Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib03 Aprel 2020, 21:21 (GMT +4) Bakı, 3 aprel, SalamNews. Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib
SalamNews "koronavirusinfo.az" istinadən xəbər verir ki, infeksiya daşıyıcılarının 149 nəfəri Bakı şəhər sakinləridir.
Onlardan ən çoxu paytaxtın Yasamal (27), Binəqədi (23), Nəsimi (23), Nərimanov (19) rayonlarına düşür. Abşerondan olan koronavirus xəstələrinin sayı 9, Sumqayıtda isə bu göstərici 6-ya bərabərdir.
Bakının digər rayonları üzrə göstəricilər:
Xətai rayonu - 13, Səbail rayonu- 10, Qaradağ rayonu - 9, Sabunçu rayonu - 7, Suraxanı rayonu - 5, Pirallahı - 2, Xəzər rayonu - 3, Nizami rayonu - 2, Qeyri-müəyyən - 6
Azərbaycanın bölgələrinə gəldikdə isə, bu göstərici ən çox Lənkəranda (18) və Cəlilabaddadır (15). Koronavirusa yoluxanlardan 98 nəfəri isə ölkə xaricindən gələnlərdir.
Digər bölgələr üzrə göstəricilər:
Salyan - 12, Qusar - 9, Tovuz - 5, Neftçala - 4, Astara - 3, Naftalan - 3, Daşkəsən - 3, Füzuli - 3, Xaçmaz - 3, Zaqatala - 3, Ucar - 3, Ağdam - 2, Ağdaş -2, Quba -2, Masallı, Siyəsən, Xızı, Qəbələ, Tərtər, Qax, Qazax, Biləsuvar - 1.
|