"Brent" markalı neftin qiyməti artıb09 Aprel 2020, 14:17 (GMT +4) Bakı, 9 aprel, SalamNews. Londonda ICE birjasında "Brent" markalı neftin iyun fyuçersinin qiyməti 3,71 faiz artaraq 34,06 dollara çatıb.
SalamNews -un TASS-a istinadla verdiyi xəbərə görə, neft qiymətləri cümə axşamı saat 17:00-da vebinar formatda keçiriləcək OPEC + enerji nazirlərinin danışıqları ərəfəsində artır.
Qeyd edək ki, neft bazarında dalğalanmalar martın 6-da, OPEC + iclasında iştirak edən tərəflərin yekun qərar qəbul etməməsi fonunda başlayıb.
|