Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

10 Aprel 2020, 14:14 (GMT +4)

Bakı, 10 aprel, SalamNews. "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) promouteri olduğu Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) təşkilatçılığı ilə keçirilən “Könüllü qonşu” aksiyasında yaxından iştirak edərək yardıma ehtiyacı olan qonşularına dəstək göstərirlər.

BŞH-dən SalamNews-a bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd könüllülərin birbaşa iştirakı ilə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi rejim dövrünün tələblərinə müvafiq şəkildə yaxın ərazidə olan ehtiyac sahiblərinə, xüsusən kimsəsiz olan əlillər və 65 yaşdan yuxarı ahıl şəxslərə gündəlik lazımi dəstəyin göstərilməsini təmin etməkdir.

BŞH-nin insan resursları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova könüllülərin aksiyada böyük həvəslə iştirak etdiyini bildirib: “Bizim üçün çox qürurverici haldır ki, könüllülərimiz ehtiyac duyulan bütün məqamlarda cəmiyyətin sosial rifahı naminə öz dəstəklərini hərtərəfli şəkildə böyük həvəslə göstərirlər. Biz il ərzində müxtəlif zamanlarda bir sıra sosial məsuliyyət layihələri həyata keçiririk. Bunun təbii nəticəsi olaraq artıq bu yanaşma bütün könüllülərimizin əsas dəyərlərindən birinə çevrilib. Ümidvarıq ki, onların cəmiyyətə verdiyi bu əvəzolunmaz töhfələr xalqımız arasında mövcud birlik və bərabərliyin daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə xidmət göstərəcək”.

Formula 1 könüllüləri AKƏM-in təqdim etdiyi, həmçinin özlərinin hazırladığı elanları qonşuların görə biləcəyi yerlərə - binaların girişi və liftlərin yanına yerləşdirirlər. Bu elanlarda könüllülərin şəxsi əlaqə nömrələri də əks olunur. Köməyə ehtiyacı olan şəxslər bu nömrə ilə əlaqə saxlayaraq ən qısa müddətdə öz ehtiyaclarını təmin edə bilirlər.

Yardım zamanı könüllülər xüsusi rejimin bütün tələblərinə ciddi şəkildə riayət edirlər. Belə ki, onlar SMS vasitəsilə müvafiq xidmətdən icazə alaraq, həmçinin əlcək və maska taxaraq evdən çıxırlar, heç bir halda kömək göstərəcəyi şəxsin evinə daxil olmurlar, ünsiyyətdə olduğu insanlarla azı 2 metr ara məsafəsi saxlayırlar, ərzaq və ya dərmanların alınması üçün ehtiyac sahiblərindən əvvəlcə pulu götürməklə zəruri məhsulları alaraq qəbzi ilə birlikdə təqdim edirlər.

AKƏM Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına cavab olaraq, koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə dövlət tərəfindən atılan bütün zəruri addımlara, xüsusilə əhalinin maarifləndirilməsi və qayğıya ehtiyacı olan insanlara sosial xidmətlərin göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə könüllü hərəkat və təşkilatlarının təşəbbüsü ilə təsis edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1 Azərbaycan Qran Prisi rəsmən ləğv edilib

Virtual Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq

BŞH: Formula 1 üçün indiyədək alınmış biletlər keçərli sayılır 

Formula 1 Azərbaycan Grand Prisi təxirə salına bilər

Formula 1 Azərbaycan Qran-Prisinə media akreditasiya bu gün başa çatır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

Nazir: Turizm baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var

Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib

Formula 1 Azərbaycan Qran-Prisinin dəqiq cədvəli açıqlanıb

İlham Əliyev: "Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir"

Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb

Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub

Formula 1: Müsabiqədə qalib gələn jurnalist Barselonaya göndəriləcək

Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün ingilis dili kursları keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

