Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Operativ Qərargah: Azərbaycanda koronvirusa yoluxma dinamikası gündəlik artmaqdadır

31 Mart 2020, 15:39 (GMT +4)

Bakı, 31 mart, SalamNews. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Qərargahdan SalamNews-a verilən məlumatda bildirilir ki, hazırda əksər dövlətlər və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən görülən tədbirlərə və birgə səylərə baxmayaraq, koronavirus (COVID-19) infeksiyasının dünyada yayılmasının qarşısını almaq mümkün olmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bugünədək dünyada 787 469 nəfər COVID-19 infeksiyasına yoluxmuş, 37 846 nəfər isə bu xəstəlikdən vəfat edib.

Azərbaycan hökuməti tərəfindən görülən preventiv tədbirlərə baxmayaraq, xəstəliyin ölkə ərazisində yayılması müşahidə edilir. Hazırda Azərbaycanda virusa yoluxma dinamikası gündəlik artmaqdadır. Təəssüflə bildiririk ki, xəstəliyin bu artım dinamikasına virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhalinin əksər hissənin xüsusi rejim qaydalarının tələblərinə əməl etməməsi, digər şəxslərlə sıx təmasları, ciddi zərurət olmadığı hallarda evdən çölə çıxmaları, ictimai nəqliyyatda karantin dövrünün tələblərinə tabe olmamaları və digər mövcud qaydalara əməl etməmələri səbəb olub.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilmiş, insanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilib.

Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilmiş sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını özləri ilə götürsünlər.

Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir.

Bildiririk ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Virusun qarşısının tez bir zamanda alınması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir kəsdən karantin rejimi qaydalarına əməl etməsi, zərurət olmadıqda evdən çıxmamaq tələb olunur. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Operativ Qərargah: İndiyədək 5494 nəfər koronavirusa yoluxub

Operativ Qərargah: Xüsusi karantin rejimi məhdudiyyətlərinin bir qismi yumşaldılacaq

Operativ Qərargah: Koronavirusdan sağalanların sayı 1 650 nəfərə çatıb

Operativ Qərargah dövlət qurumlarının işçiləri ilə bağlı qərar verib

Operativ Qərargah: Koronavirusa görə 143 079 test aparılıb

Operativ Qərargah: Koronavirusa yoluxan 1436 nəfərdən 791-i sağalıb

Mətbuat Şurası jurnalistlərin siyahısını Operativ Qərargaha təqdim edib

Operativ Qərargah: Hazırda karantində 2 373 nəfər var 

Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

Operativ Qərargah: Karantində 4 369 nəfər var

Nazirlər Kabineti yanında Operativ Qərargahın iclası keçirilib

DİM: Təxirə salınan imtahanların qrafiki Operativ Qərargahın qərarlarına uyğun olaraq müəyyən ediləcək

Operativ Qərargah: Fövqəladə vəziyyətin elan olunması istisna edilmir

Operativ Qərargah: 4518 nəfər karantindədir, 35 minə yaxın test aparılıb

Operativ Qərargah: 4602 nəfər karantinə alınıb

Operativ Qərargah xarici ölkələrin Azərbaycandakı diplomatlarına müraciət edib

Operativ Qərargah vətəndaşları elektron ticarətdən istifadəyə çağırıb

Operativ Qərargah: Koronavirusa görə 30 minə yaxın insanda test aparılıb

Seyid Camal Əzimbəyli: Operativ Qərargahın tətbiq etdiyi qaydaları yerinə yetirməliyik

Operativ qərargah: İrandan Azərbaycana gələn daha üç şəxsdə koronavirus aşkarlanıb

01 İyun 2020, 12:52 (GMT +4)
Rusiyada son sutka ərzində 9 035 nəfər koronavirusa yoluxub

01 İyun 2020, 12:50 (GMT +4)
DİM sədri: Hər zalda 15 nəfər abituriyent otura biləcək

01 İyun 2020, 12:41 (GMT +4)
Milli Məclisin fəaliyyəti ilə bağlı veriliş yayımlanacaq

01 İyun 2020, 12:37 (GMT +4)
“Virtual məktəb”in 1 000 000-cu istifadəçisi qeydiyyatdan keçib

01 İyun 2020, 12:30 (GMT +4)
İran, ABŞ-dakı etirazlarda əli olması iddiasına münasibət bildirib

01 İyun 2020, 12:28 (GMT +4)
"Təhsiliniz Gələcəyimizdir" layihəsi reallaşdırılıb (FOTOLAR)

01 İyun 2020, 12:12 (GMT +4)
Ötən ay valyuta hərraclarında satılan dolların həcmi açıqlanıb

01 İyun 2020, 12:07 (GMT +4)
İsrail qüvvələri son sutkada İordan çayının qərbində 14 fələstinlini həbs edib

01 İyun 2020, 12:00 (GMT +4)
“Günay Sığorta” daha bir sosial layihə həyata keçirib (FOTOLAR)

01 İyun 2020, 11:57 (GMT +4)
"Emirates Airlines" şirkəti pandemiyaya görə işçilərini ixtisar edir

01 İyun 2020, 11:38 (GMT +4)
Venesuelaya neft aparan İran tankerləri geri qayıtmağa başlayıblar

01 İyun 2020, 11:31 (GMT +4)
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək

01 İyun 2020, 11:20 (GMT +4)
Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib

01 İyun 2020, 11:13 (GMT +4)
Milli Məclisin növbədənkənar sessiyası başlayıb

01 İyun 2020, 11:11 (GMT +4)
Vaşinqtonda komendant saatı tətbiq edilib

01 İyun 2020, 11:00 (GMT +4)
Dövlət qulluğu ilə bağlı sertifikat almaq hüququ əldə edən namizədlərin sertifikatlarının verilməsinə başlanılır

01 İyun 2020, 10:55 (GMT +4)
İran XİN ingilis dilində ABŞ hökuməti və xalqına müraciət edib

01 İyun 2020, 10:46 (GMT +4)
Nikol Paşinyan koronavirusa yoluxub 

01 İyun 2020, 10:45 (GMT +4)
Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib

01 İyun 2020, 10:32 (GMT +4)
Koronavirusa görə həkimlərə 13,1 milyon manat əlavə ödəniş edilib

01 İyun 2020, 10:26 (GMT +4)
Kərkükdə İŞİD-in 7 üzvü məhv edilib

01 İyun 2020, 10:20 (GMT +4)
Türkiyədə koronavirusdan ölənlərin sayı 4540 nəfəri keçib

01 İyun 2020, 10:15 (GMT +4)
ANAMA mayda 285 partlamamış hərbi sursat zərərsizləşdirib

01 İyun 2020, 10:00 (GMT +4)
İyunun 6-7-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək

01 İyun 2020, 09:50 (GMT +4)
Bir sıra marketlərdə sanitar qaydalara əməl olunmaması üzə çıxıb

01 İyun 2020, 09:47 (GMT +4)
Minnesota ştatında komendant saatının vaxtı uzadılıb

01 İyun 2020, 09:45 (GMT +4)
Səudiyyə koalisiyası son sutkada Yəmənə 35 aviazərbə endirib

01 İyun 2020, 09:38 (GMT +4)
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 İyun 2020, 09:30 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

01 İyun 2020, 09:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66