Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 114 il ötür

21 Mart 2020, 10:42 (GMT +4)

Bakı, 21 mart, SalamNews. Martın 21-də Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, alim, ictimai xadim Səməd Vurğunun doğum günüdür. Onu Azərbaycan xalqına sevdirən şeirlərindəki sadəlik, səmimilik, xalq dilinə yaxınlıq, lakin bütün bunlarla yanaşı, dərin mənalılıqdır. Şairin ədəbiyyatımızın qızıl fondunda yer almış əsərləri bu gün də poeziyamızın qiymətli inciləri sırasındadır. Səməd Vurğun cəmi 50 il yaşamasına baxmayaraq, onun ədəbi irsi özündən sonrakı Azərbaycan poeziyasına böyük təsir göstərib.

SalamNews xəbər verir ki, bu gün Xalq şairi Səməd Vurğunun anadan olmasından 114 il ötür.

Səməd Yusif oğlu Vəkilov 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Atası gözəl saz ifaçısı kimi tanınıb. Uşaqlıq illərini doğma kəndində keçirən Səməd ibtidai təhsilini rus-tatar məktəbində alıb. Onun 6 yaşı olarkən anası Məhbub xanım vəfat edib. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində böyüyüb. Şairin ana babası Mehdixan ağa Köhənsal təxəllüsü ilə tanınan el şairi idi. Şairin ana nənəsi Aişə xanım Molla Pənah Vaqifin nəslindən idi.

1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qazaxda Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini təşkil edib. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idi. Mehdixan Vəkilov Səmədin böyük və yeganə qardaşı olub. Qardaşı Hacıməmməd və bacısı Nabat isə uşaq yaşlarında vəfat edib. Səməd Vurğun 1924-cü ildə seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncə məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib.

Səməd Vurğun gəncliyində hər şeylə maraqlanan, həssas, bununla yanaşı, çox qətiyyətli, möhkəm iradəli, hazırcavab olub. Hələ təhsil illərində Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, Puşkin və Lermontovun, türk şairlərindən Tofiq Fikrət, Namiq Kamal, Mehmed Eminin əsərləri ilə də tanış olub. 1930-cu illərdə o, Aleksandr Puşkinin “Yevgeni Onegin”, Maksim Qorkinin “Qız və ölüm”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şairin ilk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. 1930-cu illərdə şairin “Könül dəftəri” və “Şeirlər” kitabları çapdan çıxıb. 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri ədəbiyyatımızın incilərindən hesab olunur. 1937-ci ildə “Vaqif”, sonrakı illərdə “Xanlar”, “Fərhad və Şirin”, “İnsan” dramlarını, “Zəncinin arzuları”, “Muğan”, “Aygün” və “Zamanın bayraqdarı” poemalarını qələmə alıb.

1954-cü ildə Səməd Vurğun Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilib. 1956-cı ilin martında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.

Şair 1956-cı il mayın 27-də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Xalq şairi Səməd Vurğunun anım günüdür

Səməd Vurğun küçəsində 3 metr enində sürüşmə qeydə alınıb

Pirallahı qəsəbəsindəki Səməd Vurğun küçəsinin yenidənqurmadan sonra açılışı olub

UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində olublar

Səməd Vurğunun ev-muzeyində "Mənim 60-cılar nəslim" adlı tədbir keçirilib

Ankarada Səməd Vurğunun yubileyi münasibətilə foto və kitab sərgisi keçirilib

Səməd Vurğuna həsr edilmiş biblioqrafiya təqdim olunub

Səməd Vurğunun ev-muzeyində “Seçilənlər” kitabının təqdimatı keçirilib

ADU-da Səməd Vurğunun fransız dilində şeirlər kitabının təqdimatı olub

Səməd Vurğun və Vaqif Səmədoğlunun xatirəsi anılıb

ADGTT-nın direktoru və baş redaktoru “Səməd Vurğun mükafatı”na layiq görülüblər

22 Sentyabr 2020, 09:25 (GMT +4)
Bakıda koronavirus aşkarlanması səbəbindən 4 sinif distant təhsilə keçib

22 Sentyabr 2020, 09:14 (GMT +4)
Mevlut Çavuşoğlu: Ermənistanı ağlını başına yığmağa, hücumları dayandırmağa çağırıram

22 Sentyabr 2020, 09:09 (GMT +4)
ABŞ İranın Müdafiə Nazirliyinə yeni sanksiyalar tətbiq edib

22 Sentyabr 2020, 09:09 (GMT +4)
AQTA sahibkarlara xəbərdarlıq edib

21 Sentyabr 2020, 18:10 (GMT +4)
“Nar” ən yüksək nəticə göstərmiş abituriyentləri mükafatlandırıb

21 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanda daha 92 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib

21 Sentyabr 2020, 17:53 (GMT +4)
Gömrükçülər dərman, mobil telefon və kosmetik vasitələr müsadirə edib

21 Sentyabr 2020, 17:38 (GMT +4)
Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

21 Sentyabr 2020, 17:38 (GMT +4)
İraq Fransadan külli miqdarda silah alacağını bildirib

21 Sentyabr 2020, 17:26 (GMT +4)
“Funda” Tibb Mərkəzində vergidənyayınma halları aşkar edilib

21 Sentyabr 2020, 17:15 (GMT +4)
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrılıb

21 Sentyabr 2020, 17:08 (GMT +4)
Bakıda kişini elektrovoz vuraraq öldürüb

21 Sentyabr 2020, 16:56 (GMT +4)
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

21 Sentyabr 2020, 16:55 (GMT +4)
Qaxda 2 ton narkotik vasitə məhv edilib

21 Sentyabr 2020, 16:47 (GMT +4)
Türkiyə prezidenti yunan qəzetinə qarşı iddia qaldırıb

21 Sentyabr 2020, 16:25 (GMT +4)
Rusiya Fransa üzərində müşahidə uçuşu həyata keçirəcək

21 Sentyabr 2020, 16:19 (GMT +4)
DİM rezidenturaya ixtisas seçimi ilə bağlı məlumat yayıb

21 Sentyabr 2020, 16:00 (GMT +4)
Dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına dair rəsmi açıqlama verilib

21 Sentyabr 2020, 15:53 (GMT +4)
Rusiya və Türkiyə hərbçiləri Suriyada ortaq təlim həyata keçirib

21 Sentyabr 2020, 15:52 (GMT +4)
İranda son sutkada 177 koronavirus xəstəsinin ölümü qeydə alınıb

21 Sentyabr 2020, 15:41 (GMT +4)
Finlandiyanın “Nokia” şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

21 Sentyabr 2020, 15:26 (GMT +4)
Tovuzda şəhid çavuşla vida mərasimi keçirilib - FOTOREPORTAJ

21 Sentyabr 2020, 15:10 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 Sentyabr 2020, 15:07 (GMT +4)
ASA sığortaçılardan ibarət “Ekspert qrupu” yaradıb

21 Sentyabr 2020, 14:56 (GMT +4)
Ceyhun Bayramov erməni təxribatı ilə bağlı moldovalı həmkarına məlumat verib

21 Sentyabr 2020, 14:53 (GMT +4)
Taliban Əfqanıstanın şimalında təhlükəsizlik qüvvələrinə hücum edib, 26 ölü var

21 Sentyabr 2020, 14:52 (GMT +4)
YAP bəyanat yayıb

21 Sentyabr 2020, 14:46 (GMT +4)
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

21 Sentyabr 2020, 14:40 (GMT +4)
Rusiya apteklərində COVID-19 preparatının satışları başlayıb

21 Sentyabr 2020, 14:17 (GMT +4)
Rusiyada COVID-19-a yoluxanların sayı 1,1 milyonu keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66