Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqlayıb

19 Mart 2020, 14:36 (GMT +4)

Bakı, 19 mart, SalamNews."İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib.

O, buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına zəruri ehtiyac olduğunu vurğulayıb: "Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən çox geniş istifadə edilir. "Vaksin” sözü fransızca "vacca - inək” deməkdir. Bu termini elmə ingilis həkimi Edvard Cennerin şərəfinə Lui Paster gətirmişdir. 1798-ci ildə Cenner ilk dəfə olaraq insanları təbii çiçək xəstəliyindən qorumaq məqsədilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdir. Vaksinlər - müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji bir hazırlıqdır. Vaksinlər, ümumiyyətlə, xəstəlik törədən patogenlərə bənzəyən agentdən - zəiflədilmiş və ya öldürülmüş patogenlərdən, onların toksinlərindən, yaxud səthi zülallarından hazırlanır. Belə agentlər infeksiya yolu ilə insan orqanizminə daxil edildikdə immun sistemi agenti təhlükə olaraq tanıyır və ona qarşı mübarizə aparır. Bunun nəticəsində anticismlər əmələ gəlir və adaptiv immunitet yaranır. Belə süni qazanılmış immunitet, hətta ömürlük ola bilər".

İ.Hüseynova bildirib ki, hazırda vaksin antigenin təbiətindən asılı olaraq 3 növ vaksin hazırlamaq mümkündür: "Birincisi, bütöv hüceyrədən - zəiflədilmiş və ya öldürülmüş pathogendən ibarət olan vaksinlər (məsələn, virus xəstəlikləri olan sarı qızdırma, poliomielit, qızılca və s., bakterial xəstəliklər - tif, xolera və s.). İkincisi, toksoid vaksinlər. Məsələn, bəzi patogenlər (bakteriyalar) ekzotoksin ifraz edərək xəstəlik yaradır. Bunlara tetanoz, difteriya və s. daxildir. Belə xəstəliklərdən qorunmaq üçün toksoidlərdən istifadə edilir. Üçüncüsü, subvahid - patogenin xüsusi bir hissəsi antigen rolunu oynayan vaksinlər. Subvahid vaksinlər protein və polisaxarid əsaslı olur. Təhlükəsiz və effektiv vaksin dizayn etmək çox çətindir".

AMEA-nın vitse-prezidenti qeyd edib ki, hər hansı dərman preparatı hazırlamaq 4 mərhələdən ibarət olmalıdır: "Birincisi, minimum 6 ay davam edən ilkin tədqiqat və skrininq mərhələsi; ikincisi, preklinik tədqiqatlar (1 aydan 1 ilə kimi davam edə bilir); üçüncüsü, klinik tədqiqatlar (bu mərhələ 4-7 il çəkir) və nəhayət, dərman preparatının təsdiq edilməsi və satışa buraxılması mərhələsidir (1-2 ilə qədər). Hazırda koronavirusa qarşı heç bir vaksin mövcud deyil, lakin dünyada bir neçə nüfuzlu təşkilat yeni koronavirusa qarşı vaksin hazırlamağa çalışır: Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CCDC), Şanxay Şərq Xəstəxanası, Honq Konq Universiteti və s. Hal-hazırda Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir. Eləcə də, ABŞ Milli Sağlamlıq İnstitutu (NIH) ümid edir ki, 2020-ci ilin aprel ayının sonuna qədər COVID-19-a qarşı vaksinin hazırlanmasının ilkin iki mərhələsi tamamlanacaq və klinik tədqiqatlara başlanılacaqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın Geologiya və Geofizika İnstitutu və “AzerGold" QSC arasında işgüzar görüş olub

AMEA-nın prezidenti Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın yaradılmasının 75 illiyi münasibətilə kitab və buklet hazırlanacaq

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-da iş saatı dəyişdirilib

AMEA-da iki yeni mərkəz yaradılır

AMEA-nın ümumi yığıncağı keçiriləcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bağlanır

