Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

08 Aprel 2020, 09:50 (GMT +4)

Bakı, 8 aprel, SalamNews.Aprelin 7-dək 150 min şagird "Virtual məktəb" portalında qeydiyyatdan keçib. Onlardan 110 min nəfərə şəxsi səhifəsinə giriş imkanı yaradılıb. Qeydiyyatdan sonrakı 48 saat ərzində istifadəçilərin şəxsi kabinetləri aktivləşəcək.

SalamNews Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyatdan keçən şagirdlərin qruplar üzrə komplektləşdirilməsi istiqamətində bu gün axşam saatlarında işlər aparılacaq və bununla əlaqədar olaraq portalda qeydiyyat prosesi müvəqqəti dayandırılacaq. Komplektləşdirmə yekunlaşdırıldıqdan sonra şagirdlərin qeydiyyatına yenidən başlanılacaq.

Qeyd edək ki, aprelin 2-dən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsinə start verilib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunur. Sözügedən portal vasitəsilə şagirdlər həftəiçi teledərslərdə tədris olunan mövzulara əsasən hazırlanmış ev tapşırıqlarını yerinə yetirə və əlavə tədris resurslarından faydalana bilərlər. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq.

"Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Belə ki, növbəti mərhələdə müəllimlərin portalda qeydiyyat imkanının təşkili nəzərdə tutulur.

"Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilərlər. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən istifadəçilər virtual.edu.az saytındakı müvafiq təlimatlarla tanış ola bilərlər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi: Valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçə bilər

Təhsil Nazirliyinin tabeliyindəki liseylərə müsabiqələrin vaxtı açıqlanıb

Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq

Ötən ay Təhsil Nazirliyinə 863 zəng daxil olub

Təhsil Nazirliyi ehtiyacı olan 210 ailəyə ərzaq yardımı edib

Təhsil Nazirliyi: Əcnəbi tələbələrin çoxu ölkəsinə qayıdıb

Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məlumat yayıb

Təhsil Nazirliyində vətəndaşların qəbulu müvəqqəti dayandırılıb

Təhsil Nazirliyi: Yeni ixtisaslar üzrə müasir təhsil proqramları hazırlanacaq

Təhsil Nazirliyi: Orta ixtisas üzrə yeni təsnifata 141 ixtisas salınıb

Təhsil Nazirliyi qanvermə aksiyasına qoşulub

Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasındadır

Təhsil Nazirliyi "Evdə Qal, Evdə Yarat" təşəbbüsünə qoşulur

Təhsil Nazirliyinin saytı ən çox ziyarət olunan sayt olub

Təhsil Nazirliyi teledərslərin effektivliyini ölçmək üçün böyük qiymətləndirmə keçirəcək

Təhsil Nazirliyi "Virtual məktəb" layihəsini təqdim edir (VİDEO)

Təhsil Nazirliyində vətəndaş qəbulu aprelin 20-dək dayandırılır

Təhsil Nazirliyinin #birteshekkur adlı onlayn fləşmobu davam edir

Təhsil Nazirliyi KMDF-yə 510 min manat vəsait köçürüb

Təhsil Nazirliyində vətəndaş qəbulu dayandırılıb

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

30 May 2020, 12:10 (GMT +4)
KİV: Minneapolisdə iğtişaşlar zamanı 200-dən çox bina talan edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66