Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Deputat: Xəstələrlə ünsiyyətdə olan insanlar üçün sığorta mexanizmi tətbiq olunmalıdır

05 Aprel 2020, 18:14 (GMT +4)

Bakı, 5 aprel, SalamNews. Hazırkı statistik məlumatlara əsasən ölkəmizdə indiyədək 584 Covid-19 virusuna yoluxma halı qeydə alınmışdır. Bunlardan xəstəliyin aktiv fazasında olan 547, karantində olan minlərlə insan var. Belə bir şəraitdə koronavirusla mübarizə məsələsində ön cəbhədə çalışan, ən çox risk altında olan insan qrupu bizim həkimlər, səhiyyə işçilərimizdir. Onlar bu bəla ilə fədakarcasına mübarizə aparır və məhz tibb işçilərinin qorunması məsələsi gündən günə aktuallığını artırır.

SalamNews xəbər verir ki, bu fikirləri millət vəkili Nigar Arpadarai deyib.

O bildirib ki, koronavirusla mübarizə tədbirlərində iştirak edən səhiyyə işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısı hələ bir neçə həftə öncə, karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb, aidiyyatı qurumlara müvafiq göstərişlər verib.

Millət vəkili hesab edir ki, pandemiya dövründə səhiyyə işçilərinin qorunması və gələcəyə əminliyini təmin etmək üçün atılmalı olan növbəti addım, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan insanlar üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi olmalıdır. Bəzi ölkələr artıq belə bir sistemin tətbiqini elan ediblər:

"Əminəm ki, Azərbaycanda da bunu etmək mümkündür. Təbii ki, hazırda dövlət tibb işçilərini qorumaq üçün lazımi sanitar şəraitin yaradılmasını təmin edir. Lakin bütün dünyada praktika onu göstərdi ki, heç bir qoruma yolları 100% yoluxmanın qarşısının alınmasını təmin etmir. Ona görə də pandemiya dövründə, xüsusi karantin rejimi olan zaman xəstələrlə birbaşa ünsiyyətdə olan işçilərin həyat sığortasının tətbiqi önəmlidir" Bunun bir neçə yolu ola bilər:

- Hərbi qulluqçular üçün tətbiq olunan dövlət sığortasının pandemiya zamanı bu kateqoriya insanlara tətbiq olunması
- Dövlət subsidiyası əsasında sığorta mexanizminin tətbiqi, yəni hökümətlə özəl sektorun birgə işi sayəsində mexanizmin yaradılması
- Bu sahədə tamamilə yeni mexanizmin yaradılması.

"Növbəti günlər ərzində bu məsələ ilə bağlı ən münasib təklif hazırlamaq üçün araşdırma aparıb, müvafiq qurumlara sorğuları yönləndirəcəyəm. Əminəm ki, indiki şəraitdə bunu pandemiya dövrü üçün tətbiq etmək olar, lakin sonrakı mərhələlərdə bu məsələnin qanunvericilik səviyyəsində həllinin tapılması mütləqdir. Belə sistemin mövcudluğu, sağlamlığı bahasına, fədakarcasına işini görən səhiyyə işçilərinə və xəstələrlə ünsiyyətdə olan digər sahənin əməkdaşlarına daha çox əminlik və güvənlik vermiş olardı", deyə N.Arpadarai bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Nigar Arpadarai parlamentlərarası işçi qrupun sədri seçilib

Nazir Nigar Arpadaraini millət vəkili seçildiyi üçün təbrik edib

Nigar Arpadarai deputatlığa namizədliyini irəli sürüb

Nigar Arpadarai: 2019 Formula 1 Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub

Nigar Arpadarai: Çox hazırlaşdıq, fəxr edirik ki, hər şey gözəl keçdi

Nigar Arpadarai: Şəhər treklərinin xüsusiyyəti onların gözlənilməz olmasıdır

Nigar Arpadarai: Formula 1 bizim üçün heç vaxt imic yarışı olmayıb

Nigar Arpadarai media ilə sıx əməkdaşlığına görə mükafatlandırılıb 

Nigar Arpadarai KİV-də yayılan bəzi məlumatlara aydınlıq gətirib

Xərclərimiz ildən-ilə azalır, gəlirlərimiz isə artır - Nigar Arpadarai

Beynəlxalq medianın Azərbaycana olan pozitiv yanaşması bizi çox sevindirdi - Nigar Arpadarai (MÜSAHİBƏ)

Avqustun sonuna qədər Qran-Pri ilə bağlı qurğular söküləcək - Nigar Arpadarai

Nigar Arpadarai jurnalistlərə Formula-1 yarışı ilə bağlı son tövsiyə və tapşırıqlarını verib

Azərbaycanın dünyaya tanıdılmasında Formula 1 bizə çox böyük dəstək oldu - Nigar Arpadarai (MÜSAHİBƏ)

Turistlərin Azərbaycana cəlb edilməsi üçün əlimizdən gələni edirik - Nigar Arpadarai

Nigar Arpadarai: Formula-1 Azərbaycan Qran-Prisinə maraq ötən illə müqayisədə daha çoxdur

Qran-pri ilə bağlı asfaltlanma zamanı qənbər daşlarına ziyan dəyməyəcək - Nigar Arpadarai 

Nigar Arpadarai: "Formula-1" yarışı zamanı bütün dünya Azərbaycanı tanıdı

"Formula-1" yarışı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına müsbət təsirini göstərib - Nigar Arpadarai

Nigar Arpadarai: ""Formula 1" Avropa Qran Prisində iştirak edəcək marşalların təlimlərinə start verilib"

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

25 May 2020, 10:55 (GMT +4)
Dünyada neftin qiymətləri yüksəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66