Mobil versiya RU AZ
_




DÜNYA » DİN

"Newsweek" jurnalı Məhəmməd peyğəmbərin (s) pandemiya və karantin barədə tövsiyələrini dərc edib

26 Mart 2020, 17:01 (GMT +4)

Bakı, 26 mart, SalamNews. "Newsweek" jurnalı amerikalı sosioloq-alim Kreyq Konsidaynın Məhəmməd Peyğəmbərin (s) pandemiya və karantinlə bağlı tövsiyələrindən ibarət məqaləsini dərc edib.

SalamNews həmin yazını təqdim edir:

"COVID-19 pandemiyası hökumətləri və xəbər agentliklərini dünya əhalisinə ən doğru və faydalı məsləhətlər verməyə məcbur edir, çünki xəstəliyin miqyası həqiqətən qlobal ölçülərə çatıb. Hazırda tibb işçiləri, infeksiya və pandemiyanın təsirini öyrənən elm adamlarına da böyük tələbat var.

İmmunoloq Dr. Entoni Fauçi və tibb sahəsi üzrə müxbir Dr. Sanjay Qupta kimi mütəxəssislər, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə gigiyena və karantin, həmçinin təcrid olunmağın COVID-19-a qarşı ən effektiv mübarizə vasitələri olduğunu iddia edirlər.

Bilirsinizmi pandemiya zamanı gigiyena və karantini daha kim təklif edib?

1300 il əvvəl Məhəmməd peyğəmbər (s).

Ölümcül xəstəliklər mövzusunda mütəxəssis olmasa da, Məhəmməd Peyğəmbər (s) COVID-19 kimi virusların qarşısını almaq və aradan qaldırmaq üçün tövsiyələr verib.

Məhəmməd peyğəmbər (s) deyib: "Hər hansı bir ölkədə vəba xəstəliyi haqqında eşitsəniz oraya getməyin; ancaq vəba siz olduğunuz yerə yayılıbsa oranı da tərk etməyin."

"Yoluxucu xəstəlikləri olan insanlar sağlam insanlardan uzaq dayanmalıdır", o qeyd edib.

Məhəmməd peyğəmbər (s) insanları infeksiyadan qoruyacaq gigiyena qaydalarına riayət etməyə çağırıb. Məhəmməd Peyğəmbərin (s) aşağıdakı hədis və kəlamlarına nəzər salın:

"Təmizlik imanın bir hissəsidir."

"Yuxadan oyandığınız zaman əllərinizi yuyun, çünki yuxuda əllərinizlə nəyə toxunduğunuzu bilmirsiniz."

"Yeməyin neməti yeməkdən əvvəl və sonra əllərin yuyulmasıdır."

Əgər kimsə həqiqətən xəstələnibsə? Peyğəmbər əzab çəkənə nə məsləhət verə bilərdi?

O, insanları daima tibbi yardım və dərmandan istifadə etməyə çağırıb.

"Tibbi xidmətdən istifadə edin, çünki Allah dərmanı olmayan xəstəlik yaratmır, yalnız qocalığın dərmanı yoxdur".

Bəlkə də o imanı ağılla tarazlaşdıra bilib. Son həftələrdə bəziləri dua etməyin sosial məsafə və karantin kimi əsas qaydalara riayət etməkdən daha yaxşı vasitə olduğunu düşünür.

Məhəmməd peyğəmbər (s) duanın tibbdə əsas və ya yeganə forma olduğu fikrinə necə münasibət bəslərdi?

IX əsr fars alimi Əl-Tirmidxinin nəql etdiyi hekayəni oxuyun:

"Günlərin bir günü Məhəmməd Peyğəmbər (s) dəvəsini bağlamamış bədəvi görür. Bədəvidən soruşur: "Niyə dəvəni bağlamadın?" Bədəvi deyir: "Allaha güvənirəm". Cavabında peyğəmbər deyir: "Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et".

Məhəmməd peyğəmbər (s) insanları öz dinlərində hidayət axtarmağa çağırıb, lakin ümid edib ki, bütün insanlar sabitliyini, təhlükəsizliyini və rifahını təmin etmək üçün əsas tədbirləri görəcəklər.

Başqa sözlə desək insanların öz sağlam düşüncələrindən istifadə edəcəklərinə ümid edib.

Kreyq Konsidayn Rays Universitetinin Sosiologiya Bölməsinin alimidir.

