Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb28 Mart 2020, 10:38 (GMT +4) Bakı, 28 mart, SalamNews. Bu gün Çinin Uxan şəhərində koronavirus epidemiyası səbəbiylə iki aylıq fəaliyyətini dayandıran metro yenidən işləməyə başlayıb.
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "People Daily" qəzeti məlumat yayıb.
COVID-19-un başlaması səbəbindən Uxan yanvarın 23-dən bəri karantində idi, şəhərlə nəqliyyat əlaqəsi dayandırılmış, yerli sakinlərin kənddən çıxması qadağan edilmişdir.
Şəhərdəki ictimai nəqliyyat da müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.
|