Formula 1: “Ferrari” rəsmi adını dəyişib

27 Oktyabr 2020, 13:15 (GMT +4)
Neftin qiyməti artıb

27 Oktyabr 2020, 13:00 (GMT +4)
MN: Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur

27 Oktyabr 2020, 12:55 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

27 Oktyabr 2020, 12:51 (GMT +4)
Çex Respublikasında gecə küçəyə çıxmaq qadağan edilib

27 Oktyabr 2020, 12:45 (GMT +4)
DİN koronavirusla bağlı əhaliyə müraciət edib

27 Oktyabr 2020, 12:30 (GMT +4)
Azərbaycanda Ukraynanın birinci Fəxri konsulluğu açılır

27 Oktyabr 2020, 12:20 (GMT +4)
Tramp ABŞ-ın ÜST-ə qayıtmasını mümkün hesab edir

27 Oktyabr 2020, 12:15 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

27 Oktyabr 2020, 12:15 (GMT +4)
Şəkidə avtomobillərdən oğurluq edənlər saxlanılıb

27 Oktyabr 2020, 12:00 (GMT +4)
MN: Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır

27 Oktyabr 2020, 11:57 (GMT +4)
Gürcüstanda son sutkada 1,8 mindən çox insan koronavirusa yoluxub

27 Oktyabr 2020, 11:45 (GMT +4)
Milli Məclis Vəng kəndinin Çinarlı kəndi adlandırılmasını təsdiqləyib

27 Oktyabr 2020, 11:30 (GMT +4)
Bu hərbçimiz düşmənin atəş nöqtələrini dəqiqliklə məhv edir

27 Oktyabr 2020, 11:19 (GMT +4)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib

27 Oktyabr 2020, 11:15 (GMT +4)
Milli Məclisin plenar iclası başlayıb

27 Oktyabr 2020, 11:00 (GMT +4)
Azərbaycan nefti 40 dollara qədər ucuzlaşıb

27 Oktyabr 2020, 10:50 (GMT +4)
Türkiyə ATƏT-in Minsk Qrupunu Qarabağla bağlı "nəticəyə hesablanmış" danışıqlara çağırır

27 Oktyabr 2020, 10:40 (GMT +4)
Prezident: Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir

27 Oktyabr 2020, 10:35 (GMT +4)
İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandırılacağını açıqlayıb

27 Oktyabr 2020, 10:25 (GMT +4)
Makron  vəziyyət üzərindəki nəzarəti tamamilə itirib - fransalı müxalifətçi

27 Oktyabr 2020, 10:23 (GMT +4)
Azərbaycan Prezidenti hərbi əməliyyatların hansı səbəblərdən başlandığını açıqlayıb

27 Oktyabr 2020, 10:15 (GMT +4)
XİN Ermənistanın uşaqları döyüşçü kimi istifadə etməsinə münasibət bildirib

27 Oktyabr 2020, 10:00 (GMT +4)
Dünya bazarlarında təbii qaz bahalaşıb

27 Oktyabr 2020, 09:50 (GMT +4)
Qondarma rejimin “müdafiə naziri” döyüşlərdə yaralanıb

27 Oktyabr 2020, 09:45 (GMT +4)
Ərdoğan: Təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatı sayəsində terror təhlükəsi aradan qaldırılıb

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Dünyada son beş gündə koronavirusa yoluxma sayı 400 mini keçir

27 Oktyabr 2020, 09:34 (GMT +4)
Ermənistan Talış və Suqovuşanda “Euronews”un çəkiliş qrupunu raket atəşinə tutub

27 Oktyabr 2020, 09:20 (GMT +4)
ANAMA cəbhəyanı ərazilərdə top mərmisi, raket, bombacıqlar aşkarlanyıb

27 Oktyabr 2020, 09:14 (GMT +4)
Türkiyənin Hatay vilayətində terror aktı baş verib

27 Oktyabr 2020, 09:00 (GMT +4)
Ermənilərin döyüş texnikası məhv edilib və sıradan çıxarılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66