Fransa qüvvələri Bağdadda hərbi qərargahı ölkə ordusuna təhvil veriblər07 Aprel 2020, 13:48 (GMT +4) Bakı, 7 aprel, SalamNews, B.Samid. ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-ə qarşı hərbi koalisiya” tərkibində olan Fransa qüvvələri Bağdadın qərbində bir qərargahı ölkə ordusuna təhvil veriblər.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Fransa qüvvələri Bağdadın qərbindəki qərargahlarını bu gün İraq Ordusuna təhvil veriblər.
İraq hərbi mənbələri bildirib ki, bu təhvil vermə prosesi tərəflər arasında danışıqların nəticəsi olaraq həyata keçirilib.
Məlumata görə Fransa qüvvələrinin təhvil verdiyi hərbi qərargah Əbu-Qureyb bölgəsində yerləşir.
Qeyd edək ki, bu, son ay ərzində altıncı qərargahdır ki, ABŞ koalisiyası İraq Ordusuna təhvil verir.
Fransa və Çexiya hərbi mənbələri ötən həftə elan ediblər ki, İraqdakı qüvvələrini birdəfəlik olaraq bu ölkədən çıxaracaqlar. Lakin ABŞ qərargahlarını boşaltdıqdan sonra qüvvələrini Eynul-Əsəd və əl-Hərir bazalarına toplayır.
|