Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:35 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Azərbaycanın 18 aparıcı könüllü təşkilatı və hərəkatının birləşdiyi Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı tərəfindən “Könüllü donor” aksiyasına start verilib.

Azərbaycan Respublikasının Gənclər Fondundan SalamNews-a bildiriblər ki, bu çərçivədə, Qan Bankının paytaxt və regionlarda yerləşən bölmələrinə könüllülər tərəfindən qan verilməsi nəzərdə tutulur.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi bütün vətəndaşları bu təşəbbüsə qoşularaq həmrəylik nümayiş etdirməyə və qana ehtiyacı olan xəstələrə, əsasən də talassemiyalı uşaqlara yardımçı olmağa, damarlarında axan qanı hədiyyə etməyə çağırır.

“Könüllü donor” olmaq istəyən şəxslər Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının bölgə bölməsinin (Bakı, Şirvan, Lənkəran, Quba, Şəki, Mingəçevir, Bərdə və Gəncədə) burada qeyd olunmuş nömrələri ilə əlaqə saxlayıb yaxınlaşa bilərlər. Könüllü donorlardan qan verməyə gəlməzdən əvvəl Mərkəzi Qan Bankının müvafiq bölgə bölməsi ilə bir saat əvvəldən əlaqə saxlayıb məlumat vermələri xahiş olunur.

Donor olmaq istəyən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə 1 rəqəmini (təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün) və şəxsiyyətini təsdiq edən məlumatı göndərməlidir (məsələn: 1 AZE 11111111). Yaşayış yerini tərk etmək üçün icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir.

Donorlar fiziki baxımdan sağlam olmalı, çəkisi 50 kiloqramdan yuxarı, yaş həddi 18-65 arasında olmalıdır. Aksiya zamanı donorların və onlarla işləyən tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün aidiyyəti qurumlar tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Hər bir donordan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdiriləcək və səhhətində problemi olmayan donorlardan götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra qan xəstəliyindən əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.

Qan bağışlamaq tam təhlükəsiz bir prosesdir, donor olmaqdan çəkinmə. Sən də damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol. Unutmayın ki, biz birlikdə güclüyük.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Könüllülər yeni şəraitdə fəaliyyətlərini genişmiqyaslı aksiyalarla davam etdirirlər

ASAN könüllüləri UNICEF-lə birgə sosial yardımları davam etdirirlər

Könüllülər koronavirusla mübarizədə dövlətin yanındadırlar

“Könüllü Qəhrəmanların Toplantısı” adlı görüş keçirilib

ASAN könüllüləri ahıl və tənha yaşayan xəstələrə dərmanlar paylayıblar (FOTOLAR)

ASAN könüllüləri daha bir sosial yardım layihəsinə başlayırlar

“Ailə Könüllüləri” layihəsinə start verilib

UNICEF və ASAN könüllülərin həssas ailələrə dəstək verib

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

ASAN könüllüləri və “Azərsun” polislərə dəstək göstərib (FOTOLAR)

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

Azərbaycanda "Könüllü donor" kampaniyasına start verilib

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

DOST könüllüləri tənha yaşlılara xidmət göstərilməsində iştirak edir

YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib (FOTO)

ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər

ABŞ-da ilk könüllüyə koronavirusa qarşı peyvənd vurulacaq

Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edilib

Daily Mail: İngiltərədə alimlər koronavirus peyvəndi hazırlamaq üçün könüllülər axtarır 

Könüllülüyün təbliği ilə bağlı qrant müsabiqəsi elan edilib

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66