluxanların müalicəsinin təşkili ilə əlaqədar operativ və kompleks işləri;
d) sərhədlərin bağlanması nəticəsində xarici ölkələrdə qalmış çoxsaylı Azərbaycan vətəndaşlarının, o cümlədən xaricdə təhsil alan tələbələrin dövlət hesabına vətənə qaytarılmasını;
e) əhalinin həssas təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsində əlavə tədbirləri;
f) aztəminatlı ailələrin üzvləri olan və ödənişli təhsil alan tələbələrin pandemiyaya qarşı mübarizə dövründə təhsil haqqını ödəməkdən azad edilməsini;
g) pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlər nəticəsində əmək fəaliyyətini dayandırmış işçilərin sosial müdafiəsi ilə əlaqədar dövlət dəstəyi proqramını;
h) fəaliyyətini müvəqqəti dayandırmış kiçik və orta sahibkarlara dəstək çərçivəsində həyata keçirilən layihələri;
i) iqtisadiyyatın bütün sahələrinin pandemiyanın mənfi təsirindən qorunması istiqamətində çoxşaxəli proqramların işlənib hazırlanmasını;
j) makroiqtisadi sabitliyin qorunması yönündə görülən kompleks tədbirləri;
k) pandemiyaya qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün böyük həcmdə dövlət vəsaitinin ayrılmasını;
l) COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərinə əhalinin səfərbər olunmasını, o cümlədən “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun təsis edilməsini;
m) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş yaşı 65-dən yuxarı olan 176 nəfərin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə əfv olunmasını müsbət qiymətləndiririk.

2. Təmsil olunduğumuz təşkilatların üzvlərini:

a) hökumətin həyata keçirdiyi zəruri və təxirəsalınmaz qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə etimadla yanaşmağa, müəyyən edilmiş karantin rejiminə tam riayət etməyə;
b) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində sosial məsuliyyət nümayiş etdirməyə;
c) pandemiyaya qarşı mübarizənin vacib şərti olan milli birlik və həmrəylik çağırışlarına qoşulmağa;
d) təşkilat vəzifələrinin yerinə yetirilməsi məqsədilə istənilən toplantılardan imtina etməyə, partiyadaxili fəaliyyətdə və ünsiyyətdə yalnız müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməyə səsləyirik.

3. Əhali arasında təşviş yaratmaq məqsədilə sosial şəbəkələrdə koronavirus xəstəliyi ilə əlaqədar şaiyələrin, təxribat xarakterli məlumatların yayılmasını qətiyyətlə pisləyir və müvafiq səlahiyyətli orqanlar tərəfindən belə hallara qarşı qanun çərçivəsində ən ciddi tədbirlərin görülməsini xahiş edirik.

4. Xarici ölkələrdə yerləşdirilmiş və şübhəli məqsədlərə xidmət göstərən sosial media vasitələrində hökumətin COVİD-19 pandemiyasının qarşısının alınması sahəsində tədbirlərinə etimadsızlıq yaratmaq niyyəti güdən və bununla da əhalinin sağlamlığının qorunması vəzifələrinin yerinə yetirilməsinə bilərəkdən ziyan vuran təbliğatı qətiyyətlə pisləyir, bu cür təhlükəli antiazərbaycan təbliğatına son qoyulmasını tələb edirik.

5. Koronavirusla mübarizə sahəsində zəruri məhdudlaşdırıcı tədbirlərin tərkib hissəsi kimi xüsusi karantin rejiminin tətbiq edilməsinin və onun insanların sağlamlığına ciddi təhlükə yaradılmasına səbəb olan kobud qanun pozuntusuna görə sanksiyalar tətbiq edilməsinin bəzi qruplar tərəfindən bilərəkdən siyasiləşdirilməsini yolverilməz hesab edirik.

6. Koronavirus xəstəliyinin yaratdığı indiki durumdan siyasi təbliğat məqsədləri üçün istifadə olunmasına, pandemiyanı siyasi mübarizə alətinə çevirmək, pandemiyadan milli maraqlardan uzaq, dar siyasi niyyətlər naminə faydalanmaq cəhdlərinə qəti etirazımızı bildirir, bu cür cəhdləri siyasi mədəniyyət və etika normaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndiririk.

7. Bütün siyasi partiyaları, ictimai təşkilatları və vətəndaş cəmiyyəti qurumlarını COVİD-19 pandemiyasının və onun yarada biləcəyi sosial-iqtisadi nəticələrin tezliklə aradan qaldırılması naminə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməyə, həmin tədbirlərin uğurla həyata keçirilməsinə öz imkanları daxilində kömək göstərməyə dəvət edirik.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sabah Milli Məclisin iclası keçiriləcək

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Sabah Milli Məclisin iclası keçiriləcək

Ceyhun Əli Milli Məclisin mətbuat katibi təyin edilib

Sabah Milli Məclisin iclası keçiriləcək

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub

Milli Məclis yeni Baş prokurorun təyin edilməsinə razılıq verib

Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib

Milli Məclis AŞ PA-ya etiraz məktubu göndərib

Milli Məclisin iclası başlayıb

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Sabah Milli Məclisin iclası keçiriləcək

Milli Məclisin Toponomiya komissiyasının yeni tərkibi müəyyənləşib

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclasının gündəliyinə 16 məsələ daxil edilib

Milli Məclisin plenar iclasları elektron formada keçiriləcək

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb

Milli Məclis sədri koronavirusla bağlı sərəncam imzalayıb

Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66