Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Avropa Komissiyası Azərbaycana yardım paketi ayırıb

30 Mart 2020, 16:43 (GMT +4)

Bakı, 30 mart, SalamNews. Avropa Komissiyası (AK) koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan da daxil olmaqla "Şərq Tərəfdaşlığı" ölkələrinə 140 milyon avro yardım paketi ayırıb.

Qurumdan SalamNews-a  verilən məlumata görə, Avropa Komissiyası həmçinin təxminən 700 milyon avro dəyərində olan mövcud alətlərinin istifadəsini koronavirus böhranının sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəltməyi planlaşdırır.

Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Vareli bildirib ki, hazırda həm Aİ, həm də tərəfdaş ölkələr üçün çox ağır bir dövrdür: "Biz COVID-19 virusunun insanların həyatı və gəlir mənbələrinə ağır fəsadlarının aradan qaldırılması istiqamətində əlimizdən gələni edirik. Biz həm səhiyyə sistemlərinin təcili diqqət tələb edən ehtiyaclarına, eləcə də cəmiyyətin ən həssas qruplarının və altı ölkədə iqtisadiyyatın dayağı hesab olunan kiçik və orta sahibkarlığın uzunmüddətli ehtiyaclarına cavab veririk”.

Tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın müraciətlərinə əsasən Avropa Komissiyası, süni tənəffüs aparatları, laboratoriya avadanlığı, tibbi maskalar, tibbi eynəklər və xüsusi tibbi geyimlər kimi tibbi cihazlar və şəxsi vasitələr təmin etməklə həmin ölkələrin təcili diqqət tələb edən ehtiyaclarına cavab verməyi nəzərdə tutur.

Avropa Komissiyası Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə çalışır və adıçəkilən zəruri ləvazimatların birlikdə və səmərəli şəkildə alınması və qarşıdakı həftələrdə altı ölkənin səhiyyə sistemlərinə paylanması məqsədilə 30 milyon avro ayırıb. Bu vəsaitlər həm də tibb müəssisələri və laboratoriyaların işçi heyətinə təlimlərin keçirilməsi və daha böyük əhali kütləsi üçün maarifləndirmə işlərinin aparılması istiqamətində yerli səhiyyə qurumlarını dəstəkləyəcək.

Avropa Komissiyası vətəndaş cəmiyyəti təşkilatlarına kiçik qrantlar şəklində 11,3 milyon avrodan artıq vəsait ayırmışdır. Sözügedən vəsaitlər "Sürətli cavab mexanizmi" kimi hazırda davam edən regional proqram vasitəsilə bu ölkələrdə distant təhsilin inkişafına dəstək verərək ilkin ehtiyacları qarşılamaqdadır. Avropa Komissiyası, yay fəslinə qədər sözügedən dəstək paketi çərçivəsində vətəndaş cəmiyyətinə, xüsusilə daha kiçik yerli təşkilatları subqrantlar vasitəsilə dəstəkləməklə əhalinin ən çox zərər çəkmiş hissələrinə yönəlmiş "Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı"nın icrasına başlamağı nəzərdə tutur.

Avropa İttifaqı, “TEAM EUROPE” kimi Aİ-yə üzv dövlətlərdə fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları (BMQ-lər) və müvafiq maliyyə institutları ilə sıx əməkdaşlıq edərək KOM-lar daxil olmaqla, real iqtisadiyyata Avropanın əlaqələndirilmiş dəstəyini təmin edir və buraya aşağıdakı vasitələr daxildir:

- Özünüməşğul və digər şəxslər daxil olmaqla, KOM-ların kreditlərə asan çıxış imkanına kömək və böhrandan sonra onların bizneslərinin inkişafına şərait yaratmaq üçün 100 milyon avro dəyərində yeni dəstək proqramının icrası;

- EU4Business təşəbbüsü və digər vasitələrlə KOM-lar üçün nəzərdə tutulmuş 200 milyon avro dəyərində olan və yerli valyutalarla ödənilən mövcud kredit xətlərinin və qrantların asanlaşdırılması, sadələşdirilməsi, sürətləndirilməsi və gücləndirilməsi;

Bundan əlavə, cari böhran vəziyyətində Aİ risklərin idarə edilməsi üzrə 500 milyon avro həcmində əsas vasitəsi olan Avropa Dayanıqlı İnkişaf Fondunu (EFSD) səfərbər edib. Bu yolla dərhal likvidlik təmin olunacaq və BMQ-lar təcili şəkildə ondan istifadə edərək Aİ-nın qonşuluğunda dövriyyə kapitalı, maliyyə ticarəti, habelə borc xidməti üzrə moratorium və digər yollarla likvidliyi təşviq edəcək.

Avropa Komissiyası həmçinin fövqəladə hallar zamanı fəsadların aradan qaldırılmasına hazırlıq planlarının və səhiyyə sistemlərinin qiymətləndirilməsinə dair Aİ-yə üzv dövlətlərin təcrübəsindən və qabaqcıl təcrübələrdən istifadə edərək özünün qarşılıqlı əməkdaşlıq aləti olan TAIEX vasitəsilə də Aİ ilə Azərbaycanlı ekspertlər arasında ən yaxşı təcrübə mübadiləsinin aparılmasına yardım etməyə hazırdır.

