Tramp koronavirusla mübarizəyə Milli Qvardiyanı cəlb edəcək23 Mart 2020, 12:41 (GMT +4) Bakı, 23 mart, SalamNews. ABŞ prezidenti Donald Tramp, üç ştatda - Nyu York, Kaliforniya və Vaşinqtonda koronavirusla mübarizəyə Milli Qvardiyanı cəlb etməyə icazə verib.
SalamNews bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
"Onlar (yerli hakimiyyət orqanları - red.) xərclər barədə narahat olmaq məcburiyyətində qalmayacaqlar", deyə Tramp Ağ Evdəki brifinqdə bəyan edib.
Onun sözlərinə görə, ştatlar Milli Qvardiyanın yerləşdirilməsinin xərcinin 25 faizi ödəməli olmayacaqlar, çünki federal hökumət bütün xərcələri üzərinə götürəcək.
|