Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərişıq” abunəçilərə yeni onlayn xidmətlər göstərir (VİDEO)

09 Aprel 2020, 14:31 (GMT +4)

Bakı, 9 aprel, SalamNews, K.Orxan. Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının Elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Fərmanına əsasən istifadə edilən elektrik enerjisi ilə bağlı "Azərişıq" ASC tərəfindən istehlakçılara verilən bildirişlər və ödənişlər elektron formada həyata keçiriləcəkdir.

SalamNews xəbər verir ki, bunu jurnalistlərə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev bildirib ki, istehlakçılar elektrik enerjisi borcunu “Azərişığ”ın mobil tətbiqi vasitəsilə ödəyəcəklər:

“Beləliklə, İstehlakçılar pandemiya dövründə bildirişləri sistem vasitəsilə risksiz əldə edə biləcək, habelə, ödənişləri onlayn qaydada, evdən çıxmadan bir toxunuşla həyata keçirmək imkanı qazanacaqlar. Elektron bildirişlər və enerji sərfiyyatına görə yaranan borclar elektron poçt və SMS vasitəsilə göndəriləcəkdir. Sistem göndərdiyi məlumatları və bütün digər əməliyyatları insan faktoru olmadan avtomatik həyata keçirəcək.

İstifadə olunan elektrik enerjisi sərfiyyatı və mövcud enerji borcu barədə bildiriş alaraq elektron ödəniş edə bilməyiniz üçün "Azərişıq" ASC-nin veb saytında “Bildiriş” bölməsinə daxil olaraq 15 rəqəmli abunəçi kodunuzu yazmağınız kifayətdir.

Açılan pəncərədə şəxsi məlumatlarınız, cari sərfiyyatınız və borcunuz barədə məlumatları görə bilərsiniz.

Bundan sonra mobil operatorunuzu, mobil nömrənizi və elektron poçt ünvanınızı daxil edərək “Yadda saxla” düyməsini seçib elektron bildiriş profilinizi yaratmış olursunuz. “Elektron bildiriş al” düyməsini seçərək, "Azərişıq" ASC-dən enerji borcunuz barədə bildiriş alaraq, enerji borcunuzu “Azərişıq” ASC–nin mobil tətbiqi vasitəsilə elektron qaydada həyata keçirə bilərsiniz. Bununla yanaşı, hər ayın enerji sərfiyyatı haqqında məlumat mobil nömrənizə SMS ilə göndəriləcəkdir. SMS-in sonunda qeyd olunan linkin üzərinə basaraq ödənişinizi asanlıqla həyata keçirə bilərsiniz.

Eyni zamanda, azerishiq.az saytında istənilən şəxs qeydiyyatdan keçmədən bildiriş alaraq elektron ödəniş etmək imkanına malikdir.

Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərsiniz”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azərişıq"da kadr dəyişiklikləri baş verib

“Azərişıq”: Sel 35 kV-luq hava xətti üçün təhlükə yaradıb

"Azərişıq" gücləndirilmiş iş rejiminə keçib

Tanrıverdi Mustafayev “Azərişıq” ASC sədrinin müşaviri təyin edilib

“Azərişıq” Ölkənin Şimal və Qərb regionlarında sosial aksiya həyata keçirir (FOTOLAR)

Prezident: “Azərenerji” və “Azərişıq” çox böyük işlər görürlər

Dövlət Komitəsi və “Azərişıq” prezidentin sosial çağırışına qoşulub (FOTOLAR)

“AzərEnerji” və “Azərişıq” kollektivləri qanvermə aksiyasına qoşulub 

“Azərişıq”: Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq

“Azərişıq” vətəndaşlara onlayn xidmətləri davam etdirir

“Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır

"Azərişıq" sözçüsü: "Yayılan məlumatlar həqiqəti əks etdirmir"

"Qaçqınkom", "Azərişıq" və "Azəriqaz" 2500-dən çox ailəni sevindirib (FOTOLAR)

"Azərişıq" tətil günlərində onlayn fəaliyyət göstərəcək

"Azərişıq" ASC-nin inzibati binası dezinfeksiya edilib

"Azərişıq" hüquqa zidd hərəkətlərə yol verən istehlakçılara xəbərdarlıq edib

“Azərişıq” ASC daha bir yenilik edib

“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

“Azərişıq” ASC-nin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66