Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

Karantin rejimi üçün saxta jurnalist vəsiqəsi hazırlayanlar həbs edilib

08 Aprel 2020, 14:23 (GMT +4)

Bakı, 8 aprel, SalamNews. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına hələ də rast gəlinməkdədir. Bu kimi neqativ halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər davam etdirilir.

SalamNews xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğunun Mətbuat Xidmətləri birgə məlumat yayıb. 

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Anar İsgəndərov və Aslan Bayramov “Sağlam Həyat Naminə”, eləcə də “Siyasət və Gerçək Uğur” jurnallarının möhürü ilə təsdiqlənmiş saxta arayışları satarkən saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, A.İsgəndərov və A.Bayramov xüsusi karantin rejimi dövründə kütləvi informasiya vasitələrinin əməkdaşlarının fəaliyyətlərini sərbəst şəkildə davam etdirməsinə müvafiq icazənin verilməsi qaydasından süi-istifadə edərək sərbəst hərəkətləri məhdudlaşdırlan şəxslərə guya qeyd edilən jurnalların əməkdaşları olmaları barədə saxta arayışlar satıblar. Bununla da A.İsgəndərov və A.Bayramov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən A.İsgəndərov və A.Bayramov tutularaq istintaqa cəlb olunublar. Onlardan xeyli sayda saxta arayışlar, boş blanklar və möhür aşkar olunaraq götürülüb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir daha vətəndaşlardan koronavirus pandemiyası ilə mübarizədə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə əməl etməyi tələb edir. Əks halda qaydaları pozan şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulan qaydada ciddi cəza tədbirləri görüləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66