Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə komendant saatı tətbiq edib02 Aprel 2020, 16:55 (GMT +4) Bakı, 2 aprel, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinə şəhərlərində 24 saatlıq komendant saatı tətbiq edib.
SalamNews Sədiyyə Ərəbistanın rəsmi dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Məkkə və Mədinə şəhərlərinin bütün rayonlarında 24 saatlıq komendant saatının tətbiqinə başlanılıb. Yeni komendant rejimi cümə axşamı günündən tətbiq edilməyə başlayıb.
Əlavə edilib ki, yeni rejimin elan edilməsi koronavirusla mübarizə istiqamətində mühüm amil olan sosial təcridin təmin edilməsidir.
|