Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

28 Mart 2020, 09:06 (GMT +4)

Bakı, 28 mart, SalamNews, B.Samid. Hicri-qəməri təqvimi ilə bu gün şaban ayının üçü Məhəmməd peyğəmbərin sevimli nəvəsi, İmam Əlinin (ə) və peyğəmbərin qızı Fatimənin (ə) oğlu, müsəlmanların 3-cü imamı həzrət imam Hüseynin (ə) mövlud günüdür.

SalamNews xəbər verir ki, İmam Hüseyn hicrətin 4-cü ilində şaban ayının 3-də Mədinə şəhərində dünyaya göz açıb. İmam ömrünün altı ilini babası peyğəmbər (s) ilə keçirib. Həzrət peyğəmbərin (s) vəfatından sonra isə otuz il atası həzrət İmam Әli ilə eyni dövrdə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olub və həmişə atası ilə çiyin-çiyinə islamın təbliği və ədalətin bərpası yolunda çalışıb. İmam Əlinin şəhadətindən sonra qardaşı İmam Həsənə (ə) beyət edib.

İmam Həsən Müaviyə ibni Əbu-Sufyan tərəfindən şəhid edildikdən sonra İmam Hüseyn imamət məqamına yetişib. İmam Hüseyn əshabı və ailəsilə birgə hicrətin 61-ci ilin Məhərrəm ayının 10-da yəni Aşura günündə Kərbəla adlanan yerdə Yezid ibni Müaviyənin ordusu tərəfindən şəhid edilir.

İmam Hüseynin həyatının bütün mərhələləri qəhrəmanlıq və şücaət məktəbidir. Əsrlər boyu formalaşan ənənəyə uyğun olaraq, Əhli-beytdən söz düşdükdə, hər imam fərqli simalarda təsvir edilir. İmam Hüseyn dünyada fədakarlığın ən bariz rəmzi kimi hər il Azərbaycanda da anılır. Hər il məhərrəm ayında insanlar İmam Hüseynin fədakarlığını yad edərək, ona olan eşqlərini nümayiş etdirirlər. 

İmam Sadiq (ə) buyurur ki, bir gün Məhəmməd peyğəmbər (s) nəvəsi İmam Hüseynə baxaraq onun din və ümmət yolunda şücaət və fədakarlıq göstərəcəyi barədə bir xəbər verir. Məhəmməd Peyğəmbər buyurur: Hüseynin ölməsi möminlərin qəlbində elə bir hərarət yaradacaq ki, o heç vaxt sönməyəcək. (Müstədrək əl-Vəsail c-10, səh-318)

İmam Hüseynin mövludu digər ölkələrdə olduğu kimi Azərbaycanda da inanclılar tərəfindən qeyd edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün İsa peyğəmbərin (ə) mövlududur

Bu gün Həzrət Zeynəbin (s.ə) mövlududur

Mövlud Çavuşoğlu Mərakeş-İsrail əlaqələrinin rəsmiləşməsinə münasibət bildirib

Mövlud Çavuşoğlu və Ceyhun Bayramov arasında telefon danışığı olub

Bu gün İmam Həsən Əskərinin (ə) mövlud günüdür

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

Mövlud Çavuşoğlu: İşğal edilmiş torpaqların hamısı Azərbaycana veriləcək

Mövlud Çavuşoğlu: Biz bir millətik və Azərbaycanı da canımız, qanımız olaraq görürük

Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Mövlud Çavuşoğlu Dağlıq Qarabağla bağlı müzakirələr aparmaq üçün Bakıya gəlib

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıb: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!

Yəməndə yüz mindən çox insanın iştirakı ilə Məhəmməd Peyğəmbərin mövludu qeyd edilib (FOTO)

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycan torpaqlarına hücumları hərbi cinayətidir

Mövlud Çavuşoğlu: ATƏT-in Minsk Qrupu təcili olaraq iclas keçirməlidir 

XİN Ceyhun Bayramovla Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb

Mövlud Çavuşoğlu ilə Ceyhun Bayramov telefonla danışıb

İmam Hüseynin (ə) məzarı Ərbəin günündə (FOTO)

Mövlud Çavuşoğlu: Bakıya Azərbaycana dəstək olmaq üçün gəlmişəm

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66