Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər edib (FOTO)

25 Mart 2020, 15:10 (GMT +4)

Bakı, 25 mart, SalamNews.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyası­nın yayıl­ma­sının qarşısının alınması məqsədilə həyata keçirilən kom­pleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış mən­tə­qə­lərində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş reji­mində həyata keçirilir.

SalamNews xəbər verir ki, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sər­hədçiləri dövlət sərhədindən buraxılış məntə­qə­­lərində Azərbay­can Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərarga­hın müəy­yən etdiyi qaydada sanitar-ka­ran­tin və digər rejim təd­birlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

25 mart tarixində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə səfər etmiş və Rusiya Federa­si­ya­sından avtomobil yolu ilə ölkəyə daxil olan Azərbaycan Res­pub­likası vətəndaşlarının sanitar-karantin tədbirlərinə cəlb olun­masının təşkili vəziyyətini yoxlamışdır.

Dövlət sərhədindən buraxılış məntəqə­sin­də rejim tədbir­ləri­nin təşkili, o cümlədən ölkəyə gələn vətən­daşlar üzərində sərhəd və göm­rük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin həra­rətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edil­mələri və­ziy­yəti yoxla­nılmış, xəstəliyə yoluxmalarına şübhə yara­nan şəxs­lərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilmişdir.

Ölkə ərazisinə gələn və Azərbaycan Respublikasının Föv­qəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müa­yi­­nələrə cəlb olunan vətəndaş­larla görüş keçirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi al­tın­da koronavirus infeksiyasına qarşı mü­barizə çərçivəsində gö­rü­lən işlər haqqında onlara geniş məlumat verilmiş, vəziyyətləri ilə ma­raqlanılmış, xahiş və mü­ra­ciətləri dinlənilmişdir.

Karantində sax­la­nı­lacaq şəxslərin qal­ması üçün ayrılmış yer­lə­rə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nə­zərdə tutul­muş nəqliy­yat vasitələrinə baxış keçirilmişdir.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəx­si heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilmiş, zəruri tapşırıq və göstərişlər verilmişdir.

Səfər çərçivəsində Rusiya Federasiyasının Federal Təhlükə­sizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəh­bəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçiril­miş, Azərbaycan Respublikası və Rusiya Federasiyası vətən­daşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanış­larının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərə­kə­tinin müvəqqəti ola­raq yalnız “Sa­mur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən bura­xılış məntəqəsindən, avtomobil nəq­liy­yat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən bura­xılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər

Elçin Quliyev və Xanlar Vəliyev Ermənistanla sərhədə gediblər (FOTO)

Qusarda Elçin Quliyev, Səfər Mehdiyev və Vüsal Hüseynovun iştirakı ilə müşavirə keçirilib

Elçin Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

General-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Prezident Elçin Quliyevi ordenlə təltif edib

Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib

DSX rəisi Elçin Quliyev Ağstafa, Qazax, Samux, Tovuz və Şəmkir sakinləri ilə görüşüb

DSX rəisi Elçin Quliyev Ağstafa, Qazax, Samux və Şəmkir rayon sakinləri ilə görüşəcək

10 Aprel 2020, 20:00 (GMT +4)
Əşyaların interneti və rəqəmsal dünya (TƏHLİL)

10 Aprel 2020, 19:30 (GMT +4)
Karantini pozan 154 nəfər həbs edilib (RƏSMİ)

10 Aprel 2020, 19:20 (GMT +4)
Qərargah: Ölən şəxslərin nəşinin ölkəyə gətirilməsinə şərait yaradılacaq

10 Aprel 2020, 19:16 (GMT +4)
Azərbaycan Hökuməti Rusiyadan qayıtmaq istəyənlərə müraciət edib

10 Aprel 2020, 19:15 (GMT +4)
Son bir ayda Azərbaycanda 106 cinayətkar qrup zərərsizləşdirilib

10 Aprel 2020, 18:52 (GMT +4)
Azərbaycanda 991 nəfər koronavirusa yoluxub, onlardan 10-u ölüb

10 Aprel 2020, 18:51 (GMT +4)
Azərbaycanda daha 65 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

10 Aprel 2020, 18:10 (GMT +4)
“ASAN Login” sistemindən 264 mindən çox vətəndaş qeydiyyatdan keçib

10 Aprel 2020, 18:05 (GMT +4)
BDU-nun Psixoloji Yardım Sektoru ehtiyacı olanlara online psixoloji dəstək göstərir

10 Aprel 2020, 17:56 (GMT +4)
Rusiyada 20 dəqiqə ərzində koronavirusu aşkarlayan test sistemləri təqdim edilib

10 Aprel 2020, 17:55 (GMT +4)
Elmin İnkişafı Fondu "Evdə qal" aksiyasına qoşulub (VİDEO)

10 Aprel 2020, 17:47 (GMT +4)
Azərbaycan Gənclər Fondu gənclərə müraciət edib

10 Aprel 2020, 17:36 (GMT +4)
Quterreş: BMT-nin COVID-19-a qarşı mübarizə planı 300 milyon dollardan çox vəsait toplayıb

10 Aprel 2020, 17:23 (GMT +4)
Tokayev: Ölkədə fövqəladə vəziyyət rejimi aprel ayının sonuna qədər uzadılmalıdır

10 Aprel 2020, 17:15 (GMT +4)
"Nar" yeni formatda nömrə satışına başlayıb 

10 Aprel 2020, 16:58 (GMT +4)
KİV: Cənubi Koreya ABŞ-la İrana humanitar malların tədarükü məsələsini razılaşdırıb

10 Aprel 2020, 16:54 (GMT +4)
Türkiyə koronavirusla bağlı İsrailə tibbi ləvazimat satıb

10 Aprel 2020, 16:45 (GMT +4)
BNA: Yaşı 65-dən yuxarı olan sürücülər xəttə buraxılmır

10 Aprel 2020, 16:30 (GMT +4)
Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib

10 Aprel 2020, 16:15 (GMT +4)
İspaniyada nazir bir ay davam edən xəstəlikdən sonra koronavirusa qalib gəlib 

10 Aprel 2020, 16:10 (GMT +4)
Jurnalistlər üçün ilk dəfə onlayn mətbuat konfransı təşkil edilib (FOTO)

10 Aprel 2020, 15:45 (GMT +4)
9108 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir (FOTO)

10 Aprel 2020, 15:44 (GMT +4)
Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb 

10 Aprel 2020, 15:43 (GMT +4)
Əfqanıstanda koronavirusa yoluxanların sayı artıb, Taliban da qabaqlayıcı tədbirlərə başlayıb

10 Aprel 2020, 15:26 (GMT +4)
Ötən gün Bakıda avtobusla 424 mindən çox sərnişin daşınıb (STATİSTİKA)

10 Aprel 2020, 15:23 (GMT +4)
Tacikistan xarici vətəndaşlar üçün sərhədi bağlayıb

10 Aprel 2020, 15:17 (GMT +4)
Bakıda evdən oğurluq edən şəxs tutulub

10 Aprel 2020, 15:00 (GMT +4)
Azercell “Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təmənnasız təqdim edir

10 Aprel 2020, 14:57 (GMT +4)
Tramp: ABŞ-da koronavirusun yayılması pik həddə çatıb

10 Aprel 2020, 14:48 (GMT +4)
KOBİA sosial təşəbbüsə qoşulub (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66