Marneulidə 12 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib30 Mart 2020, 15:30 (GMT +4) Bakı, 30 mart, SalamNews. Gürcüstanın Marneuli bölgəsində yaradılan sahə xəstəxanasına koronavirus şübhəsi ilə 12 xəstə yerləşdirilib.
SalamNews-un xəbərinə görə, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rekhviaşvili məlumat verib.
Onun sözlərinə görə, Tbilisidə 7 xəstənin koronavirus testinin nəticəsi gözlənilir.
Qubernator Marneuli əhalisinin ərzaq yardımı ilə bağlı narazılığına da münasibət bildirib.
"Yardım kampaniyası hər kəsə aid deyil. İndiyə qədər sosial cəhətdən həssas qruplardan olan 1000 ailəyə qida yardımı göstərilmişdir. Yardım müəyyən təbəqə insanlar üçün nəzərdə tutulub", o deyib.
|