Ermənistanda koronavirusun yayılması fonunda fövqəladə rejimin müddəti bir ay uzadılıb13 Aprel 2020, 15:05 (GMT +4) Bakı, 13 aprel, SalamNews. Ermənistan hökuməti bugün keçirilən növbədənkənar iclasda fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar layihəsini təsdiqləyib.
SalamNews-un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, qərar koronavirusun Ermənistanda hələ də yayılmasının qarşısının alınmaması fonunda qəbul edilib.
Aprelin 13-nə olan məlumata görə, ölkədə 1039 COVID-19-a yoluxma hadisəsi qeydə alınıb, 14 nəfər ölüb.
Ermənistan Nazirlər Kabinetinin qərarına əsasən, fövqəladə rejim 14 apreldən mayın 14-dək daha 30 gün müddətinə uzadılır.
|