Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Nuran Abdullayev: Əlimdən gələn köməkliyi göstərməyə hazıram

20 Mart 2020, 14:07 (GMT +4)

Bakı, 20 mart, SalamNews. “Yeni növ koronavirus infeksiyası (COVID-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Prezidentinin son 24 saat ərzində yeni növ koronavirus (COVID-19) pandemiyasının ciddiliyini nəzərə alaraq verdiyi mühüm qərarlar - Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün verdiyi fərman və bundan başqa, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı verilən fərman - hər bir millətini sevən vətəndaş tərəfindən alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, yeni növ koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yarada biləcək problemləri birbaşa ölkə başçısının ciddi nəzarətindədir. Son günlər ölkədə atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, həqiqətən, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük ki, bu da Avropa ölkələrindən heç də fərqlənmir”.

Bunu SalamNews-a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O bildirib ki, bu profilaktik tədbirlər Azərbaycanda daha da güclənməlidir: “Belə ki, əhalinin sıx toplaşdığı yerlərin, bütün restoranların və uşaq əyləncə mərkəzlərinin günün müəyyən saatlarındakı fəaliyyətləri deyil, gün ərzindəki bütün fəaliyyətləri tamamilə məhdudlaşdırılmalıdır. Eyni zamanda ictimai nəqliyyatdan istifadənin də virusun ciddi şəkildə kəskin yayılmasına səbəb olduğunu nəzərə alaraq ondan istifadənin minimuma endirilməsi çox vacib amildir. Əmin ola bilərsiniz ki, bu mühafizə tədbirlərinin atılması ilə Azərbaycan bir çox Avropa ölkələrindən bir neçə addım bir daha önə çıxa bilər və hətta bir neçə gün sonra mühafizə məqsədli fövqəladə hal elan edilməsi Azərbaycan dövlətinin nə qədər uzaqgörən olduğunu dünyaya çatdırar".

N.Abdullayevin fikrincə, Koronavirusla Mübarizəyə Dəstək Fonduna sadəcə maddi dəstək deyil, eyni zamanda ondan da önəmli olan bu virusla mübarizədə təcrübələr, diaqnostik və müalicə bacarıqları da cəlb olunmalıdır: "Belə ki, xaricdə yaşayan və son zamanlar koronaviruslu xəstələrlə təcrübəsi olan bütün azərbaycanlı həkim və elm adamlarının təcrübəsi və elmi dəstəyi cəlb olunmalıdır ki, bunu da onlar özlərinə şərəf borcu bilməlidirlər. Bu istiqamətdə mən də əlimdən gələn köməkliyi Fonda fəaliyyətə başlayan kimi göstərməyə hazıram".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

İtaliyada COVID-19-a yoluxan 140 mindən çox xəstə sağalıb

Rusiyada COVID-19-a yoluxanların sayı 350 mini keçib

ABŞ-da COVİD-19-dan ölənlərin sayı 100 minə yaxınlaşır

Tramp ABŞ-ın COVID-19 peyvəndi və dərmanının istehsalında qazandığı uğurlardan danışıb

Braziliyada COVID-19-a yoluxanların sayı 254 min nəfəri keçib

Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 5 mini ötüb

Nuran Abdullayev: COVID-19 virusu qanın laxtalanma sisteminə təsir edir

ABŞ-da COVID-19 peyvəndinin sınaqları uğurla başa çatıb

İranda Covid-19 virusundan ölənlərin sayı 7 mini keçib

İtaliyada pandemiyadan bəri COVID-19-dan ölənlərin sayı ən aşağı həddə olub

Putin əhalinin COVID-19 testlərinin həcminin artırılmasına dair göstəriş verib

Portuqaliyada COVID-19-a yoluxmuşların sayı 28,5 mini keçib

Meksikada COVID-19-a yoluxma hallarının sayına görə antirekord qeydə alınıb

Braziliya COVID-19-dan ölənlərin sayına görə antirekordunu yeniləyib

Braziliyada COVİD-19-dan rekord sayda insan ölüb

ABŞ-da COVID-19-dan 82 mindən çox insan ölüb

Dmitri Peskov COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib

28 May 2020, 19:27 (GMT +4)
Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib

28 May 2020, 16:50 (GMT +4)
Nigeriyada terror hücumu nəticəsində azı 60 nəfər həyatını itirib

28 May 2020, 16:43 (GMT +4)
Mərakeş Kralı Prezident İlham Əliyevi təbrik edib

28 May 2020, 16:16 (GMT +4)
İranda son sutkada koronavirusdan 63 nəfərin ölümü qeydə alınıb

28 May 2020, 16:11 (GMT +4)
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik edib

28 May 2020, 15:54 (GMT +4)
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

28 May 2020, 15:39 (GMT +4)
ABŞ-ın təhdidlərinə baxmayaraq, İranın 4-cü neft tankeri də Venesuela sularına daxil olub

28 May 2020, 15:31 (GMT +4)
XDMX-nin geyimindən istifadə edərək karantini pozan şəxs ifşa olunub

28 May 2020, 15:17 (GMT +4)
İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

28 May 2020, 14:58 (GMT +4)
Abşeronda it döyüşləri təşkil edənlər saxlanılıb

28 May 2020, 14:42 (GMT +4)
Ukrayna XİN Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib

28 May 2020, 14:29 (GMT +4)
Qüdsdə əl-Əqsa məscidi iki ay fasilədən sonra bu həftə açılır

28 May 2020, 14:15 (GMT +4)
Göyçayda narkotik bitkilər yetişdirən bərbər tutulub

28 May 2020, 14:01 (GMT +4)
Mayın 30-dan Bakıda şimal-qərb küləyi güclənəcək

28 May 2020, 13:45 (GMT +4)
İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

28 May 2020, 13:40 (GMT +4)
ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini ötüb

28 May 2020, 13:30 (GMT +4)
Azərbaycanda imtahanların keçirilməsinə hazırlıq işləri müzakirə olunub

28 May 2020, 13:06 (GMT +4)
Türkiyədə sərnişin qatarlarının əyalətlərarası hərəkəti bərpa edilib

28 May 2020, 13:01 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanılıb

28 May 2020, 12:45 (GMT +4)
Şəmkirdə sərxoş halda avtomobil qaçıran şəxs saxlanılıb

28 May 2020, 12:23 (GMT +4)
İran Parlamentinin sabiq sədri Əli Laricani Ayətullah Xameneinin müşaviri təyin edilib

28 May 2020, 12:20 (GMT +4)
“Xəzər regionunda COVID-19: Səhiyyə siyasətinə təsir” adlı onlayn konfrans keçirilib

28 May 2020, 12:00 (GMT +4)
ABŞ-ın daha 4 şəhərində “Azərbaycan Milli Günü” elan edilib

28 May 2020, 11:47 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

28 May 2020, 11:32 (GMT +4)
ABŞ-ın Minnesota ştatında etirazlar və polislə qarşıdurmalar davam edir (VİDEO)

28 May 2020, 11:31 (GMT +4)
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

28 May 2020, 11:00 (GMT +4)
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək

28 May 2020, 10:58 (GMT +4)
Tramp Administrasiyası Səudiyyə ilə yeni silah müqaviləsi imzalamağı planlaşdırır

28 May 2020, 10:45 (GMT +4)
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

28 May 2020, 10:30 (GMT +4)
Zakir Həsənov Baş Klinik Hospitalın yeni korpusunun açılışında iştirak edib (FOTOLAR)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66