Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Günay Sığorta”, “Sağlam Ailə” və “Odlar Yurdu” sosial aksiyaya start veriblər (FOTO)

21 Mart 2020, 15:00 (GMT +4)

Bakı, 21 mart, SalamNews. “Günay Sığorta” ASC, “Sağlam Ailə” Tibb Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə vətəndaşlarımıza dəstək məqsədilə "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihənin icrasına başlanılıb.

Layihə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası (COVİD-19) ilə bağlı əhalinin sağlamlığının qorunması və maarifləndirilməsi məqsədi daşıyır.

Koronavirus infeksiyası əsasən, hava və damcı yolu ilə keçdiyi üçün ictimai məkanlarda olan zaman, xüsusilə də avtobus və metrodan istifadə etdikdən sonra əllər sabunla yuyulmalı və ya dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir, qoruyucu maskalardan istifadə olunmalıdır. Odur ki, "Günay Sığorta” ASC, "Sağlam Ailə” Tibb Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı iləicra olunan layihə çərçivəsində paytaxtın müxtəlif nöqtələrində insanlara qoruyucu maska, dezinfeksiyaedici məhlul və maarifləndirici materiallar paylanılıb.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində regionlarda da cari fəaliyyət davam etdiriləcək.

Unutmamalıyıq ki, hal-hazırki dövr üçün ən önəmli məqamlardan biri də sosial məsuliyyətdir və Koronavirus təhlükəsi ilə əlaqədar cəmiyyətin hər bir üzvünün üzərinə böyük məsuliyyəti düşür. Sosial istiqamətindən asılı olmayaraq atılan bütün müvəqqəti və məcburi addımlar cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq məqsədi daşıyır. Hər bir vətəndaş bu çağırışlara həssas yanaşmalıdır, çünki "Ailənizin sağlamlığı sizin sığortanızdır!".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

“Günay Sığorta”nın baş ofisi yeni ünvanda fəaliyyət göstərəcək

"Günay Sığorta"nın rəhbərliyində yeni təyinat olub

Günay Sığortaya yeni sədr təyin edilib

28 Mart 2020, 12:45 (GMT +4)
ABŞ koronavirusla mübarizə üçün Ermənistana 1,1 milyon dollar yardım edəcək

28 Mart 2020, 12:28 (GMT +4)
DTX əməkdaşları Ulu Öndərin məzarını ziyarət edib

28 Mart 2020, 12:19 (GMT +4)
ABŞ koronavirusla bağlı tələblərə baxmayaraq İranın dondurulmuş hesablarını açmaqdan imtina edib

28 Mart 2020, 12:15 (GMT +4)
Bolsonaru Braziliyada karantinə qarşı kampaniya hazırlayır

28 Mart 2020, 12:11 (GMT +4)
Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

28 Mart 2020, 11:57 (GMT +4)
Rusiya hərbçiləri İtaliyada koronavirusla mübarizəyə davam edir

28 Mart 2020, 11:53 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 Mart 2020, 11:35 (GMT +4)
Ağcabədidə yük avtomobili yanıb

28 Mart 2020, 11:22 (GMT +4)
Daha 90 Azərbaycan vətəndaşı Polşadan vətəninə gətirilib 

28 Mart 2020, 11:18 (GMT +4)
ABŞ İraqda «İran» əleyhinə irimiqyaslı hərbi əməliyyat planlaşdırır - KİV

28 Mart 2020, 11:16 (GMT +4)
Bakıda karantin rejimini pozanlar cərimələnir

28 Mart 2020, 11:08 (GMT +4)
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasından 101 il ötür

28 Mart 2020, 10:54 (GMT +4)
Sabahdan ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək

28 Mart 2020, 10:38 (GMT +4)
Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

28 Mart 2020, 10:35 (GMT +4)
Son 9 ildə ilk dəfə olaraq BƏƏ vəliəhdi Bəşər Əsədə zəng vurub

28 Mart 2020, 10:33 (GMT +4)
Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılacaq

28 Mart 2020, 10:20 (GMT +4)
FHN sərhəd məntəqələrində çadırların sayını artırıb

28 Mart 2020, 10:12 (GMT +4)
Türkiyə koronavirusa görə xarici ölkələrlə uçuşlarını dayandırıb

28 Mart 2020, 10:07 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub

28 Mart 2020, 10:00 (GMT +4)
Azərbaycan Dövlət Bayrağı ilə bağlı yeni qayda müəyyən edilir

28 Mart 2020, 09:58 (GMT +4)
İsrail Qəzzaya hava zərbələri endirib, yaralananlar var

28 Mart 2020, 09:06 (GMT +4)
Bu gün şaban ayının üçü İmam Hüseynin (ə) mövlududur

27 Mart 2020, 21:09 (GMT +4)
Bakı metrosu üçün yeni iş vaxtı müəyyənləşdirilib

27 Mart 2020, 21:05 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

27 Mart 2020, 20:10 (GMT +4)
Hikmət Hacıyev: AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar

27 Mart 2020, 20:00 (GMT +4)
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi təsis edilib

27 Mart 2020, 19:43 (GMT +4)
Nar pandemiya ilə əlaqədar mobil tətbiqindən yararlanmağa çağırıb

27 Mart 2020, 19:21 (GMT +4)
“İrəli” karantin müddətini “Rəqəmsal ay” elan edib

27 Mart 2020, 19:07 (GMT +4)
"Aşıq Şəmşir"Mədəniyyət Ocağı Prezidentin təşəbbüsünə qoşulub

27 Mart 2020, 19:00 (GMT +4)
Təhsil Nazirliyinin #birteshekkur adlı onlayn fləşmobu davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66