Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb

31 Mart 2020, 16:40 (GMT +4)

Bakı, 31 mart, SalamNews.Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb.

SalamNews xəbər verir ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, McKenzie-nin hesablamalarına görə, bu il iqtisadi geriləmə dünyada 4,7%, Avrozonada 9,7%, Çində 2,7% və ABŞ-da 8,4% olacaq: “Ən yaxşı halda dünya iqtisadiyyatı 2022-ci ilin üçüncü rübündə böhrandan əvvəlki həddinə çata biləcək. Bir sözlə, Nassem Talebin “Qara qu quşu” nəzəriyyəsinə uyğun olaraq koronavirus böhranını üç ay əvvələ qədər heç kim proqnozlaşdıra bilməmişdi, amma qısa müddətdə dünya 21-ci əsrin ən ağır böhranına qədəm qoydu.

Azərbaycan öz iqtisadiyyatının 2017-ci ildən start götürən artım tempinin sürətlənməsi trendinin kuliminasiyaya doğru getdiyi bir vaxtda qlobal şoklarla üz-üzə qaldı. Azərbaycan höküməti dünya iqtisadiyyatı yeni antirekordlara imza atdığı bir şəraitdə qlobal şokların və pandemiyanın nəticələri ilə mübarizə aparır. Prezident İlham Əliyev “Biz birlikdə güclüyük!” mottosu ətrafında cəmiyyətin bütün təbəqələrini və resursları böhranla mübarizəyə səfərbər edib. İndiyədək xalqı öz ətrafında birləşdirən şüarlar Fransada “Azadlıq, bərabərlik, qardaşlıq”, ABŞ-da “Biz Allaha inanırıq”, Meksikada “Öncə vətəndir”, Pakistanda “İman, birlik, qanun” və başqa ölkələrdə müxtəlif formalarda ifadə olunub”.

V. Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-in 3,1 faizini təşkil edir: “Müqayisə üçün deyək ki, Gürcüstan hökuməti 1 milyard gürcü larisi dəyərində, yəni ÜDM-in 2 faizi həcmində yardım paketi qəbul edib. Rusiya 300 milyard rubl civarında yardım paketi qəbul edib ki, bu da Rusiya ÜDM-nin 0,3 faizini təşkil edir. Türkiyə Cümhuriyyəti ÜDM-nin 2 faizini təşkil edən 100 milyard TL-lik yardım paketi açıqlayıb. Qırğız Respublikasının ÜDM-in 1 faizi həcmində, başqa sözlə desək 9,4 milyon ABŞ dolları, Özbəkistan isə 1 milyard ABŞ dolları məbləğində və ya ÜDM-in 1,5 faizi həcmində anti-böhran paketi qəbul edib. İspaniya ÜDM-nin 0,7 faizini təşkil edən 8,9 milyard avroluq paket qəbul edib. Göründüyü kimi, Azərbaycanın dəstək proqramı digər ölkələrlə müqayisədə kifayət qədər samballı və miqyaslıdır”.

O qeyd edib ki, global şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək: “İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Bu çərçivədə 9 proqram layihəsi işlənilir. İlk növbədə 44 min sahibkarı və 304 min muzdlu işçini əhatə edən proqramı qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda 1,6 milyona yaxın muzdlu işçinin 915 min nəfəri onsuz da dövlət və neft sektorunda çalışdığından müntəzəm qaydada maaşını alır. Yerdə qalan 640 min muzdlu işçinin 304 min nəfərinin maaşına dövlət dəstək verəcək. Burada fəaliyyət sahəsinin çəkdiyi ziyanın dərəcəsinə uyğun olaraq sahibkarlıq subyektinin əmək haqqı fondu dövlət tərəfindən dəstəklənəcək. Əlbəttə, bu zaman əsas meyar 712 manat səviyyəsində olan orta əmək haqqı səviyyəsidir”.

