İsraildə koronavirusa yoluxanların sayı 10 minə yaxınlaşıb09 Aprel 2020, 13:42 (GMT +4) Bakı, 9 aprel, SalamNews, B.Samid. İsraildə koronavirusa yoluxanların sayı 9,755, bu virusdan ölənlərin sayı isə 79-a çatıb.
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi bəyanat verib.
Bildirilib ki, son sutkada daha 351 nəfərin koronavirusa yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 9,755-ə çatıb.
Əlavə edilib ki, son 24 saat ərzində daha 8 nəfər Covid-19 virusundan ölüb və bu rəqəm ümumilikdə 79-a çatıb.
İsraildə koronavirusa tutulanlardan 864 nəfər sağalıb.
Qeyd edək ki, İsrail Pasxa bayramına görə koronavirusla bağlı qadağaları sərtləşdirib.
|