Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakıda Yol Polisi tərəfindən ciddi yoxlamalar davam etdirilir (FOTOLAR)

11 Aprel 2020, 19:44 (GMT +4)

Bakı, 11 aprel, SalamNews, K.Orxan. "Son günlərdə paytaxt yollarında nəqliyyat vasitələrinin sayı azalıb və sürücü-polis münasibətlərində həmrəylik yaranıb. Yol Polisi ölkədə karantin rejimi elan edilən gündən gücləndirilmiş iş rejimində çalışır. Yol Polisi tərəfindən şəhərin müxtəlif küçə və prospektlərində ciddi yoxlamalar davam etdirilir. Burada əsas məqsəd lüzümsuz, zərurət olmayan təqdirdə yola çıxan sürücüləri aşkarlamaq, həmçinin virusun geniş şəkildə yayılmasının qarşısını almaqdır.

Bu sözləri SalamNews-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Polis polkovniki bildirib ki, artıq vətəndaş polis həmrəyliyi yaranıb. "Evdə qal" kampaniyasına qoşulanların sayı nəzərə çarpacaq dərəcədə artıb. Ötən günlərlə nisbətdə yollarda nəqliyyat vasitələrinin sayı azalıb. Əlbəttə ki, bütün bunların hamısı yaxşı göstəricidir.

"Ancaq təəssüflər olsun ki, bilmədim, tələsirəm, işim var, xəstəm var və digər bahanələr irəli sürməklə lüzumsuz hərəkət edənlərə də rast gəlinib. Bu sürücülərin hesabına bəzi yoxlama-buraxılma məntəqələrində nisbətən ləngimələr yaranır. Əgər hər bir sürücü bu tələbləri düzgün yerinə yetirsə hazırkı vəziyyətdə paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə qurulmuş stasionar postlarda, yəni yoxlama-buraxılma məntəqələrində lüzumsuz ləngimələr baş verməz".

Vaqif Əsədov həmçinin qeyd edib ki, aparılan yoxlamaların, yollarda qurulan postların əsas məqsədi virusun qarşısını maksimum şəkildə almaqdır. Əgər biz hamılıqla karantin qaydalarına bu cür riayət olunmağa davam etsək virusun qarşısını tezliklə almış olarıq. Buradan hər kəsə bir daha müraciət edərək bildiririk ki, zərurət olmadığı təqdirdə evdən çıxmasınlar. Karantin qaydalarına əməl etsinlər. Bir sözlə özünü təcrid qaydalarına uyğun olaraq evdə qalmaq vacib və mütləqdir.

Məlumat üçün bildirək ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1909 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Səhlənkarlıq edəndə nəticəsi ağır olur - Vaqif Əsədov

Vilayət Eyvazovun iştirakı ilə keçirilən müşavirələrdə Vaqif Əsədov ön sıralarda yer alıb (FOTO)

Vaqif Əsədov: Bu gün Azərbaycan polisi ictimaiyyətin rəğbətini qazanır

Vaqif Əsədov: Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir

Vaqif Əsədov: Hər birimiz ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinə çalışmalıyıq

Vaqif Əsədov: Müəllimlərin zəhməti unudulmamalıdır

Vaqif Əsədov “Şəms” milli mükafatına layiq görülüb

Yol mədəniyyəti insanları və cəmiyyəti birləşdirən əsas meyardır - Vaqif Əsədov

Hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməlidir - Vaqif Əsədov

Təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, ümumi qaydalara əməl etməliyik - Vaqif Əsədov

Meqapolisə çevrilən Bakıda insanlar hüquq və vəzifələrinə diqqətlə yanaşmalıdırlar - Vaqif Əsədov

Bir ildə Bakıda 88 minə yaxın piyada cərimələnib - Vaqif Əsədov

Bizim ən böyük problemimiz sürücü-piyada münasibətlərinin tənzimlənməsindədir - Vaqif Əsədov

Bəziləri sürücü-polis münasibətlərinin gərginləşdirilməsinə çalışır - Vaqif Əsədov

Bu il 2000-ə yaxın sərxoş, 70 avtoxuliqan saxlanılıb - Vaqif Əsədov

Yol Polisinin əsas işi təhlükəsizliyi təmin etməkdir - Vaqif Əsədov

Bu ilin 7 ayı ərzində 26 azyaşlı qəzalarda ölüb - Vaqif Əsədov

Vaqif Əsədov: Yay vaxtı sürücülər rahat, qapalı ayaqqabılara üstünlük verməlidirlər

