İranda koronavirusa yoluxanların sayı 53 mini ötüb03 Aprel 2020, 14:33 (GMT +4) Bakı, 3 aprel, SalamNews, B.Samid. İranda koronavirusa (Covid 19) yoluxanların sayı 53,183 nəfərdir. Onlardan 17 mindən çoxu sağalıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri Kiyanuş Cahanpur bu gün keçirilən videokonfrans zamanı deyib.
İran rəsmisi bildirib ki, son sutkada daha 2,715 nəfər koronavirusa yoluxub və bu rəqəm ümumilikdə 53,183-ə çatıb.
O bildirib ki, son sutkada ölkədə daha 134 nəfər həyatını itirib və bu rəqəm ümumilikdə 3,294-ə çatıb.
K.Cahanpur deyib ki, indiyə qədər yoluxanlardan 17, 935 nəfər sağalıb.
|