Nazir Sahil Babayev jurnalistlərə müraciət edib07 Aprel 2020, 20:02 (GMT +4) Bakı, 7 aprel, SalamNews, K.Orxan. "Bəzən sosial şəbəkələrdə o cümlədən müxtəlif saytlarda düzgün olmayan informasiyalar yayılır. Qeyd olunur ki, hansısa bir tənha vətəndaşa dövlət tərəfindən heç bir yardım edilmir, nazirlik bu barədə maraqlanmır. Bütün yayılan bu məlumatlar cəmiyyətdə çaşqınlıq yaradır".
SalamNews xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, biz sosial şəbəkələrdə, saytlarda gedən bütün məlumatları araşdırırıq. Araşdırmadan sonra məlum olur ki, yayılan məlumatların heç bir əsası yoxdur. Bu səbədən jurnalistlərdən istəyimiz odur ki, məlumat yayarkən dəqiqləşdirmələr aparsınlar.
S.Babayev həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 13 min tənha vətəndaş var. Arıtq 10 mindən çox tənha vətəndaşa müxtəlif yardımlar edilib. Onlara 1 həftəlik qida üçün yardımlar aparılıb. Bu təşəbbüsə müxtəlif şirkətlər də qoşulub. Təkcə Azercell şirkəti 5 mindən çox ailəyə yardım edib. Digər böyük şirkətlərdə bu yardıma qoşulublar.
|