Polkovnik Vaqif Əsədov növbəti mükafata layiq görülüb

Vaqif Əsədov: Yollarda çəkilmiş sarı zolaqlar müəyyən prosedurlardan sonra silinəcək

03 İyun 2020, 19:35 (GMT +4)
İbrahim Məmmədov: Cümə günü axşamdan bazar ertəsi səhərə kimi hərəkət tam məhdudlaşdırılacaq

03 İyun 2020, 19:15 (GMT +4)
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər vəfat edib

03 İyun 2020, 18:04 (GMT +4)
Tərtərin Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi tikiləcək

03 İyun 2020, 17:53 (GMT +4)
SABAH qruplarına tələbə seçimi müsabiqəsinə başlanılıb

03 İyun 2020, 17:40 (GMT +4)
“Neftçi” klubu qapıçı Kamran İbrahimov ilə yeni müqavilə imzalayıb

03 İyun 2020, 17:40 (GMT +4)
Tramp Minneapolisdə iğtişaşların qarşısının alınmasına görə özünə təşəkkür edib

03 İyun 2020, 17:19 (GMT +4)
BMT baş katibi ABŞ nümayişçilərini dinc aksiya keçirməyə çağırır

03 İyun 2020, 17:15 (GMT +4)
Bu ilin iyunun 1-dək 512 fermerə 5.2 milyon manat güzəştli mikrokredit verilib

03 İyun 2020, 17:01 (GMT +4)
Prezident İlham Əliyev Ağdamda “N” saylı hərbi hissədə olub

03 İyun 2020, 17:00 (GMT +4)
“Kapital Bank”da nağd pul krediti üzrə nağdlaşdırma komissiyası 0 faiz olub

03 İyun 2020, 16:43 (GMT +4)
Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

03 İyun 2020, 16:41 (GMT +4)
Paşinyan Ermənistanda koronavirusla bağlı vəziyyəti fəlakət adlandırıb

03 İyun 2020, 16:38 (GMT +4)
Fələstində koronavirusa görə fövqəladə vəziyyət daha bir ay uzadılıb

03 İyun 2020, 16:16 (GMT +4)
Putin koronavirus peyvəndinə dair sammitdə iştirak etməyəcək

03 İyun 2020, 16:11 (GMT +4)
“SOCAR Polymer” yeni növ polimer istehsalına başlayıb

03 İyun 2020, 15:47 (GMT +4)
DİN: Həyətində narkotik bitkilər becərən şəxs tutulub

03 İyun 2020, 15:29 (GMT +4)
Ermənistanda COVID-19-a yoluxanların sayı 10 524-ə çatıb

03 İyun 2020, 15:29 (GMT +4)
“Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

03 İyun 2020, 15:14 (GMT +4)
Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib

03 İyun 2020, 15:14 (GMT +4)
Liviya «Milli Razılıq Hökuməti» yüksək rəsmilərini Moskva və Ankaraya göndərir 

03 İyun 2020, 14:50 (GMT +4)
İlahiyyat İnstitutunda yay imtahan sessiyasının keçirilmə qaydaları açıqlanıb

03 İyun 2020, 14:40 (GMT +4)
AP: ABŞ-da etirazlar zamanı 9 mindən çox insan saxlanılıb

03 İyun 2020, 14:30 (GMT +4)
Mingəçevirdə silsilə oğurluq edən şəxs saxlanılıb

03 İyun 2020, 14:12 (GMT +4)
ABC: Nyu Yorkda atışma nəticəsində bir nəfər ölüb

03 İyun 2020, 14:05 (GMT +4)
Prezident İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib

03 İyun 2020, 14:04 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı səkkiz mini keçib

03 İyun 2020, 13:59 (GMT +4)
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub

03 İyun 2020, 13:53 (GMT +4)
Abşerondakı bütün dəmir yolu stansiyalarında velosiped dayanacaqları olacaq

03 İyun 2020, 13:31 (GMT +4)
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

03 İyun 2020, 13:30 (GMT +4)
Gömrükçülər 545 kiloqram heroin aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66