Taylandda at vəbası yayılıb02 Aprel 2020, 17:21 (GMT +4) Bakı, 2 aprel, SalamNews. Taylandda 100-dən çox at Afrika vəbasından ölüb. Ölkə hökuməti ilk dəfə belə bir xəstəliklə qarşılaşdıqlarını açıqlayıb.
"Bu xəstəlik Taylandda indi ortaya çıxdı. Əvvəllər heç belə bir hala rast gəlməmişdik", Tayland Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq inkişafı departamentinin baş direktoru Soravit Tanito bildirib.
Soravit qeyd edib ki, hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstə atları təcrid edib.
"Bu virusun Taylanda necə gəldiyini öyrənməliyik", o deyib.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, son məlumatlara görə dörd vilayətdə azı 131 at ölüb.
|