Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün İslam dünyasında “Məbəs” bayramı qeyd edilir

22 Mart 2020, 10:13 (GMT +4)

Bakı, 22 mart, SalamNews. Hicri-qəməri təqviminə əsasən, bu gün müqəddəs Məbəs və ya "Besət" günüdür.

SalamNews xəbər verir ki, bu gün hicri-qəməri tarixi ilə rəcəb ayının 27-sinə təsadüf edir. Bu gün islam tarixində islam peyğəmbəri Məhəmməd ibni Abdullaha (s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

Məhz, həzrəti Məhəmməd (s) Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bugünkü tarixdə nazil olub. Tarixi hədislərə görə, islam peyğəmbərinə ilk vəhy nazil olan gün onun 40 yaşı olub.

Məbəs günü ilə bağlı ən maraqlı məqamlardan biri budur ki, yazmağı, oxumağı bacarmayan, müəyyən bir məktəbə, mədrəsəyə getməyən, heç bir şairin, kahinin, keşişin, alimin yanında təlim-təhsil görməyən, ümumiyyətlə, heç bir orta və ali təhsili olmayan bir insan Qurani-Kərim kimi qeyb aləmindən, keçmişdən, tarixi hadisələrdən, faktlardan, gələcəkdən, şeirin, ədəbiyyatın, nəzmin incəliklərindən, ictimai qanunlardan, hüquqi vəzifələrdən, məhkəmə sistemindən, ictimai ədalətdən və kamil dünyəvi baxışdan, zülmə qarşı mübarizə hərəkatından, yerin-göyün sirlərindən, aləmlərin rəbbindən və onun sifətlərindən xəbər verən kitabı bəşəriyyətə təqdim edib.

Məhz, buna görədir ki, müsəlmanlar Məbəs gününü bayram etməyi özlərinə borc bilirlər.

Hazırda islam dünyasında bir çox ölkələrdə baş verən ikitirəliyin səbəbini də, əslində Məbəs gününün dəyərlərindən uzaqlaşmasında görmək olar. Məbəs və Məhəmməd (s) peyğəmbər əslində islam dünyasını birləşdirən əsas amildir. Məhz buna görə, Məhəmməd ibni Abdullaha (s) vəhyin gəlməsi və onun peyğəmbər olması müsəlmanlara birlik, firavanlıq və səadət bəxş etməlidir.

Hədislərdə gəlibdir ki, peyğəmbərin göndərilməsindən məqsəd insanların Allahı tanımasıdır. Həzrəti Əlinin (ə) kəlamında gəlib ki sonuncu peyğəmbər, insanların çətinliklərinin aradan qaldırılması, onların üzərində olan zəncirlərin götürülməsi və bəşəriyyətin gizlində qalmış ağıl dəryalarının üzə çıxarılmasına görə göndərilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

04 Aprel 2020, 10:25 (GMT +4)
Azərbaycanda karantin rejimini pozan 15 iaşə obyekti aşkarlanıb

04 Aprel 2020, 10:15 (GMT +4)
Çində koronavirusa yoluxanların 94 faizi sağalıb

04 Aprel 2020, 10:07 (GMT +4)
Tramp neftlə bağlı müttəfiqi Səudiyyə Ərəbistanına da xəbərdarlıq edib

04 Aprel 2020, 10:00 (GMT +4)
“Evdə qalaq, evdə yaradaq!” onlayn yaradıcılıq müsabiqəsinə start veriləcək

04 Aprel 2020, 00:30 (GMT +4)
Azərbaycanda 158 mindən çox əməkdaşın evdən çıxması icazəsi təsdiqlənib

03 Aprel 2020, 21:21 (GMT +4)
Azərbaycanda koronavirus xəstələrinin hansı bölgələrdən olduğu müəyyənləşib

03 Aprel 2020, 19:40 (GMT +4)
Vitse-spiker: Biz xalq olaraq bu xəstəliyin öhdəsindən gəlməliyik

03 Aprel 2020, 19:25 (GMT +4)
«Azəriqaz»ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum təşkil olunub

03 Aprel 2020, 19:01 (GMT +4)
Karantin rejimində jurnalistlərin fəaliyyətinə bir daha aydınlıq gətirilib

03 Aprel 2020, 18:23 (GMT +4)
Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

03 Aprel 2020, 18:07 (GMT +4)
"icaze.e-gov.az" portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb

03 Aprel 2020, 18:01 (GMT +4)
“Virtual məktəb” portalında qeydiyyatdan keçən şagirdlərin sayı açıqlanıb

03 Aprel 2020, 17:51 (GMT +4)
Sığorta xidmətləri onlayn qaydada göstərilir

03 Aprel 2020, 17:46 (GMT +4)
Virtual dünyada koronavirusla mübarizəyə yeni tərəfdaşlar qoşulub

03 Aprel 2020, 17:42 (GMT +4)
Səudiyyə Ərəbistanı karantin rejimini sərtləşdirir

03 Aprel 2020, 17:37 (GMT +4)
İsrail polisi fələstinli naziri həbs edib

03 Aprel 2020, 17:34 (GMT +4)
Azərbaycan Dövlət Dəniz Akademiyasında distant təhsil aparılır

03 Aprel 2020, 17:22 (GMT +4)
Sabiq deputat Prezidentin təşəbbüsünə qoşulub

03 Aprel 2020, 17:18 (GMT +4)
Azərbaycanda bir ailədən nə qədər adam çölə çıxırsa, o qədər icazə alınmalıdır (RƏSMİ)

03 Aprel 2020, 17:14 (GMT +4)
Mişustin: Rusiyada koronavirusun pik həddi hələ keçməyib

03 Aprel 2020, 17:05 (GMT +4)
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq

03 Aprel 2020, 16:56 (GMT +4)
Bloomberg: ABŞ-dakı "Apple" mağazaları mayın əvvəlinə qədər bağlı qalacaq

03 Aprel 2020, 16:44 (GMT +4)
Suriyada hökumətin nəzarətində bütün bölgələrdə komendant saatı tətbiq edilib

03 Aprel 2020, 16:44 (GMT +4)
Daha bir qrup əlilliyi olan şəxsə reabilitasiya vasitələri evlərinə aparılıb verilib (FOTO)

03 Aprel 2020, 16:21 (GMT +4)
Astarada narkotacirdən 4 kq narkotik götürülüb

03 Aprel 2020, 16:07 (GMT +4)
Angela Merkel karantindən çıxıb

03 Aprel 2020, 15:53 (GMT +4)
Azərbaycanın ən böyük strateji əhəmiyyətli yarımstansiyası yenidən qurulur

03 Aprel 2020, 15:37 (GMT +4)
Tramp Putin və SƏ şahzadəsi ilə neft hasilatının azaldılmasını müzakirə etmədiyini bildirib

03 Aprel 2020, 15:24 (GMT +4)
Twıtter Türkiyəni, İran və Qətəri təndiq edən 7,500 səhifəni bağlayıb

03 Aprel 2020, 15:22 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66