Türkiyə Səudiyyə Ərəbistanını koronavirusla bağlı səhlənkar davranmaqda ittiham edib26 Mart 2020, 16:39 (GMT +4) Bakı, 26 mart, SalamNews, B.Samid. "Səudiyyə Ərəbistanı ümrədə olanların koronavirusa yoluxması ilə bağlı nə bizi və nə də digər ölkəni məlumatlandırmayıb.”
SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bu gün mətbuata açıqlamasında deyib.
Türkiyə rəsmisi Səudiyyə Ərəbistanını koronavirusla bağlı səhlənkar davrandığını bildirib və vurğulayıb ki, bu ölkə ümrədə olanların virusa yoluxması ilə bağlı digər ölkələri o cümlədən Türkiyəni məlumatlandırmayıb.
Qeyd edək ki, sözügedən virus ötən sutkada Türkiyədə surətlə yayılıb və yoluxanların sayı 2433-ə çatıb. Türkiyədə bu virusdan ölənlərin sayı 60 nəfərdir.
|