Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Bu gün Azərbaycanda Novruz bayramıdır

20 Mart 2020, 10:04 (GMT +4)

Bakı, 20 mart, SalamNews. Türk xalqlarının ənənələrindən olan Novruz yazın gəlişinin bayram edilməsidir. Azərbaycanlıların Novruz, qırğızların Nooruz, özbəklərin Növroz, başqırd türklərinin Nevruz, tatarların Navruz, çuvaşların Naurus, Krım türklərinin Nevrez, Qərbi trakiyalıların Mevris adlandırdıqları bu bayram şimal yarımkürəsinin bir çox ölkələrində hər ilin mart ayında el bayramı kimi geniş qeyd olunur.

Bu il Azərbaycana yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:49:36-da baş verib. Həmin saatdan etibarən şimal yarımkürəsində yaz fəsli başlanıb, gecə-gündüz bərabərləşib. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə bu gün qeyd olunur.

AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı bildirib ki, Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Elmdə Novruzun mənşəyi ilə bağlı iki fikir mövcuddur. Birinciyə əsasən, Novruz türklərin ən qədim təbiət bayramı hesab olunur. Çin mənbələrində hunların martın 21-də bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri olub. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunub. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə əlaqələndirilir.

İkinci istiqamət əsasən İran əfsanələrindən törəyən mərasimlər toplusudur. XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş danışılır.

Novruz bayramı Əhəmənilər dövründə e. ə. 350-ci ildən qeyd olunsa da, tarixi kökləri zərdüştlükdən əvvələ gedib çıxır. Bayramın bütün əlamətləri — tonqal qalamaq, səməni cücərtmək, Kosa-keçi tamaşaları, günəşi çağırış, qodu ilə qapıları döymək, umu-küsülüyə son qoymaq, dünyadan köçmüşləri yad etmək, yumurta boyamaq, yumurta döyüşdürmək, yeddi növ nemətdən xonça hazırlamaq, evdə, həyət-bacada təmizlik işləri görmək, ocaqda qazan qaynatmaq, papaq (yaylıq) atmaq, bacadan xurcun sallamaq, ev sakinlərinin hamısını ocağın başına toplamaq, qulaq falına çıxmaq təbiət-insan qarşılaşmasının rituallaşması və bayramlaşmasıdır.

Novruz gününə aparan yol dörd mərhələdən – çərşənbədən keçir. Bunlar su, od, yel və torpaq çərşənbələridir. Həmin günlərdə, eləcə də bayram günündə hava qaralana yaxın tonqal qalanır, hər kəs onun üzərindən tullanır və söyləyir: “Ağırlığım, uğurluğum burda qalsın”, “Dərdim, bəlam odda yansın”.

Novruz bayramının tarixindən bəhs edərkən miflərin rituallaşmasını qeyd etmək yerinə düşər. Kosa-keçi mifi xüsusi anlam kəsb edir. Qədimdə insanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Onlar yaz, yay, payız aylarının səmərəsini görür, qışın isə hər şeyi dondurub yoxa çıxardığı qənaətinə gəlirdilər. Deməli, qədim insanların təsəvvüründə qış təbiəti yoxsullaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Məhz təbiətin fəlakətlərindən xilas yolları axtarmaları onları rituallara gətirib çıxarıb.

Ritual-mifoloji sistemin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Xızır dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu alıb. Bu, türkdilli xalqların, o cümlədən azərbaycanlıların təfəkkürünün məhsuludur. Azərbaycan xalqı müxtəlif funksiyaların daşıyıcısı olan mifik obrazı daha çox xeyirxahlığı ilə fərqləndirib, yardımı əsirgəməyən övliya kimi yaddaşlarda saxlayıb. Lakin son nəticədə ulu ərənlərimiz nəvə-nəticələrinə üz tutub, hər kəsin ancaq özünə güvənməsini tövsiyə ediblər: “Nə dərin suya gir, nə də Xızırı çağır”.

İnkarolunmaz faktdır ki, Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində bu bayram UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda qeyd edilir.

