Ağsuda silsilə oğurluq hadisəsi törədilib (FOTO)07 Aprel 2020, 13:39 (GMT +4) Bakı, 7 aprel, SalamNews.Ağsuda silsilə oğurluq hadisəsi baş verib.
SalamNews-un xəbər verir ki, rayon sakinləri Zülfüqar Talıbov, İlqar Vəliyev və Dəyanət Ağammədov müxtəlif vaxtlarda Ağsu rayon polis şöbəsinə müraciət edərək onlara məxsus evdən, marketdən və "Topaz" mərc oyunları zalından oğurluq olması barədə məlumat veriblər. Sakinlərin müraciətinə əsasən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon sakini 24 yaşlı Dadaşzadə Hüseyn Zülfüqar oğlu və əvvəllər məhkum olunmuş Kürdəmir rayon Pirli kənd sakini 25 yaşlı Eyvazov Samir Tahir oğlu şübhəli şəxs qismində saxlanılıblar. İlkin dindirmə zamanı oğurluq əməlini etiraf ediblər. Onlar rayon sakinləri Zülfüqar Talıbovun yaşadığı evdən 1265 manat, İlqar Vəliyevə məxsus Ağsudakı “Orxan” marketdən 472 manat, Dəyanət Ağammədova məxsus “Topaz” mərc oyunları zalından isə 150 manat məbləğində müxtəlif çeşidli mallar, o cümlədən ərzaq malları, texniki avadanlıqlar, ev əşyaları və lotereyalar oğurlayaq, vətəndaşlara 2000 manata yaxın ziyan vurublar
Hazırda faktla bağlı istintaq aparılır.
|