Belarus Rusiyadan 2020-ci ildə qazın qiymətində endirm etməsini istəyib09 Aprel 2020, 16:57 (GMT +4) Bakı, 9 aprel, SalamNews. Belarusun Energetika naziri Viktor Karankeviç bildirib ki, rəsmi Minsk Rusiyadan 2020-ci ildə qaz qiymətlərində endirim etməsini istəyib.
"Belarus tərəfi "Qazprom"un 2020-ci ildə ölkəyə tədarük olunan təbii qazın qiymətinin azaldılması məsələsinə yenidən baxılması təşəbbüsü irəli sürüb", nazir bildirib.
SalamNews xəbər verir ki, agentliyin məlumatına görə, "hazırda dünyada təbii qaz da daxil olmaqla enerji ehtiyatlarının qiymətlərində azalma dinamikası müşahidə edilir".
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya qazının qiymətinin həddən artıq yüksək olduğunu açıqlamışdı.
|