Mübaliğəsiz demək olar ki, Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

YAP Siyavuş Novruzovun istefasını qəbul edib

Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verib

YAP Siyavuş Novruzova töhmət verib

Birinci vitse-prezident Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

SalamNews oxucularını Novruz bayramı münasibətilə təbrik edir

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Cavad Zərif Novruz bayramı, koronavirus və sanksiyalarla bağlı dünya ictimaiyyətinə müraciət edib (VİDEO)

Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb (FOTOLAR)

İranda Novruz bayramı ilə bağlı 10 min məhbus əfv ediləcək

İranda Növruz bayramı ilə bağlı böyük əfv gözlənilir

İran hökuməti Novruz səfərləri barədə vətəndaşlara xəbərdarlıq edib

Novruz bayramında 9 gün iş olmayacaq

Qulu Novruzov: Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik

Azercell-dən Novruz hədiyyələri davam edir

Azərbaycanda ənənəvi Novruz şənlikləri ləğv edilib

Rabitəbank özəl Novruz təklifinə start verib

Kapital Bank Novruz aksiyası keçirir

“Novruz mühazirələri”nə başlanılır

Azərbaycanda Novruz çərşənbələrinin tarixləri açıqlanıb

Qulu Novruzov: “Könüllü gömrükçü” dəstələrinə Akademiyanın 60-dan çox tələbəsi cəlb olunub

26 Oktyabr 2020, 19:45 (GMT +4)
MN Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndinin videogörüntülərini yayıb (VİDEO)

26 Oktyabr 2020, 19:12 (GMT +4)
Hikmət Hacıyev: Tərtər intensiv atəşə tutulur, artilleriya və raketlərdən istifadə olunur

26 Oktyabr 2020, 19:01 (GMT +4)
Müdafiə Nazirliyi: Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub

26 Oktyabr 2020, 17:57 (GMT +4)
MN: Düşmən kvadrokopteri məhv edilib

26 Oktyabr 2020, 17:51 (GMT +4)
FHN Daşkəsəndəki yanğınla bağlı məlumat yayıb

26 Oktyabr 2020, 17:42 (GMT +4)
Azərbaycanda Fransa istehsalı mallara boykot çağırışı səslənir

26 Oktyabr 2020, 17:30 (GMT +4)
Yaponiyanın NHK telekanalı Dağlıq Qarabağda davam edən müharibə barədə xüsusi veriliş yayımlayıb

26 Oktyabr 2020, 17:17 (GMT +4)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

26 Oktyabr 2020, 17:08 (GMT +4)
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

26 Oktyabr 2020, 16:58 (GMT +4)
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırıb

26 Oktyabr 2020, 16:44 (GMT +4)
Ali Baş Komandan Qubadlının azad olunmasında fərqlənmiş hərbi birlik komandirlərini təbrik edib

26 Oktyabr 2020, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 527 nəfər COVID-19-a yoluxub

26 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Tərtər şəhəri atəşə tutulub

26 Oktyabr 2020, 16:15 (GMT +4)
Kreml: Qarabağ Rusiya ilə ABŞ arasında rəqabət meydanına çevrilməməlidir

26 Oktyabr 2020, 16:03 (GMT +4)
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

26 Oktyabr 2020, 15:53 (GMT +4)
İranda son sutkada koronavirusdan 337 nəfər ölüb

26 Oktyabr 2020, 15:40 (GMT +4)
Minnesota ştatında yaşayan soydaşlarımız Gəncə terroruna etiraz aksiyası keçiriblər

26 Oktyabr 2020, 15:24 (GMT +4)
MN: Ağcabədi rayonu yenidən atəşə tutulub

26 Oktyabr 2020, 15:20 (GMT +4)
Ermənistanın törətdiyi cinayətlərlə bağlı növbəti maarifləndirici videoçarxlar hazırlanıb

26 Oktyabr 2020, 15:01 (GMT +4)
Kənd təsərrüfatı sahəsində üçtərəfli anlaşma memorandumu imzalanıb

26 Oktyabr 2020, 14:45 (GMT +4)
Prezident: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı

26 Oktyabr 2020, 14:30 (GMT +4)
Azərbaycan əsgəri: “Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi!”

26 Oktyabr 2020, 14:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2020, 14:05 (GMT +4)
Prezident xalqa müraciətində Qarabağın tarixi torpağımız olduğunu dünyaya necə sübut etdiyindən danışıb

26 Oktyabr 2020, 13:51 (GMT +4)
İlham Əliyev: Əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar

26 Oktyabr 2020, 13:40 (GMT +4)
Prezident düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikalarını açıqlayıb

26 Oktyabr 2020, 13:22 (GMT +4)
Azərbaycan Prezidenti: Atəşkəsi istəyən niyə Ermənistana silah göndərir?

26 Oktyabr 2020, 13:14 (GMT +4)
Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

26 Oktyabr 2020, 13:11 (GMT +4)
Prezident Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb

26 Oktyabr 2020, 13:00 (GMT +4)
Prezident: Şuşada sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66