O, "Məhəmmədin humanistliyi: Xristian Baxışı" (Blue Dome Press, 2020) və "Amerikadakı İslam: Problemlərin Tədqiqi" (ABC-CLIO 2019) və digər kitabların müəllifidir.

Bu yazıda müəllifin şəxsi düşüncələri əks olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Sentyabr 2020, 18:00 (GMT +4)
Bu il daha iki DOST Mərkəzi açılacaq

22 Sentyabr 2020, 17:50 (GMT +4)
DİM: Gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb

22 Sentyabr 2020, 17:38 (GMT +4)
“Bakcell” “Xəzəri qoruyaq” şüarı ilə keçirilən təmizlik aksiyasına qoşulub

22 Sentyabr 2020, 17:30 (GMT +4)
Avropa İttifaqı və Ədliyyə Nazirliyi ilk mediatorları təltif edib

22 Sentyabr 2020, 17:27 (GMT +4)
Moskvada Azərbaycan Parlamentinin sədri ilə Rusiya Federasiya Şurası rəhbərinin görüşü başlayıb

22 Sentyabr 2020, 17:25 (GMT +4)
Livanın cənubunda şiddətli partlayış baş verib, yaralananlar var (VİDEO)

22 Sentyabr 2020, 17:20 (GMT +4)
Rusiyada "Su-30" qırıcısı qəzaya uğrayıb

22 Sentyabr 2020, 17:10 (GMT +4)
DTX vətəndaşlara müraciət edib

22 Sentyabr 2020, 17:07 (GMT +4)
Əhmədiyyə Cəbrayılova həsr olunmuş sənədli film çəkilib

22 Sentyabr 2020, 16:45 (GMT +4)
Birinci vitse-prezident Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib

22 Sentyabr 2020, 16:44 (GMT +4)
Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

22 Sentyabr 2020, 16:35 (GMT +4)
Pandemiya sınağı: təhsil və təhlükəsizlik - FOTOREPORTAJ

22 Sentyabr 2020, 16:34 (GMT +4)
İraq karantin qaydalarının yenidən sərtləşdirilməsi xəbərdarlığını verib

22 Sentyabr 2020, 16:12 (GMT +4)
Tanınmış jurnalist koronavirusa yoluxub

22 Sentyabr 2020, 16:11 (GMT +4)
Almaniya Bundestaqına bomba üzrə mütəxəssislər cəlb edilib

22 Sentyabr 2020, 16:04 (GMT +4)
«Torqovı»da geyim mağazası yanıb (FOTO)

22 Sentyabr 2020, 15:52 (GMT +4)
Ankara AB-ni qərəzli mövqedən çəkinməyə çağırıb

22 Sentyabr 2020, 15:49 (GMT +4)
Lənkəranda yeni çay brendinin istehsalına başlanılıb

22 Sentyabr 2020, 15:43 (GMT +4)
Operativ Qərargah: Virusdan ölənlərin sayı 578 nəfərə çatıb

22 Sentyabr 2020, 15:40 (GMT +4)
AÇG və “Şahdəniz”dən 545 milyon ton neft-kondensat ixrac edilib

22 Sentyabr 2020, 15:39 (GMT +4)
Azərbaycanda son sutkada 98 nəfər koronavirusa yoluxub

22 Sentyabr 2020, 15:30 (GMT +4)
“ASAN xidmət”in fəaliyyəti dünyanın nüfuzlu portalında dərc olunub

22 Sentyabr 2020, 15:24 (GMT +4)
İran enbarqo müddətinin bitəcəyindən sonra silah satacağı ilk ölkənin adını açıqlayıb

22 Sentyabr 2020, 15:16 (GMT +4)
Prezident İlham Əliyev AAYDA-ya 8,3 milyon manat ayırıb

22 Sentyabr 2020, 15:03 (GMT +4)
Nyu-Yorkda polis Çin ilə əməkdaşlıq ittihamı üzrə saxlanılıb

22 Sentyabr 2020, 14:57 (GMT +4)
Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər

22 Sentyabr 2020, 14:42 (GMT +4)
Azərbaycan Gürcüstana 23 adda 21 613 ədəd dərslik göndərib

22 Sentyabr 2020, 14:39 (GMT +4)
AzTU ilə “İdrak Texnoloji Transfer" arasında memorandum imzalanıb

22 Sentyabr 2020, 14:35 (GMT +4)
Azərbaycanda yeni KOB İnkişaf Mərkəzləri açılacaq

22 Sentyabr 2020, 14:27 (GMT +4)
Fələstin Ərəb Dövləti Liqasına qarşı ilk addımını atıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66