Ekspert düşünür ki, eyni zamanda 290 min mikro sahibkarlar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək: “Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib. Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır. Özü də təkcə ev təsərrüfatları deyil, bəzi sahibkarların da kredit ödənişlərində çətinliklər yaranması proqnozlaşdırılır. Hazırda 15,5 milyard manatlıq kredit portfelinin 7 milyard manatı ev təsərrüfatlarına, 6,1 milyard manatı isə özəl sektora verilib. Xüsusən də, pandemiyadan daha çox zərərçəkmiş sahələrə – ticarət və xidmət sektoruna 2,4 milyard manat və nəqliyyat və rabitə sektoruna 1,2 milyard manat kredit verilib. Dövlət mövcud kredit portfelinin dəstəklənməsi üzrə 1 milyard manat vəsait ayıracaq. Bu zaman da ziyan çəkən sahələr və kredit intizamı kimi kriteriyalar əsas götürüləcək. Sahibkarlığın İnkişafı Fondu kreditlərə 10 faiz dəstək verəcək ki, bu da kredit faizinin əhəmiyyətli hissəsini əhatə edir. Çünki Azərbaycanda orta kredit faizi 14 faiz, hüquqi şəxslər üzrə 8,8 faiz və fiziki şəxslər üzrə 16,6 faiz təşkil edir. Eyni zamanda yeni kreditlərə dəstək proqramı illik maksimum 15 faizlik kreditləri əhatə edəcək. Belə ki, bu kredit faizinin yarısını Sahibkarlığın İnkişafı Fondu ödəyəcəkdir”.

İİTKM-nın rəhbəri deyir ki, dövlətin dəstək proqramları çərçivəsində kommunal xidmətlərin limiti artırılacaq və sərnişindaşımada sistem əhəmiyyətli müəssisələr - AZAL, BNA, Metropoliten, dəmir yolu və s. qurumlara da dəstək veriləcək: “Bundan başqa dövlət sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyilə İşçi qrupu da bu yaxınlarda müvafiq təkliflərini təqdim edəcək.

Beləliklə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik tarixinin ən böyük iqtisadi dəstək proqramı həyata keçirilir. Belə sistemli dəstək proqramı son 100 ilin ən miqyaslı pandemiyasının ölkəmizə təsirini minimuma endirəcək və ölkəmizi post-korona dövrünə daha yaxşı hazırlayacaq. Dövlət proqramları vasitəsilə həm tələb, həm də təklif dəstəklənəcək və makroiqtisadi sabitlik qorunacaq. Bu günlərdə xüsusi karantin qaydalarına daha ciddi əməl etməliyik. Çünki iqtisadi itkiləri bərpa edə biləcəyik, amma sağlamlığı və insan həyatını qaytarmaq olmayacaq. Azərbaycan dövləti üçün əsas vətəndaş və onun layiqli həyatıdır.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İqtisadiyyat Nazirliyində bir sıra kadr təyinatları aparılıb

İqtisadiyyat Nazirliyinə 27 mindən çox vergi ödəyicisi müraciət edib

İqtisadiyyat Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

İqtisadiyyat Nazirliyi: Çətin vaxtlarda sahibkarlara dəstək göstəriləcək

İqtisadiyyat Nazirliyi və “Azərmaş” ASC yeni sosial layihəyə start verib

İqtisadiyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə İşçi Qrupu yaradır

Vergilər Nazirliyi və Əmlak Məsələləri İqtisadiyyat Nazirliyinə daxil edilib

Qazaxıstanın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub

İqtisadiyyat Nazirliyi “Bakcell”i mükafatlandırıb

İqtisadiyyat Nazirliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş tədbir keçirilib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyi müsabiqə elan edib

İqtisadiyyat Nazirliyində “Diqlas”dakı yanğından zərər çəkmiş 441 sahibkar qəbul edilib

