Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

28 Mart 2020, 19:44 (GMT +4)

Bakı, 28 mart, SalamNews. Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SalamNews-a bildirilib ki, 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkmiş, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 25 mindən artıq test aparılıb.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.

Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub.

Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

Tuvanın başçısı koronavirusa yoluxub

Azərbaycanda daha 106 nəfər koronavirusa yoluxub, 59 nəfər sağalıb

İranda koronavirusa yoluxanların sayı 130 mini ötüb, onlardan 102 mini sağalıb

Rusiyada son sutka ərzində 8 894 nəfər koronavirusa yoluxub 

Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxub, 87 nəfər sağalıb

İranda koronavirusa yoluxanlardan azı yüz mini sağalıb

Rusiyada daha 8849 nəfər koronavirusa yoluxub

ÜST: Dünyada koronavirusa rekord sayda insan yoluxub

Səudiyə Ərəbistanında koronavirusa yoluxanların sayı 60 mini keçib

Afrikada koronavirusa yoluxanların sayı 90 mini keçib

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu keçib

İranın 21 əyalətində koronavirusa yoluxma sayı enməkdədir

Rusiyada koronavirusa yoluxanların sayı 300 mini keçib

Dünyada koronavirusa yoluxanların sayı 4,7 milyonu keçib

Əfqanıstanda koronavirusa yoluxanların sayı 7,600-ü ötüb

Cənubi Sudanın vitse-prezidentini koronavirusa yoluxub

İranda koronavirusa yoluxanların sayı 125 minə yaxınlaşıb

Rusiyada koronavirusa yoluxmuşların sayı 300 minə yaxındır

26 May 2020, 18:22 (GMT +4)
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb

26 May 2020, 17:40 (GMT +4)
IB Club onlayn formatda “İnkişaf Marafonu” keçirib

26 May 2020, 17:01 (GMT +4)
Bakıda evlərdən 5 min manatlıq oğurluq edilib

26 May 2020, 17:01 (GMT +4)
Prezident: Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq

26 May 2020, 16:46 (GMT +4)
Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

26 May 2020, 16:40 (GMT +4)
Amil Cavadov:Rəhbər vəzifədə çalışmaq üçün tələb olunan əsas şərtlərdən biri dövlətə sədaqətdir

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66