Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

YAP: Əfv sərəncamlarının imzalanması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir

07 Aprel 2020, 14:48 (GMT +4)

Bakı, 7 aprel, SalamNews. Azərbaycan bütün azadlıqların, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu, demokratik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkədir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşların rifahı və mənafeyi dayanır, eyni zamanda, bu siyasət milli maraqlara əsaslanır, sosial ədalət və humanizm prinsiplərini özündə ehtiva edir".

SalamNews xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, respublikamızda vaxtaşırı olaraq azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin əfv edilməsi ilə bağlı dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması, eləcə də amnistiya aktlarının qəbul olunması mühüm əhəmiyyət kəsb edir: "Bu, dövlətin humanizm siyasətini, eləcə də öz vətəndaşlarına humanist münasibətini əks etdirən mühüm faktlardan biridir. Bu müsbət ənənənin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra insan hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atılıb, ölüm hökmünə moratorium qoyulub. O dövrdən etibarən Azərbaycanda heç kimə ölüm hökmü tətbiq olunmayıb və sonradan bu cəza növü ləğv edilib. Bununla yanaşı, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə çoxsaylı əfv sərəncamları imzalanıb, amnistiya aktları qəbul edilib".

Siyavuş Novruzov Azərbaycanın müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrə qədər ölkəmizdə amnistiya və ya əfv haqqında hər hansı bir qərar və sərəncam olmadığını xatırladaraq deyib: "Müstəqil respublikamızda 1996-cı ildən başlayaraq əfv sərəncamları imzalanıb, amnistiya haqqında qərarlar qəbul olunub".

"Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları və fərmanlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının Öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır. Sonuncu Amnistiya Aktı isə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib, 10 mindən artıq insana şamil olunub. Bütövlükdə, dövlət başçısının imzaladığı qanunvericilik aktlarına əsasən, indiyə kimi 4871 şəxs əfv edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 40412 şəxsi əhatə edib, onlardan 8580 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub",- deyə YAP İcra katibinin müavini diqqətə çatdırıb.

Siyavuş Novruzov Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2020-ci il 6 aprel tarixli Sərəncamına əsasən, 176 məhkumun, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edilməsinin mühüm əhəmiyyətə malik olduğunu deyib: "Sərəncam yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

Sərəncamda əfv edilən şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracağına, Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklərinə əminlik ifadə olunub. Əlbəttə, əfv olunanlar dövlətin onlara inam və etibarını daim hiss edirlər, bu isə onlara layiqli vətəndaş olmaq stimulu verir. Bütövlükdə, Azərbaycan ictimaiyyətinin nümayəndələri humanizm nümunəsi olan və böyük sosial əhəmiyyətə maıik bu addımları yüksək dəyərləndirirlər. Şübhəsiz ki, ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kaşıkçının övladları onu qətlə yetirən Səudiyyə rəsmilərini əfv ediblər

Əfv olunan şəxslər istirahət mərkəzlərinin birinə ikihəftəlik yerləşdirilib

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

Vidadi Zeynalov əfv edilib

Akif Çovdarov əfv edilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Mərakeşdə koronavirusla mübarizə fonunda 5,654 məhbus əfv edilib

Tunisin yeni prezidenti 670 məhbusun əfvilə bağlı sərəncam imzalayıb

İranda Novruz bayramı ilə bağlı 10 min məhbus əfv ediləcək

İranda Növruz bayramı ilə bağlı böyük əfv gözlənilir

Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

Zelenski 12 Rusiya vətəndaşının əfvi barədə sərəncam imzalayıb

İranda Qədir-Xum bayramına görə mindən çox məhkum əfv edilib

Tramp iraqlı əsiri öldürən ABŞ zabitinin əfvi üçün təzyiq göstərdiyini etiraf edib

Tramp müharibə cinayətləri törətmiş ABŞ hərbçilərini əfv etmək istəyir

Misir hökuməti əksəriyyəti siyasi məhbus olmaqla 560 nəfəri əfv edib

Tramp iraqlı məhbusu qətlə yetirən amerikalı zabit haqda əfv sərəncamı verib

Fuad Ələsgərov: Əvvəlki AXCP-Müsavat iqtidarı dövründə əfv və amnistiya kimi institutlardan imtina edilmişdi