AMEA Rəyasət Heyəti aparatının yeni strukturu təsdiqlənib

AMEA-da Əmək və əhalinin sosial müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-da yeni kadr təyinatları olub

AMEA Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşib (SİYAHI)

AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi qeyd ediləcək

AMEA-nın yeni prezidenti Ramiz Mehdiyev ilk görüşünü keçirib

Ramiz Mehdiyev AMEA-nın prezidenti təyin edilib (SƏRƏNCAM)

Bu gün AMEA-ya yeni prezident seçiləcək

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları təltif ediliblər (SİYAHI)

AMEA-nın daha iki institutuna və muzeyinə direktor seçilib

AMEA-da lisey yaradılacaq

25 Oktyabr 2020, 23:20 (GMT +4)
Prezident: Qubadlı şəhəri işğalçılardan azad edilib

25 Oktyabr 2020, 18:56 (GMT +4)
Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib

25 Oktyabr 2020, 18:51 (GMT +4)
Azərbaycanda daha 946 nəfər COVID-19-a yoluxub

25 Oktyabr 2020, 16:09 (GMT +4)
Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayımlanıb (VİDEO)

25 Oktyabr 2020, 15:50 (GMT +4)
MN: Düşmən Ağdam, Tərtər və Ağcabədini atəşə tutur

25 Oktyabr 2020, 15:10 (GMT +4)
MN: Düşmənin hərbi vəzifəlilərin böyük hissəsi və texnikası məhv edilib

25 Oktyabr 2020, 08:09 (GMT +4)
Bu gün 11-ci imam həzrət Həsən Əsgərinin (ə) şəhid edilən günüdür

24 Oktyabr 2020, 17:00 (GMT +4)
DİN: Əvvəlki dövrlərdən bağlı qalmış səkkiz cinayətin üstü açılıb

24 Oktyabr 2020, 16:47 (GMT +4)
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib

24 Oktyabr 2020, 16:30 (GMT +4)
Hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşların kreditləri silinəcək

24 Oktyabr 2020, 16:21 (GMT +4)
MN: Ağdərə istiqamətində düşmən PUA-sı məhv edilib

24 Oktyabr 2020, 16:10 (GMT +4)
Azərbaycan əsgəri: Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! (VİDEO)

24 Oktyabr 2020, 15:57 (GMT +4)
MN: Düşmənin döyüş təyyarəsi məhv edilib

24 Oktyabr 2020, 15:46 (GMT +4)
Ərdoğan: Azərbaycan öz torpaqlarını işğalçılardan azad edir

24 Oktyabr 2020, 15:28 (GMT +4)
Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxub

24 Oktyabr 2020, 15:14 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq oğurluq edilib

24 Oktyabr 2020, 15:04 (GMT +4)
Nazir: Bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı olub

24 Oktyabr 2020, 14:58 (GMT +4)
Türkiyə MN: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

24 Oktyabr 2020, 14:47 (GMT +4)
Bakıda onlayn yolla narkotik satan şəxs saxlanılıb

24 Oktyabr 2020, 14:32 (GMT +4)
Əkrəm İmamoğlu koronavirusa yoluxub

24 Oktyabr 2020, 14:20 (GMT +4)
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

24 Oktyabr 2020, 14:06 (GMT +4)
Laçın və Qubadlı rayonları Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur

24 Oktyabr 2020, 13:57 (GMT +4)
Kəlbəcərdə faydalı qazıntı yataqlarının ehtiyatı yenidən qiymətləndiriləcək

24 Oktyabr 2020, 13:42 (GMT +4)
DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

24 Oktyabr 2020, 13:24 (GMT +4)
TBMM sədri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən danışıb

24 Oktyabr 2020, 13:18 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

24 Oktyabr 2020, 13:00 (GMT +4)
ƏƏSMN: Oktyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

24 Oktyabr 2020, 12:45 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

24 Oktyabr 2020, 12:44 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 26 minə yaxınlaşıb

24 Oktyabr 2020, 12:35 (GMT +4)
Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66