Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev Rauf Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

27 Mart 2020, 18:00 (GMT +4)

Bakı, 27 mart, SalamNews. Prezident İlham Əliyev xalq artisti Rauf Yusuf oğlu Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.

SalamNews-un xəbərinə görə, nekroloqda deyilir:

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Rauf Yusuf oğlu Babayev 2020-ci il martın 27-də ömrünün 83-cü ilində vəfat etmişdir.

Rauf Babayev 1937-ci il dekabr ayının 30-da Qərbi Azərbaycanda anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, 1953–1957-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuş, 1957–1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının zərb alətləri sinfində ali musiqi təhsili almışdır.

1957-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında musiqiçi kimi əmək fəaliyyətinə başlayan Rauf Babayev 1960–1962-ci illərdə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrində solist-vokalçı, 1962–1964-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1965-ci ildə isə Dağıstan Dövlət Filarmoniyasının solisti kimi çalışmışdır. O, 1965-ci ildən yaradıcılıq taleyini “Qaya” estrada ansamblı ilə bağlamış, 1968-ci ilədək Azərbaycan Dövlət Filarmoniyasının “Qaya” estrada ansamblının vokalçısı, 1968–1972-ci illərdə Azərbaycan Radio və Televiziya Komitəsində “Qaya” kvartetinin, 1972–1987-ci illərdə “Qaya” dövlət ansamblının, 1987–2001-ci illərdə isə Bakı Şəhər Mədəniyyət İdarəsi nəzdində “Qaya” dövlət estrada-simfonik orkestrinin solist-vokalçısı olmuş, 2001-ci ildən “Qaya” dövlət orkestrinin, 2003-cü ildən “Qaya” dövlət ansamblının “Bəri bax” vokal qrupunun direktoru və bədii rəhbəri, 2007-ci ildən isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət “Qaya” Ansamblının bədii rəhbəri işləmişdir.

Rauf Babayev ötən əsrin 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan “Qaya” vokal-instrumental ansamblının yaradıcılarındandır. Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır. Respublikamızın hüdudlarından uzaqlarda çoxsaylı qastrol səfərləri zamanı böyük səhnələrdəki çıxışları ilə o, ölkəmizin müasir musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

“Qaya” ansamblının fəaliyyətinin 2001-ci ildən etibarən başlanan yeni mərhələsi Rauf Babayevin adı ilə bağlıdır. Sənətkarın bədii rəhbəri olduğu musiqi kollektivi öz ənənələrinə sadiq qalaraq, repertuarında geniş yer verdiyi Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərinin, həmçinin xalq mahnılarının estrada və caz üslubunda parlaq təqdimatı ilə dinləyicilərin xüsusi rəğbətini qazanmışdır.

Rauf Babayev 1995-ci ildən Leopold və Mstislav Rostropoviçlər adına musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuş, vokal sinfində istedadlı ifaçılar nəslinin yetişdirilməsi üçün bilik və bacarığını əsirgəməyərək gənc musiqiçi kadrların formalaşdırılması işinə töhfələr vermişdir. O, “Qaya” kvartetinin dəst-xəttini davam etdirən “Bəri bax” vokal qrupunun yaradıcısı və bədii rəhbəri idi.

Azərbaycanın musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsində Rauf Babayevin xidmətləri layiqincə qiymətləndirilmişdir. O, 1978-ci ildə respublikanın Əməkdar Artisti, 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış müğənni, mahir pedaqoq və səmimi insan Rauf Yusuf oğlu Babayevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Əbülfəs Qarayev

Fərəh Əliyeva

Fərhad Bədəlbəyli

Siyavuş Kərimi

Firəngiz Əlizadə

Faiq Sücəddinov

Cavan Zeynallı

Yalçın Rzazadə

Salman Qəmbərov


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

25 May 2020, 16:43 (GMT +4)
İtaliyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

25 May 2020, 16:24 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonunda səfərdədir

25 May 2020, 16:21 (GMT +4)
CNN: Hiddətlənmiş kütlə Braziliya prezidentini qatil adlandırıb

25 May 2020, 16:08 (GMT +4)
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb

25 May 2020, 15:43 (GMT +4)
Honq Konq polisi yürüş təşkil etmək istəyən 120 nümayişçini saxlayıb

25 May 2020, 15:30 (GMT +4)
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

25 May 2020, 15:16 (GMT +4)
Yaponiyada fövqəladə vəziyyət rejimi ləğv edilib

25 May 2020, 14:53 (GMT +4)
İsveçdə 5G şəbəkəsi istifadəyə verilib

25 May 2020, 14:48 (GMT +4)
Pandemiya Bakı sakinlərinin 44%-in maddi durumuna təsir edib (SORĞU)

25 May 2020, 14:19 (GMT +4)
İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

25 May 2020, 14:06 (GMT +4)
Dağıstanda olan Azərbaycan vətəndaşlarının problemi tam həll ediləcək (RƏSMİ)

25 May 2020, 13:54 (GMT +4)
Bloomberg: Kim Çen In üç həftə ərzində ilk dəfə ictimaiyyətə çıxıb

25 May 2020, 13:45 (GMT +4)
Şamaxının icra başçısı karantinə alınıb

25 May 2020, 13:40 (GMT +4)
Prezident İlham Əliyev Salome Zurabişvilini təbrik edib

25 May 2020, 13:35 (GMT +4)
“Azərbaycan-Türkiyə” 3-cü beynəlxalq onlayn B2B forum keçirilib

25 May 2020, 13:25 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

25 May 2020, 13:00 (GMT +4)
ABŞ Braziliyaya səfər edən xarici vətəndaşların ölkəyə girişini dayandırıb

25 May 2020, 12:31 (GMT +4)
Tramp Putinin onun yenidən seçilməsini istəmədiyini açıqlayıb

25 May 2020, 12:25 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

25 May 2020, 11:58 (GMT +4)
Tramp sosial şəbəkələrdəki yazılarının müəllifinin kimliyini açıqlayıb

25 May 2020, 11:55 (GMT +4)
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb

25 May 2020, 11:20 (GMT +4)
Tuvanın başçısı koronavirusa yoluxub

25 May 2020, 11:05 (GMT +4)
Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66