COVID-19 virusunun kütləvi şəkildə yayılması həm Avropa İttifaqı daxilində, həm də xaricində yerləşən mənbələrdən bu virus haqqında çoxlu sayda mif və dezinformasiyaların yayılmasını sürətləndirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Avropa Komissiyasının yeni rəhbəri "Şimal Axını-2"yə qarşı tətbiq olunan sanksiyaları tənqid edib

Ərdoğan Avropa Komissiyasının rəhbəri ilə danışıqlar aparıb

Avropa Parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

AB Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib

Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib

Ursula von der Lyayen Avropa Komissiyasının yeni rəhbəri təyin edilib

Avropa Komissiyası Azərbaycan qazını Bolqarıstana çatdıracaq interkonnektorun tikintisinə 33 milyon avro ayırıb

Prezident İlham Əliyev Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı ilə görüşüb

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib

Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Avropa Komissiyası MasterCard-ı 570,6 milyon avro cərimələyib 

Avropa Komissiyası saatların mövsümi çəkilməsindən imtina etməyə çağırır

Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Avropa Komissiyası Aİ-nin altı üzv ölkəsini Avropa Məhkəməsinə verib

Avropa Komissiyasının prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Avropa Komissiyasının nümayəndə heyəti ilə Gəmiçiliyin rəhbərliyi arasında görüş keçirilib

Avropa Komissiyasının nümayəndə heyəti yeni Bakı Limanına səfər edib

Prezident Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Prezident Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti ilə görüşüb

02 İyun 2020, 15:42 (GMT +4)
İranda gündəlik koronavirusa yoluxma sayı rekord həddə çatıb

02 İyun 2020, 15:35 (GMT +4)
BŞTİ-də vətəndaşların qəbulu iyunun 15-dək dayandırılıb

02 İyun 2020, 15:28 (GMT +4)
Rusiyada son sutka ərzində 8 863 nəfərdə koronavirus aşkar edilib

02 İyun 2020, 15:09 (GMT +4)
Türkiyə XİN: Ankara Aralıq dənizindəki maraqlarını müdafiə etmək əzmindədir

02 İyun 2020, 15:03 (GMT +4)
Nazir: Neft sektorundan asılılığın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür

02 İyun 2020, 14:56 (GMT +4)
Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

02 İyun 2020, 14:50 (GMT +4)
“Azərişıq” 3 rayonda hava xəttini yenidən quracaq

02 İyun 2020, 14:48 (GMT +4)
ABŞ-ın Sent-Luis şəhərində etirazlarda atışma zamanı 4 polis yaralanıb (VİDEO)

02 İyun 2020, 14:33 (GMT +4)
“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi sosial aksiya keçirib

02 İyun 2020, 14:20 (GMT +4)
Nazirlər Kabineti koronavirusa görə vəsait ayırıb

02 İyun 2020, 14:15 (GMT +4)
ABŞ-da polislərə atəş açılır

02 İyun 2020, 14:00 (GMT +4)
Salyanda uzunluğu 11 km olan yerli əhəmiyyətli avtomobil yolu yenidən qurulur

02 İyun 2020, 13:51 (GMT +4)
Əfqanıstanda quraşdırılmış bombanın partlaması nəticəsində 7 fəhlə ölüb

02 İyun 2020, 13:42 (GMT +4)
Monteneqro Azərbaycandan gələn turistlər üçün sərhədləri açıb

02 İyun 2020, 13:31 (GMT +4)
Milli Məclis maska taxmayanların 50 manat cərimələnməsi qərarını təsdiqlənib

02 İyun 2020, 13:10 (GMT +4)
ABŞ-da bütün federal həbsxanalar bağlanıb

02 İyun 2020, 13:07 (GMT +4)
Rumıniya baş naziri maska taxmadığına görə cərimələnib

02 İyun 2020, 13:06 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

02 İyun 2020, 12:53 (GMT +4)
İraqın baş naziri İŞİD-ə qarşı əməliyyat fonunda Kərkükə gedib

02 İyun 2020, 12:45 (GMT +4)
Ermənistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb

02 İyun 2020, 12:40 (GMT +4)
"Azercell" korporativ müştərilərə üç yeni tarif paketini təqdim edib

02 İyun 2020, 12:17 (GMT +4)
Tokioda koronavirus infeksiyasına yoluxma hallarına görə kəskin artış qeydə alınıb

02 İyun 2020, 12:15 (GMT +4)
Sumqayıtda müasir işıqlandırma sistemlərinin quraşdırılmasına 6 milyon manat ayrılıb

02 İyun 2020, 12:05 (GMT +4)
AzTU-da “Gələcəyin mühəndisi -1” onlayn olimpiadası keçirilib

02 İyun 2020, 12:00 (GMT +4)
Qətər maye qaz daşıyan 100 gəminin istehsalı üçün 19 milyard dollarlıq sifariş verib

02 İyun 2020, 11:50 (GMT +4)
Rusiyada koronavirusun yoxlanması üçün 11.1 milyondan çox test keçirilib

02 İyun 2020, 11:46 (GMT +4)
Azərbaycan Qazaxıstana alüminium profil ixracına başlayıb

02 İyun 2020, 11:30 (GMT +4)
Astarada çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb

02 İyun 2020, 11:29 (GMT +4)
“Azərsu” nasosların təmiri üçün şirkət axtarır

02 İyun 2020, 11:18 (GMT +4)
ABŞ-da hava bazasında atışma baş verib, iki hərbçi ölüb 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66