Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

KOBİA sahibkarlara çağırış edib

21 Mart 2020, 15:32 (GMT +4)

Bakı, 21 mart, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara müraciət edib.

Bu barədə SalamNews-a KOBİA-dan məlumat verilib.

Müraciətdə deyilir ki, bu gün bütün dünya qlobal miqyasda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. Azərbaycan da ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkə vətəndaşlarının sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması və təsirlərinin minimuma endirilməsi istiqamətində müvafiq preventiv və profilaktik tədbirlər həyata keçirir.

Qlobal pandemiyaya çevrilmiş koronovirus insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da neqativ təsir göstərməkdədir. Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsirsiz ötüşmür.

Koronovirusla bağlı bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadi, mədəni və idman tədbirlərinin təxirə salınması, sərhədlərin bağlanması, turizm, ticarət, ictimai iaşə, sərnişin və yükdaşımaları sektorlarındakı durğunluq, eləcə də ölkəmizdə müxtəlif sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması təbii olaraq, işgüzar fəallığı zəiflədir, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, eləcə də KOB subyektlərinə öz mənfi təsirini göstərir.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti daim, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşına öz diqqət və qayğısını əsirgəmir, sahibkarlıq və özəl sektorun inkişafına öz dəstəyini göstərir. Dövlət başçısının koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Sərəncam və ayrılmış 1 milyard manat həcmində vəsait bunu bir daha əyani şəkildə sübut edir. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində sahibkarların qarşılaşa biləcəyi itkilərin minimuma endirilməsi üçün hökumət tərəfindən müvafiq təkliflər paketi hazırlanır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də koronavirus infeksiyasının turizm, ictimai-iaşə, ticarət, yükdaşıma-logistika sektorlarına, xüsusilə də bu sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinə təsirləri ilə bağlı müvafiq təkliflərin hazırlanması prosesində iştirak edir.

Müraciətdə bildirilir ki, koronavirus infeksiyasının kiçik və orta sahibkarlığa təsirinin müəyyənləşdirilməsi, yaranmış çətinliklərdən çıxış yollarının müzakirəsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsi məqsədilə KOBİA tərəfindən 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib, 700-ə yaxın KOB subyekti arasında sorğular aparılıb. Bu görüşlərdə və sorğularda iştirak edən sahibkarlar, müddətli olaraq vergi və sosial müdafiə ödəmələrinin təxirə salınması, yaranan məşğulluq problemlərinə dəstək, kredit öhdəliklərinin və icarə xərclərinin ertələnməsi və digər gözləntilərdə olduğunu bildiriblər.

Koronavirus infeksiyası ilə bağlı ev şəraitində qalmağa üstünlük verən vətəndaşların gündəlik ərzaq və qida ehtiyaclarının qarşılanması, eləcə də mövcud vəziyyətdən ictimai iaşə və ticarət sektorlarının daha az təsirlənməsi məqsədilə KOBİA təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə də müxtəlif görüşlər keçirib. Artıq bir sıra sahibkarlıq subyektləri çatdırılma xidməti ilə bağlı təkliflərlə Agentliyə müraciət ediblər. KOBİA bu təşəbbüslərə səlahiyyətləri çərçivəsində dəstək verəcəkdir.

Sevindirici haldır ki, KOBİA-nın koronavirus infeksiyasının KOB-lara mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi barədə çağırışına qısa müddətdə bir sıra banklar müsbət cavab verdi. Artıq müxtəlif banklar tərəfindən bank əməliyyatları, xarici pul köçürmələri ilə bağlı KOB-lara güzəştlər olunur.

Ölkə sahibkarlarının belə vaxtlarda səylərini və təşəbbüslərini birləşdirməsi, bir-birinə dəstək olması, sosial məsuliyyətini anlaması vacibdir. Sahibkarları ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə müxtəlif sektorlarda tətbiq edilən məhdudlaşdırıcı qərarların məsuliyyətini daha yaxşı anlamağa, iqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişafı naminə dövlətimizlə həmrəy olmağa səsləyirik. Qoyulan qaydalara ciddi əməl etməklə, ən əsası isə dövlətimizlə həmrəy olmaqla sahibkarlıq sektoru mövcud vəziyyətdən daha tez, dövlətimizin dəstəyi ilə isə az itki ilə çıxacaqdır.

Müraciətdə vurğulanır ki, dövlətimizin başçısının 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer almışdır. Fürsətdən istifadə edərək, dövlətimizə həmrəylik əlaməti olaraq sahibkarları könüllülük və sosial məsuliyyət prinsipləri əsasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərməyə çağırırıq. Bir olaq, dəstək olaq!

