“Nurgun Group” Koronavirusla Mübarizə Fonduna 100 min manat ayırıb22 Mart 2020, 22:00 (GMT +4) Bakı, 22 mart, SalamNews. “Nurgun Group” dövlətimizin koronavirusla mübarizəyə dəstək çağırışına qoşuldu və Koronavirusla mübarizə fonduna 100.000 manat məbləğində vəsait ayırdı.
Qeyd edək ki, Fond 19 mart 2020-ci il tarixində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılıb və fondun yaradılmasında əsas məqsəd koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.
“Nurgun Group” xalqımızı bu günlərdə daha diqqətli olmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın göstəriş və təlimatlarına əməl etməyə dəvət edir.
|