Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb06 Aprel 2020, 16:37 (GMT +4) Bakı, 6 aprel, SalamNews, B.Samid. OPEK+ toplantısı carı ayın 9-da keçiriləcək.
SalamNews RT-ə istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmirti Peskov bu gün mətbuata açıqlamasında deyib.
Rusiya rəsmisi bildirib ki, bu günə nəzərdə tutulan OPEK+ toplantısı təxirə düşüb və bu toplantı telekonfrans formasında carı ayın 9-da keçiriləcək.
Təxirin texniki səbəblərdən baş verdiyi bildirilib.
OPEK-in sabiq toplantılara qatılmayan ölkələri aktiv iştiraka çağıran Peskov bildirib ki, bu ölkələr də neftin sabit qiymətinin əldə edilməsi üçün koordinasiyaya qatılmalıdırlar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı da ötən həftə təcili şəkildə OPEK+ üzvlərinin bir araya gəlməsini istəyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Rusiya OPEK+ çərçivəsində neftin hasilatının azaldılması ilə bağlı razılığa gələ bilməməsindən sonra hər iki tərəf xüsusilə də Səudiyyə Ərəbistanı hasilatı artırıblar. Koronavirus pandemiyasının dünyanı bürüməsi fonunda baş verən bu prosesdən sonra neftin qiyməti 20 dollara enib. ABŞ-da Şist neftinin istehsalı ilə məşğul olan şirkətlər iflas təhlükəsilə üzləşdikdən sonra Tramp Səudiyyə Ərəbistanı və Rusiyaya hasilatın 10-15 milyon barel azaldılması barədə çağırış edib.
|