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradılıb

KOBİA da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

KOBİA koronavirus infeksiyasına qarşı kompleks tədbirlər görür

KOBİA-da koronavirusun turizm sektoruna təsirinin öyrənilməsi üçün sahibkarlarla görüş keçirilib

Daha 3 könüllü gənc KOBİA-da işlə təmin edilib

KOBİA Böyük Britaniyada KOB sahəsində əməkdaşlığa dair bir sıra görüşlər keçirib

KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb

KOBİA və USAİD biznes assosiasiyalara dəstək məqsədilə yeni təşəbbüs irəli sürüb

KOBİA nümayəndələri Almaniyada bir sıra görüşlər keçirib

KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair sənəd imzalanıb

KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA 150-dən çox sahibkarın sərgilərdə iştirakına dəstək göstərib

KOBİA-nın nizamnamə fondu iki dəfədən çox artırılıb

KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

KOBİA ilə “Deloitte” şirkəti əməkdaşlığı genişləndirir

AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “Bakutel” Sərgisində virtual müəssisə təqdim olunur

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

KOBİA-nın dəstəyi ilə “EY ilin iş adamı”müsabiqəsinə start verilir

07 Aprel 2020, 10:15 (GMT +4)
Xüsusi karantin qaydalarını pozan sürücü həbs edilib

07 Aprel 2020, 10:00 (GMT +4)
Səudiyyə ramazan ayında da məscidlərin bağlı qalması ehtimalı olduğunu bildirib

07 Aprel 2020, 10:00 (GMT +4)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

07 Aprel 2020, 09:54 (GMT +4)
Çində son sutka ərzində COVID-19-dan ölən olmayıb

07 Aprel 2020, 09:50 (GMT +4)
Koronavirusa yoluxanların sayı 1,3 milyonu ötüb

07 Aprel 2020, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

07 Aprel 2020, 09:30 (GMT +4)
ƏƏSMN: Bu şəxslər işsiz kimi qeydiyyata alınmaq üçün müraciət etməməlidir

07 Aprel 2020, 09:21 (GMT +4)
Boris Conson reanimasiya şöbəsinə yerləşdirilib

07 Aprel 2020, 09:15 (GMT +4)
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb

07 Aprel 2020, 09:12 (GMT +4)
Suriyanın şərqində hücum nəticəsində bir ABŞ zabiti ölüb

07 Aprel 2020, 09:00 (GMT +4)
ARDNF-in ABŞ dollarında olan aktivlər üzrə nağd gəlirləri 4 mlrd. dollara çatıb

06 Aprel 2020, 21:25 (GMT +4)
Evində sosial xidmətlə təmin olunan vətəndaş: Dövlətimiz sağ olsun (FOTOLAR)

06 Aprel 2020, 18:45 (GMT +4)
Operativ Qərargah: Bəzi KİV əməkdaşı olmayan şəxslərə saxta vəsiqələr verir

06 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 622 min telefon nömrəsindən 1 milyon 437 min SMS göndərilib

06 Aprel 2020, 18:00 (GMT +4)
İsmət Səttarov Milli Televiziya və Radio Şurasının sədri seçilib

06 Aprel 2020, 17:54 (GMT +4)
Gənclər Fondu növbəti maraqlı layihəyə start verib

06 Aprel 2020, 17:49 (GMT +4)
Neftçala Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrə yardım edib

06 Aprel 2020, 17:45 (GMT +4)
BANM-ın tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub

06 Aprel 2020, 17:43 (GMT +4)
İngiltərə kəşfiyyatı koronavirusun yayılma versiyalarını nəzərdən keçirir 

06 Aprel 2020, 17:32 (GMT +4)
Agentlik: Şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir

06 Aprel 2020, 17:26 (GMT +4)
Kraliça II Yelezaveta xalqa müraciət edib

06 Aprel 2020, 17:14 (GMT +4)
Sabiq MTN generalı Sübahir Qurbanov əfv edilib

06 Aprel 2020, 17:10 (GMT +4)
Ruhani Fəramiz Abbasov azadlığa çıxıb

06 Aprel 2020, 17:04 (GMT +4)
AB pandemiya fonunda Rusiyaya qarşı sanksiyaların ləğvini dəyərləndirib

06 Aprel 2020, 17:02 (GMT +4)
Vidadi Zeynalov əfv edilib

06 Aprel 2020, 16:55 (GMT +4)
Akif Çovdarov əfv edilib

06 Aprel 2020, 16:54 (GMT +4)
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

06 Aprel 2020, 16:45 (GMT +4)
"Bizim Tarla" 65 yaşdan yuxarı şəxslərə sovqat paylayıb

06 Aprel 2020, 16:40 (GMT +4)
Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət edib

06 Aprel 2020, 16:37 (GMT +4)
Dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən OPEK+ toplantısının zamanı açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66