Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Hökuməti Rusiyadan qayıtmaq istəyənlərə müraciət edib

10 Aprel 2020, 19:16 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qərargahdan SalamNews-a verilən məlumatda bildirilir ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra dövlətlər sərhədlərin bağlanmasına qərar verərək ölkə ərazisinə giriş-çıxışı müvəqqəti dayandırmışdır: “Əksər dövlətlər hava reyslərini təxirə saldığından 2020-ci il mart ayından etibarən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciətlər edilmiş, Azərbaycan hökuməti tərəfindən ayrılmış müntəzəm çarter reysləri üzrə İran, Türkiyə, Rusiya, İtaliya, Macarıstan və digər ölkələrdən soydaşlarımızın geri dönüşü təmin olunmuşdur. Sonrakı mərhələdə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilmiş və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədi ilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılmışdır.

Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədi ilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasındakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq”.

Məlumatda qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək.

“Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaqdır.

Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.

Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur”, - deyə məlumatda bildirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"AmCham" Azərbaycan hökumətinə yeni təkliflər təqdim edib

Azərbaycan hökuməti vətəndaşlara çağırış edib

Vüqar Gülməmmədov: Azərbaycan hökuməti risklərə hazırdır

Azərbaycan hökuməti elektron ticarətlə bağlı platformaları inkişaf etdirmək istəyir

Azərbaycan Hökuməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əlaqələr uğurla davam edir

Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

Azərbaycan Hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb

İtaliya vətəndaşı Azərbaycan hökuməti və xalqından üzr istəyib

Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Hökuməti BMT-nin CEDAW Komitəsinə 6-cı dövri hesabatı hazırlayır

Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında müzakirələr aparılıb

Azərbaycan hökümətindən maliyyə dəstəyi ilə bağlı xahiş edilməyib - BVF-nin Departament direktoru

BMT Sivilizasiyalar Alynası və Azərbaycan hökumətinin xüsusi mükafatı təsis olunacaq - nazir

İlham Əliyev: Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm

Azərbaycan hökuməti Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı ilə sıx əməkdaşlıq edir - Aydın Əliyev

Malena Mard: Azərbaycan hökuməti ilə tərəfdaşlıqdan qürur duyuruq

Zahid Oruc: Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir

Azərbaycan hökuməti və Dünya Bankı Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin icrasını yekunlaşdırıb

Navid Həsən: "Azərbaycan hökumətinin tövsiyələrini nəzərə alaraq fəaliyyət göstərəcəyəm"

Ömər Əbd əl-Alim: "Azərbaycan hökumətilə dərman zavodunun tikintisi barədə danışıqlar aparılır(MÜSAHİBƏ)

02 İyun 2020, 18:00 (GMT +4)
İqtisadiyyat Nazirliyi bir sıra iaşə müəssisələrində pozuntu aşkar edib

02 İyun 2020, 17:58 (GMT +4)
Ukraynada DİN rəhbərinin istefası tələb edilir

02 İyun 2020, 17:46 (GMT +4)
Dövlət qulluğu ilə bağlı ümumi müsahibə elan edilib

02 İyun 2020, 17:32 (GMT +4)
İŞİD ilə əməkdaşlıq edən Dağıstan sakini üç il müddətinə həbs edilib

02 İyun 2020, 17:31 (GMT +4)
Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 90 minə çatıb

02 İyun 2020, 17:26 (GMT +4)
Parlament sosial yardımın 1 illik təyin olunmasını təsdiqləyib

02 İyun 2020, 17:11 (GMT +4)
Azərbaycanda dərslər tədris ilinin sonunadək dayandırılıb

02 İyun 2020, 17:05 (GMT +4)
DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

02 İyun 2020, 17:02 (GMT +4)
Rusiya Türkiyənin S-400 istehsalında iştirakını nəzərdən keçirməyə hazırdır

02 İyun 2020, 16:57 (GMT +4)
Suriya Ordusu Həsəka əyalətində ABŞ hərbi karvanının qarşısını alıb

02 İyun 2020, 16:55 (GMT +4)
Prezident İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırıb

02 İyun 2020, 16:52 (GMT +4)
AQTA: Alma, şaftalı və nektarində xəstəliklər aşkarlanıb

02 İyun 2020, 16:40 (GMT +4)
BNA vətəndaşlara tibbi maska paylayıb

02 İyun 2020, 16:32 (GMT +4)
Türkiyədə kütləvi həbslər başlayıb

02 İyun 2020, 16:22 (GMT +4)
Masallı rayon prokuroru tutduğu vəzifədən azad edilib

02 İyun 2020, 16:17 (GMT +4)
“Azərsu” modul tipli qurğuları təmir edəcək

02 İyun 2020, 16:06 (GMT +4)
KİV: Vaşinqtonda etirazçıları dağıtmaq üçün hərbi helikopterlərdən istifadə edilib

02 İyun 2020, 15:54 (GMT +4)
“Biz birlikdə güclüyük!” adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66