BMT Baş katibi ÜST-ün ünvanına edilən tənqidlərə cavab verib09 Aprel 2020, 17:23 (GMT +4) Bakı, 9 aprel, SalamNews. BMT Baş katibi Antonio Quterreş Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus infeksiyası pandemiyası dövründə etdiyi işlərin tənqid edilməsinə cavab verərək bildirib ki, indi kimin hansı işləri yerinə yetirdiyini müəyyənləşdirmək deyil, koronavirusun yayılmasına qarşı mübarizədə birlik göstərmək lazımdır.
SalamNews bu barədə "İnterfaks"a istinadən məlumat yayıb.
"İndi birlik zamanıdır - beynəlxalq ictimaiyyət virusun yayılmasını və mənfi nəticələrin aradan qaldırılması üçün birgə çalışmalıdır", baş katib bildirib.
Onun sözlərinə görə, indi "dərs çıxarmaq" vaxtı deyil, pandemiya sona çatdıqda, infeksiyanın necə yarandığını və tez yayıldığını öyrənmək lazım olacaq. Həmçinin bohran vaxtında atılan addımları təhlil etmək də mümkün olacaq.
Quterreşin fikrincə məhz bu təhlillərdən sonra hər hansı bir nəticə çıxarmaq olar.
|