Beynəlxalq Əfv Təşkilatı Səudiyyədə 37 fəalın edam edilməsini kəskin pisləyib

01 İyun 2020, 18:40 (GMT +4)
Azərbaycanda daha 168 nəfər COVİD-19-a yoluxub, 5 nəfər vəfat edib

01 İyun 2020, 18:10 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib

01 İyun 2020, 18:00 (GMT +4)
Nazirlik: Sosial təminat sistemi ilə əhatə olunanların 600 minə qədəri uşaqlardır

01 İyun 2020, 17:45 (GMT +4)
Çin XİN Trampın sanksiya tətbiqi ilə bağlı təhdidlərinə cavab verib

01 İyun 2020, 17:37 (GMT +4)
Gömrük Hospitalında uşaqların müalicəsi uğurla həyata keçirilir

01 İyun 2020, 17:30 (GMT +4)
Rezidenturaya qəbul imtahanının vaxtı açıqlanıb

01 İyun 2020, 17:18 (GMT +4)
ABŞ-da son sutka ərzində 20 mindən çox insan COVID-19-a yoluxub

01 İyun 2020, 17:14 (GMT +4)
Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlanıb

01 İyun 2020, 17:05 (GMT +4)
Bərbərxana və gözəllik salonları sahibləri ilə onlayn görüş keçirilib

01 İyun 2020, 16:58 (GMT +4)
İranda son 24 saat ərzində koronavirusa yoluxan 81 nəfər ölüb

01 İyun 2020, 16:56 (GMT +4)
“Azercell” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olub

01 İyun 2020, 16:41 (GMT +4)
Bakı Ali Neft Məktəbi onlayn Yay Məktəbi təşkil edəcək

01 İyun 2020, 16:28 (GMT +4)
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir

01 İyun 2020, 16:23 (GMT +4)
Moskva Mərkəzi Məscidi bu gün açılacaq

01 İyun 2020, 16:22 (GMT +4)
Təhsil naziri uşaqları təbrik edib

01 İyun 2020, 16:16 (GMT +4)
BDU-da onlayn elmi seminar keçirilib

01 İyun 2020, 16:00 (GMT +4)
Mərkəzi Bank ADIF-ə 480 milyon manat kredit verəcək

01 İyun 2020, 15:41 (GMT +4)
Zaxarova Rusiyanın ABŞ-dakı aksiyalarda rolu olduğuna dair açıqlamarı şərh edib

01 İyun 2020, 15:40 (GMT +4)
AzTU-nun professoru Türkiyə telekanalında erməni yalanlarını ifşa edib (VİDEO)

01 İyun 2020, 15:21 (GMT +4)
Bu gündən subbakalavrların sənəd qəbulu başlanır

01 İyun 2020, 15:12 (GMT +4)
Corc Floydun oğlu etirazçıları zorakılıqdan çəkinməyə çağırıb

01 İyun 2020, 15:10 (GMT +4)
Azərbaycanda iyun ayına olan hava proqnozu açıqlanıb

01 İyun 2020, 14:46 (GMT +4)
Koronavirusla bağlı yeni sistem istifadəyə verilib

01 İyun 2020, 14:43 (GMT +4)
İran XİN ABŞ rəhbərliyini insanalara qarşı zorakılığı dayandırmağa çağırıb

01 İyun 2020, 14:27 (GMT +4)
Co Bayden Delaver ştatında aksiyaların keçirildiyi ərazini ziyarət edib

01 İyun 2020, 14:26 (GMT +4)
Maskadan istifadə etməyən sərnişinlərin avtobuslarda hərəkəti qadağan ediləcək

01 İyun 2020, 14:08 (GMT +4)
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib

01 İyun 2020, 13:58 (GMT +4)
Millət vəkili Könül Nurullayeva qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərib

01 İyun 2020, 13:50 (GMT +4)
AP: ABŞ-da aksiyalar zamanı 4100 nəfər saxlanılıb

01 İyun 2020, 13:44 (GMT +4)
DİN: İş yerində narkotik becərən şəxs saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66