Qasim Süleymaninin xələfi Bağdada ilk səfərini edib - KİV02 Aprel 2020, 15:32 (GMT +4) Bakı, 2 aprel, SalamNews, B.Samid. Qasim Süleymaninin terror edilməsindən sonra Sepah-ın "Qüds Korpusu"nun komandanı İsmail Qəani ilk dəfə olaraq Bağdada səfər edib.
SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə “Associate Press” İraq mənbələrinə istinadla məlumat dərc edib.
ABŞ-ın bu xəbər agentliyi iddia edib ki, İsmail Qəani bu həftənin əvvəli Bağdada səfər edərək, bir sıra siyasi cinahlar və partiyaların nümayəndələrilə görüş keçirib.
İraq mənbələri “AP”ə bildiriblər ki, bu səfərdən məqsəd İraqda şiə siyasi cinahlarını yeni və vahid siyasətçi ətrafında birləşdirmək və ABŞ-a meyilli olan Ədnan əz-Zurufinin və sairlərinin baş nazirlik kürsüsünə çatmaması üçün səylər göstərməkdir.
Qeyd edək ki, ABŞ yanvar ayının 3-də Qasim Süleymanini və onunla birgə 8 iraqlı və iranlı hərbi rəsmini Bağdad hava limanı ətrafında terror edib. Qasim Süleymaninin xələfi İsmail Qəani bir ay öncə Suriyada səfərdə idi. İndi isə İraqa səfəri media tərəfindən açıqlanır.
|