İqtisadiyyat Nazirliyi ilə Gömrük Komitəsi anlaşma memorandumu imzalayıb

İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 10 mindən çox müraciət daxil olub

İqtisadiyyat Nazirliyində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası İqtisadiyyat Nazirliyi ilə birgə təlim keçirib

01 İyun 2020, 11:38 (GMT +4)
Venesuelaya neft aparan İran tankerləri geri qayıtmağa başlayıblar

01 İyun 2020, 11:31 (GMT +4)
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək

01 İyun 2020, 11:20 (GMT +4)
Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib

01 İyun 2020, 11:13 (GMT +4)
Milli Məclisin növbədənkənar sessiyası başlayıb

01 İyun 2020, 11:11 (GMT +4)
Vaşinqtonda komendant saatı tətbiq edilib

01 İyun 2020, 11:00 (GMT +4)
Dövlət qulluğu ilə bağlı sertifikat almaq hüququ əldə edən namizədlərin sertifikatlarının verilməsinə başlanılır

01 İyun 2020, 10:55 (GMT +4)
İran XİN ingilis dilində ABŞ hökuməti və xalqına müraciət edib

01 İyun 2020, 10:46 (GMT +4)
Nikol Paşinyan koronavirusa yoluxub 

01 İyun 2020, 10:45 (GMT +4)
Bərdədə yeni üzən nasos stansiya istifadəyə verilib

01 İyun 2020, 10:32 (GMT +4)
Koronavirusa görə həkimlərə 13,1 milyon manat əlavə ödəniş edilib

01 İyun 2020, 10:26 (GMT +4)
Kərkükdə İŞİD-in 7 üzvü məhv edilib

01 İyun 2020, 10:20 (GMT +4)
Türkiyədə koronavirusdan ölənlərin sayı 4540 nəfəri keçib

01 İyun 2020, 10:15 (GMT +4)
ANAMA mayda 285 partlamamış hərbi sursat zərərsizləşdirib

01 İyun 2020, 10:00 (GMT +4)
İyunun 6-7-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək

01 İyun 2020, 09:50 (GMT +4)
Bir sıra marketlərdə sanitar qaydalara əməl olunmaması üzə çıxıb

01 İyun 2020, 09:47 (GMT +4)
Minnesota ştatında komendant saatının vaxtı uzadılıb

01 İyun 2020, 09:45 (GMT +4)
Səudiyyə koalisiyası son sutkada Yəmənə 35 aviazərbə endirib

01 İyun 2020, 09:38 (GMT +4)
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01 İyun 2020, 09:30 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

01 İyun 2020, 09:20 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

01 İyun 2020, 09:15 (GMT +4)
Rusiya səfirliyi Dövlət Departamentinə etiraz notası göndərib

01 İyun 2020, 09:03 (GMT +4)
Tramp Ağ Evdə yeraltı sığınacağa aparılıb - New-York Times

31 May 2020, 22:05 (GMT +4)
Quranın ən qədim təfsirlərindən biri Azərbaycan dilinə tərcümə olunub

31 May 2020, 19:52 (GMT +4)
ABŞ-ın İndianapolis şəhərində etirazlar və toqquşmalarda 4 nəfər güllə yarasından ölüb

31 May 2020, 19:42 (GMT +4)
Corc Floydun qətli ilə bağlı Londonda etiraz aksiyası keçirilib

31 May 2020, 19:40 (GMT +4)
ABŞ-ın Almaniyadakı səfirliyinin qarşısında aksiya keçirilib

31 May 2020, 17:43 (GMT +4)
ABŞ-ın daha 15 şəhərində komendant saatı tətbiq edilib (VİDEO)

31 May 2020, 17:26 (GMT +4)
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatıb

31 May 2020, 17:25 (GMT +4)
Təhsil Nazirliyi məktəblilərlə bağlı daha bir dəyişiklik edib

31 May 2020, 17:17 (GMT +4)
Azərbaycanda gələn aya gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66