Husilər Səudiyyənin Yəməndə müvəqqəti atəşkəs elan etməsinə münasibət bildirib09 Aprel 2020, 16:32 (GMT +4) Bakı, 9 aprel, SalamNews, B.Samid. “Səudiyyə Ərəbistanın bu addımı sırf siyasi manevrədir. Yəmən mühasirədə saxlanılır və bu təcavüzün davam etdirilməsi deməkdir.”
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu Yəmənin "Ənsarullah" hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Buxeyti deyib.
Husi nümayəndəsi Səudiyyə Ərəbistanı hərbi koalisiyası tərəfindən Yəməndə iki həftəlik atəşkəsin elan edilməsilə bağlı iddiasına münasibət bildirib və bu addımı siyasi manevrə adlandırıb.
M. əl-Buxeyti bildirib ki, atəşkəs elan edilirsə bütün sferalarda həyata keçirilməli və mühasirə tam şəkildə qaldırılmalıdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası koronavirusla mübarizə fonunda və "BMT-nin çağırışlarını nəzərə alaraq", iki həftəlik atəşkəs elan etdiyini bildirib. Lakin bu gün Səudiyyə Ərəbistanı koalisiyası yenidən əl-Bəyda və əl-Couf əyalətlərinə hava zərbələri endirib.
|