Şaban ayının 4-ü həzrət Əbul-Fəzl Abbasın (ə) mövlud günüdür28 Mart 2020, 18:51 (GMT +4) Bakı, 28 mart, SalamNews. Şaban ayının 4-ü Kərbəlanın əsas 3 qəhrəmanından biri, İmam Hüseynin (ə) qardaşı həzrət Əbul-Fəzl Abbasın doğum günüdür.
SalamNews xəbər verir ki, hicri-qəməri tarixi ilə şaban ayının 4-ü İmam Əlinin (ə) şücaətli oğlu Kərbəla gününün əsas qəhrəmanlarından biri həzrət Əbul-Fəzl Abbasın doğum günüdür. Tarixi faktlara əsasən o həzrət hicri-qəməri təqvimi ilə 26-cı ildə dünyaya göz açıb.
Tarixi faktlara əsasən xanım Fatimə (s.ə) dünyasını dəyişdikdən sonra həzrət Əli (ə) qardaşı Əqilə onun üçün tanınmış bir tayfadan layiqli həyat yoldaşı tapmasını istyir. Əqil bütün tayfaların tarixini yaxşı bildiyi üçün məhz hz Əbul-Fəzl Abbasın anası xanım Ümmul-bənini həzrət Əliyə (ə) tövsiyə edir.
Əbul-Fəzl, həzrət Abbasın künyəsidir. O həzrətin ləqəbləri isə Qəməri Bəni-Haşim, (Bəni-haşim qəbiləsinin parlaq ayı) Babul-Həvaic (Hacətlər qapısı) , Qazi (Döyüşçü) , Quvvətul-Huseyn və sairdir.
Həzrət Əbul-Fəzl Abbas atasının xəlifəlik zamanında Suffeyn və Nəhrəvan döyüşlərində də fəal iştirak edib.
Tarixi faktlara əsasən həzrət Əbul-Fəzl Abbas Kərbəla faciəsində şəhid olarkən onun 15 yaşlı oğlu Məhəmməd və 3 qardaşı Cəfər, Abdullah və Osman da onunla birgə şəhid oldular.
İmam Səccad (ə) o həzrətin barəsində belə buyurur:
"Həzrət Abbas təlim görməmiş alimdir, çünki o, ilahi elmin mənbəyi olan həzrət Peyğəmbərin varisi, Allahın rəsulunun vəlisi Həzrət Əlinin, həmçinin cənnət gənclərinin ağaları olan Həsən və Hüseynin elmindən faydalanmışdır."
O həzrətin məzarı Kərbəlada İmam Hüseynin (ə) məzarı ilə üzbəüz yerləşir. Bu müqəddəs məkanı hər gün minlərlə insan ziyarət edir.
Həzrət Əbul-Fəzl Abbasın mövlud mərasimləri digər ölkələrdə olduğu kimi Azərbaycanda da qeyd edilir.
|